Rusiyanın müdafiə naziri Sergey Şoyqu sentyabrın 16-da bildirib ki, Ukrayna böhranına və Rusiya sərhədləri yaxınlığında xaricilərin hərbi cəhətdən güclənməyinə görə,Rusiya Krımda hərbi mövcudluğunu möhkəmləndirməlidir.
Şoyqu bunu Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib. Onun sözlərinə görə, Ukraynada vəziyyət dramatik pisləşib və daha çox Rusiya qüvvəsinə ehtiyac var.