Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə böyük diqqətayırmaq lazımdır və problem nizamlanmalıdır. Bunu cümə axşamı Trend-əmüsahibələrində Böyük Britaniya parlamentinin üzvləri deyiblər.
Böyük Britaniya parlamentinin üzvü, keçmiş müdafiə nazir PiterLaff bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə lazımi diqqət ayrılmır: "Bu,həll edilməli olan mürəkkəb münaqişədir".
Onun sözlərinə görə, Ukraynadakı hadisələr və "İslamDövləti" qruplaşmasının Yaxın Şərqdəki fəaliyyəti nəzərə alınsa, DağlıqQarabağ münaqişəsinə az diqqət yetirilir.
Parlamentin digər üzvü Toni Boldrinin fikrincə, münaqişənin həllyolu tapılmalıdır: "Bu, əbədi asılı vəziyyətdə qalacaq və unudulacaqsituasiya deyil. Buna görə də nə isə etmək lazımdır ki, insanlar başa düşsünlərki, münaqişə həqiqətən də həll olunmalıdır".
Onun fikrincə, buna nail olmağın yollarından biri dünya üzrəmüxtəlif konfransların təşkil edilməsidir: "Məqsəd daha çox insanın bumünaqişəni başa düşməsidir".
Xocalı soyqırımından danışan T.Boldri qeyd edib ki, gələcəkdəbelə cinayətlərin qarşısını almaq üsullarından biri insanların belə hərbicinayətlər və ya bəşəriyyətə qarşı cinayətlər törədilən zaman immunitetlərininolmayacağını başa düşməsidir: "Bununla da gec və ya tez ədalət qalbgələcək. Biz beynəlxalq hüquq sisteminə malik olmalıyıq. O zaman hərbicinayətlər və ya bəşəriyyətə qarşı cinayətlər törətməyə çalışan insanlarbiləcəklər ki, onlar məsuliyyətdən yayına bilməyəcəklər".
London Diplomatiya Akademiyasının rektoru Nabil Ayad isə hesabedir ki, siyasətçilərin bu faciə barədə az məlumatları var: "Onlar nə başverdiyini bilmirlər".
Onun sözlərinə görə, ermənilərin Vaşinqton, Paris və Brüsseldə lobbiləri var:"Azərbaycan da dünyaya daha açıq olmalı və bu məsələlər üzrə dünyanıməlumatlandırmalıdır".
N.Ayad qeyd edib ki, bu prosesdə öyrətmə və tərbiyə vacib roloynayır. O, Xocalıda baş vermiş hadisəni cinayət, qırğın və soyqırım adlandırıbvə əlavə edib ki, beynəlxalq aləm baş verənlərə diqqət ayırmalıdır: "Bizbilirik ki, cinayətkarlar hakimiyyətdədir və onlar hər hansı vaxtdan asılıolmayaraq məsuliyyətə cəlb olunmalıdırlar".