Fransanın hərbi hava qüvvələri İraqdakı "İslam Dövləti”yaraqlılarının mövqelərinə ilk zərbələri endirib. Fransa PrezidentAdministrasiyasından verilən məlumata görə, nəticədə İraqın şərqindəyaraqlılara məxsus silah və sursat anbarları dağıdılıb.
Yaxın günlərdə zərbələrin davam etdiriləcəyi gözlənilir.
Fransa bu mübarizədə ABŞ-ın rəhbərlik etdiyi missiyaya qoşulan ilkölkədir.
Fransa həmçinin yaraqlılaraqarşı mübarizə aparan kürd birləşmələrinə silah göndərib.