Bazar günü günü, 29 noyabr 2026
     

Alman mətbuatı Putin-Poroşenko telefon danışığından şok detallar yayıb

Image


Ukrayna Ali Radasının rəsmi Kiyevlə Avropa İttifaqı (Aİ) arasında assosiasiya barədə anlaşmanı ratifikasiya etməsi, gözlənildiyi kimi, Rusiyada böyük narazılıq yaradıb. Xatırladaq ki, anlaşma eyni vaxtda Avropa Parlamenti deputatları tərəfindən də ratifikasiya olunub. Ukrayna prezidenti Petro Poroşenko Aİ ilə assosiasiya barədə qanunu millət vəkillərinin ratifikasiyasından dərhal sonra imzalayıb.
Bunun ardınca isə prezident Qərbdən maliyyə, hərbi və digər sahədə dəstək almaq üçün ilk olaraq işçi səfərlə Kanada və ABŞ-a yollanıb. Ukrayna Xarici İşlər Nazirliyinin İnformasiya siyasəti departamentinin direktoru Yevgeniy Perebeynos səfərlə bağlı bildirib: "ABŞ və Kanada səfərləri Ukrayna ərazi bütövlüyünə və suverenliyinə verilən dəstəyin artırılması, xüsusilə Donbasda vəziyyətin sabitləşməsi kontekstində ölkəyə texniki və digər yardımların genişləndirilməsinə yardımçı olacaq". Poroşenkonun səfəri ərəfəsində isə Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısına bəzi iri maşınqayırma zavodları, elm-istehsalat müəssisələri və Radioelektronika Elmi-Təhqiqat İnstitutu daxil edilib. Rusiyanın "Sberbank" bankı da qara siyahıya daxil edilib.
Kanada görüşlərindən sonra Poroşenko ABŞ-a gəlib. Kiyevdə hesab edirlər ki, görüşlər fonunda Ukrayna NATO-dan kənar ABŞ-ın strateji müttəfiqi statusunu ala biləcək. Xatırladaq ki, Ukraynaya ABŞ-ın strateji müttəfiqi statusunun verilməsi haqqında ideya ilə ilk dəfə Krım hadisələrindən sonra respublikaçılar çıxış edib. Demokratlar da bu ideyanı dəstəkləyir. Poroşenko özü də bildirir ki, Ukrayna hakimiyyəti ölkənin şərqində vəziyyəti normallaşdırmağa imkan verən bütün vasitələrdən istifadə etməkdə maraqlıdır. "Bu məqsədə çatmağa sanksiyalar kömək edəcəksə, onları tətbiq etmək lazımdır. Sanksiyalar işləməyəcəksə, ABŞ Konqresinə Ukraynaya NATO-dan kənar strateji müttəfiq statusunun verilməsi barədə müraciət etməyimiz mümkündür. Hansı ki, hazırda İsrail, Yaponiya, Cənubi Koreya və Filippin belə bir statusa malikdir". Ukrayna Prezident Administrasiyası başçısının müavini Valeriy Çalıy isə deyib ki, ABŞ Konqresi artıq bu layihə üzərində işləyir.
Avroatlantik Əməkdaşlıq İnstitutunun eksperti Vladimir Qorbaç məsələ ilə bağlı qeyd edir ki, ABŞ lazım hesab etsə, belə bir sənədsiz də Ukraynaya silah və ya hərbi texnika verə bilər":Amma Vaşinqton və Brüssel belə bir qərar verməyə tələsmir. Rusiyaya qarşı sanksiyalar tətbiq edilir, Ukraynaya maliyyə və humanitar yardımlar verirlər. Qərb onun müharibəyə cəlb edildiyini göstərəcək heç bir addım atmaq istəmir". Qorbaç vurğulayır ki, Poroşenkonun inadlı tələbi ilə Ali Radanın Donetsk və Luqansk vilayətlərinin xüsusi statusu barədə qanun layihəsini təsdiq etməsi dövlət başçısının Kanada və ABŞ səfərinə hazırlıq mərhələlərindən biri idi. O hesab edir ki, Qərb vuruşmamaq və sanksiyalarla Rusiyanın zəiflədilməsi strateji kursu götürməyin lazım olduğu barədə ümumi fikrə gəlib. Belə fikirlər də səslənir ki, Ukrayna hakimiyyəti indiki atəşkəs dövründə müdafiə qabiliyyətini gücləndirmək və ordunu möhkəmləndirmək istəyir. Bunun üçün isə Ukraynaya ABŞ-ın strateji müttəfiqi statusunun lazım olduğu bildirilir. Lakin Ukraynaya bu statusun verilməsini Rusiyanın sərt formada qarşılayacağı da sirr deyil. Artıq Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu xüsusda ilkin xəbərdarlıq edib. Onun sözlərinə görə, NATO, xüsusən də ABŞ rəsmi Kiyevi, faktiki olaraq, münaqişənin güc yolu ilə həllinə sürükləyir":Bu gün Ukrayna seçim qarşısındadır: sülh və cəmiyyətdə konstruktiv dialoq yolu ilə getmək və ya avtoritarizm və milli-radikal diktaturaya yuvarlanmaq. Qərar Kiyev hökuməti və Ukrayna cəmiyyətindən asılıdır". Onun sözlərinə əsasən, rəsmi Moskva Ukraynada qardaş qırğını ilə müşayiət olunan müharibəyə son qoyulması üçün real şans yarandığına inanır: "Bunun üçün sülhün qorunması ilə paralel olaraq, mümkün qədər tez vaxtda bütün regionların nümayəndələrinin, bütün siyasi qüvvələrin iştirakı ilə tutarlı, açıq, inklüziv Ukraynadaxili dialoqa başlamaq lazımdır".
Daha sərt hədə isə Rusiya prezidenti Vladimir Putindən gəlib. Almaniyanın "Sueddeutsche Zeitung" qəzetinin yazdığına görə, Putin Poroşenkonu oekanın o tayına yollanmazdan əvvəl sərt şəkildə hədələyib. "Sueddeutsche Zeitung" yazır ki, ötən həftə Kiyevdə Avropa Komissiyasının rəhbəri Жoze Manuel Barrozu ilə Ukrayna prezidenti Petro Poroşenko arasındakı görüşün stenoqramında bu haqda çox maraqlı fikirlər yer alıb. Protokola əsasən, Poroşenko Barrozuya məlumat verib ki, Putin bu günlərdə aparılmış telefon danışıqlarının birində onu aşağıdakı formada hədələyib: "İstəsəm, rus qoşunları iki günə nəinki Kiyevi, üstəlik Riqanı, Vilnüsü, Tallini, Varşavanı və ya Buxaresti də ala bilər". Protokola görə, Poroşenko Putin tərəfindən səsləndirilmiş bu təhdidi ona görə xatırladıb ki, Rusiya prezidentinin Avropa İttifaqının keçmiş sovet respublikalarına təsirinə necə emosional reaksiya verdiyini çatdırsın.
Bundan əvvəl Rusiya prezidenti "istəsəm iki günə Kiyevi alaram" hədəsini Barrozunun özü ilə telefon danışığında bildirmişdi. Avropa Komissiyasından sızdırılan məlumata görə, Barrozu Putini Ukraynaya hərbi müdaxiləni dayandırmağa çağıranda Rusiya prezidenti qəzəblənib və bildirib ki, rus qoşunları Ukraynanın şərqində baş verənlərə qarışmır. Rusiya hərbi müdaxilə etsəydi, iki günə Kiyevi alardı. Barrozu Putinin bu sözlərini Avropa liderlərinə çatdırıb. Kreml isə onu telefon danışığını təhrif olunmuş formada sızdırmağa görə tənqid edib. İndi alman qəzeti yazır ki, Rusiya lideri bu vaxta qədər NATO və ya Avropa İttifaqına üzv olan ölkələri heç vaxt birbaşa hədələməmişdi. Ancaq indi görünür ki, Putin nəinki Kiyevi, hətta NATO üzvü olan Baltik ölkələrini, Macarıstanı və Polşanı da almaqla hədələyir.
Hələlik isə Rusiyanın əsas niyyəti Ukraynada möhkəmlənməkdir. Bu xüsusda son məlumatlara görə, Donetsk aeroportu ətrafına rus qoşunları yerləşdirilir. Ukraynalı hərbi ekspert Dmitri Tımçukun sözlərinə görə, qızğın döyüşlərin getdiyi aeroport ətrafında çoxlu sayda rus hərbçilərinin toplandığı aydın görünür: "Sözügedən yaşayış məntəqəsinin ətrafında düşmən Hava Hücumundan Müdafiə Sistemi yaradır. Ukrayna sərhədi yaxınlığında yerləşən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus bir neçə döyüş aviasiyasının yerdəyişməsi qeydə alınıb. Bizdə olan məlumata görə, Ukrayna hərbçiləri aeroportdan çıxarılacağı təqdirdə həmin maşınlar "Novorossiya Hərbi Hava Qüvvələri" adı altında Donetskə yerləşdiriləcək. Ekspertin sözlərinə görə, rusiyalı mütəxəssislər Donbasda radiolokasiya sahəsi və Hava Hücumundan Müdafiə sistemi yaradırlar. Bütün bunlar isə Ukrayna münaqişəsinin hələ çox davam edəcəyini göstərir.


 





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 20:21
İran İlon Maskın internetindən istifadə edib

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ