Bazar günü günü, 29 noyabr 2026
     

Yezidi kürdlərin Qarabağa köçü başlana bilər

Image


İraqda baş verən məlum hadisələr fonunda, əvvəlki kimi, bu ölkəni xeyli sayda insan tərk etməkdədir. Onların sırasında yezidi kürdləri də yer alır. O da artıq məlumdur ki, İraqı tərk edən yezidilər təkcə Türkiyədə məskunlaşmayaraq digər bölgələrə də üz tuturlar. Artıq belə bölgələr sırasında Qafqaz da yer alır. Son məlumatlara əsasən, İraqdan qaçan yezidi kürdlərinin bir qismi Türkiyədən Gürcüstana keçib.
Gürcüstana gələn kürdlərin sayının təxminən 30 nəfər olduğu bildirilir. Onları Gürcüstanda ilk qarşılayan şəxslərin Tiflisdəki Yezid Evi olduğu bildirilir. Qaçqınlar üçün müvəqqəti yaşayış yeri müəyyənləşdirilib. Yezidilərin Türkiyədən Qafqazın digər ölkələrinə, o cümlədən Ermənistana keçməsi də gözlənir. Xatırladaq ki, Ermənistanda müəyyən sayda yezidilər yaşayır. Eyni zamanda o da bəllidir ki, Ermənistan yezidi kürdlərinin bir qismini Qarabağda yerləşdirməkdə maraqlıdır.
Qeyd edək ki, bundan öncə Qarabağdakı separatçı rejim yezidi kürdləri Dağlıq Qarabağda yerləşdirməyə hazır olduğunu bildirmişdi. Separatçı rejimin təmsilçilərindən olan David Babayan yezidi kürdlərin Qarabağ müharibəsinin iştirakçısı olduğunu və onlarla fəxr etdiklərini bildirərək qeyd edirdi: "Biz hesab edirik ki, baş verənlər həm də erməni xalqına aiddir. Hazırda İraqda yezidi kürdlərlə baş verənlər faciədir. Biz bunu başa düşürük və bu yaranı onlarla bölüşürük. Yezidilər həmişə bizimlə birgə olublar və onlarla baş verənlər qaçılmazdır. Ermənistanda olan yezidi kürdlər heç vaxt ölkənin problemlərinə biganə yanaşmayıb və Qarabağ müharibəsində də fəal iştirak ediblər. Biz Qarabağ müharibəsinin veteranları olan yezidi kürdlərlə fəxr edirik. Hazırda Dağlıq Qarabağda yezidi kürdlərin məskunlaşdırılması ilə bağlı konkret proqram yoxdur, amma Dağlıq Qarabağ hər zaman onları qəbul etməyə və öz ərazisində yer verməyə hazırdır".
Ötən ay isə Ermənistanda yerli yezidi kürdlər İraqdakı vəziyyətlə bağlı yürüşlər keçirib. İrəvanda yezidi kürdlər Ermənistanın baş nazirinin müavini Armen Gevorkyanla görüşüb. Yezidi kürdlər Ermənistan hökumətindən xahiş ediblər ki, İraqda İŞİD yaraqlılarının yezidi kürdlərə hücumunu soyqırım adlandırsın. Həmçinin, yezidi kürdlər onu da tələb ediblər ki, Ermənistana gəlib sığınacaq almaq istəyən yezidi kürdlərə viza verilsin. Xatırladaq ki, Ermənistanda 40 min yezidi kürd yaşayır. Gürcüstanda yezidi kürdlərin sayı 20 mindir. İndi Ermənistanın maraq dairəsində olan məsələlərdən biri də yezidilərin Azərbaycanın işğal altında olan rayonlarında yerləşdirilməsidir. Yezidilərin Qafqaza gəlişi davam etsə, ermənilərin bu istiqamətdə addımlar atacağı şübhə doğurmur. Lakin onu da xatırladaq ki, İraqın Azərbaycandakı səfirliyi bu günlərdə bəyan edib ki, Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi həllini tapmayınca İraq Respublikası öz vətəndaşlarının işğal altında olan ərazilərə getməsinin əleyhinədir. Ermənistanın işğalçı qüvvələri tərəfindən yaradılmış separatçı rejimin İraq vətəndaşı olan yezidi kürdləri Dağlıq Qarabağa dəvət etməsi faktına münasibət bildirən səfirlik bəyan edib ki, rəsmi Bağdad Azərbaycanın ərazi bütövlüyünü tanıyır: "Azərbaycanın ərazi bütövlüyü dövlətimiz tərəfindən tanınıb və bu barədə BMT-nin qətnamələri də var. Beynəlxalq hüquqa görə, biz başqa dövlətin ərazi bütövlüyünə hörmət göstərməliyik. Rəsmi Bakının icazəsi olmadan Azərbaycan ərazilərinə edilmiş hər hansı səfər və ya digər münasibətlər qanunsuzdur. Biz vətəndaşlarımızı, o cümlədən yezidi kürdləri bu münaqişədən və münaqişə bölgəsindən kənarda qalmağa çağırırıq".
Səfirlikdən əlavə ediblər ki, hazırda İraqın şimalında vəziyyət yaxşılaşmaqdadır və ABŞ-ın dəstəyi ilə İŞİD qruplaşmasının dəstələri dinc əhalinin yaşadığı məntəqələrdən sıxışdırılıb çıxarılır: "Müxtəlif ölkələrdən sığınacaq vəd edilə bilər, amma vəziyyət yaxşılaşmağa doğru gedir və tezliklə İraq vətəndaşlarının təhlükəsizliyi bərpa olunacaq".
Yeri gəlmişkən qeyd edək ki, ABŞ hərbi-hava qüvvələri prezident Barak Obama tərəfindən elan edilmiş yeni strategiya əsasında artıq İraq ərazisində İŞİD mövqelərinə ilk zərbələr endirib. Hava zərbələri İŞİD-in Bağdaddan cənubdakı mövqelərinə və İraqın şimalında yezidi kürdlərin yaşadığı Sincar bölgəsinə endirilib.
Pentaqon bildirir ki, Bağdadın cənubuna endirilmiş hava zərbələri hücum xarakteri daşıyıb və İraqda İŞİD-ə qarşı bundan əvvəl mülki əhalini qorumaq üçün endirilən zərbələrdən kənara çıxır. ABŞ-ın NBC kanalı qeyd edir ki, Bağdadın cənubuna endirilmiş hava zərbələri İŞİD-ə qarşı daha intensiv hərbi əməliyyatların başlanmasıdır. ABŞ administrasiyasındakı mənbə bu əməliyyat çərçivəsində istənilən vaxt Suriya ərazisində də İŞİD-in mövqelərinə hava zərbələrinin endirilə biləcəyini deyib. Mənbə bildirib ki, Suriya hava hücumundan müdafiə sistemləri ABŞ təyyarələrinə mane olmaq istəsə, qısa zamanda Suriyanın HHM sistemləri sıradan çıxarılacaq. Dövlət Departamentinin rəsmisi Meri Harf bildirib ki, ABŞ İŞİD-ə hava zərbələri endirmək üçün Bəşər Əsədin rejimindən icazə istəmək niyyətində deyil: "Əsədin rejimi legitimliyini tamamilə itirib və biz öz hərəkətlərimizi onunla koordinasiya etməyəcəyik".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 20:21
İran İlon Maskın internetindən istifadə edib

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ