Bazar günü günü, 29 noyabr 2026
     

Azərbaycan-Türkiyə müttəfiqliyi iqtisadi və beynəlxalq müstəvidə yeni mərhələdə...

Image


Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərinin nəticələri ilə bağlı "AzərTAc"a müsahibə verib.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin nəticələri barədə nə deyə bilərsiniz?
- Azərbaycan-Türkiyə münasibətlərindən söhbət gedirsə, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını xatırlamamaq mümkün deyil. Səfərin siyasi əhəmiyyəti və ümumi nəticələri təkcə qardaş ölkələrimiz üçün yox, regionda sülh və sabitliyin bərqərar olunması, inkişaf və tərəqqinin daha müasir modellərdə vüsət alması baxımından əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətləri qarşılıqlı etimada əsaslanan inkişaf modeli kimi bütün dünyaya nümunədir. Prezident Rəcəb Tayyib Ərdoğanın "Dağlıq Qarabağ münaqişəsi həll edilmədiyi təqdirdə Türkiyə ilə Ermənistan arasındakı vəziyyət indiki kimi davam edəcək" fikri Türkiyə ilə Ermənistan arasında sərhəd qapısının açılması mövzusunda möhtəkirlik edənlərə birdəfəlik cavab oldu. Ən əsası odur ki, prezidentlərimiz bir daha bütün dünyaya bəyan etdilər ki, Azərbaycan və Türkiyə üçün heç bir məsələdə fikir ayrılığı yoxdur. Bu tarixi fikrin ilkin nəticəsi səfərin ardınca NATO-nun Uelsdə keçirilmiş sammitində özünü göstərdi. Prezident Rəcəb Tayyib Ərdoğanın sammitdəki çıxışında Alyansın Azərbaycana verdiyi vədlərin yerinə yetirilməsinin vacib olduğunu və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin böyük önəm daşıdığını vurğulaması bir daha bütün dünyaya nümayiş etdirdi ki, biz sevincimizi və kədərimizi bərabər bölüşən qardaş xalqlar və ölkələrik. Sammitin bəyannaməsinin 30-cu maddəsində Alyansın tərəfdaşlıq etdiyi ölkələrin, o cümlədən Azərbaycanın kənar təzyiqlərdən asılı olmadan müstəqil seçim, sərbəst xarici siyasət və müdafiə hüquqlarını dəstəkləməyə davam edəcəyi bildirilir. Bu, Azərbaycanın xarici siyasətinin uğuru, Azərbaycan-Türkiyə müttəfiqliyinin nəticəsidir. Bu ilin aprelində isə Azərbaycan Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışında Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab verib. Dövlət başçısının Türkiyə və Azərbaycanda böyük coşqu ilə qarşılanan "Türkiyə yoxdursa, mən burada varam" ifadəsi dünyanın siyasi tarixində özünə əbədi yer tapıb.
-Qardaş ölkələrimiz arasında gələcək fəaliyyət strategiyasının qurulması barədə nə deyə bilərsiniz?
-Bəhs etdiyimiz səfərdə enerji sahəsində əməkdaşlığın yeni istiqamətləri barədə səslənən fikirlər xüsusi önəm daşıyır. Prezident İlham Əliyev bildirdi ki, yaxın 5-6 ildə Azərbaycan tərəfi Türkiyəyə təxminən 17-20 milyard ABŞ dolları məbləğində sərmayə yatıracaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində qardaş ölkənin "Şahdəniz"dəki və TANAP layihəsindəki payı kifayət qədər artırılıb. Yaxın günlərdə TANAP-ın təməlinin qoyulması Azərbaycan və Türkiyənin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da artıracaq. Bəyanatlarda səsləndirildiyi kimi, Türkiyədən Avropaya keçəcək bu enerji xətti çox böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. Bundan başqa, İzmirdə "Star" neftayırma zavodunun tikilməsi Azərbaycan və Türkiyə arasında həyata keçirilən ən böyük iqtisadi layihələrdəndir. Ümumi dəyəri 5 milyard ABŞ dollarından çox olan bu layihə əsasında yaradılan müəssisə Şərqi Avropada ən böyük neft və kimya kompleksi olacaq. "Star" həm yatırılan sərmayənin həcminə, müvəqqəti və daimi iş yerlərinin sayının çoxluğuna, həm də zəruri neft və kimya məhsullarının istehsalına görə nadir müəssisədir. Azərbaycanın təşəbbüsü ilə yaradılan və Avropanı Asiya ilə birləşdirəcək Bakı-Tiflis-Qars dəmir yolu şəbəkəsi daşımalar sistemində yeni mərhələnin başlanğıcı olacaq.
Azərbaycan ilə Türkiyə arasında 180-ə yaxın, o cümlədən iqtisadi sahədə sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutma, gömrük sahələrində sazişlər daxil olmaqla 40 ikitərəfli sənəd imzalanıb. 2013-cü ildə ticarət dövriyyəsi 1,99 milyard ABŞ dolları məbləğində olub. Türkiyənin Azərbaycanda əsas kapitala yatırdığı sərmayə 2,6 milyard dollar təşkil edib. Bu, ölkəmizdəki xarici sərmayənin 6,5 faizini təşkil etməklə beşinci yerə sahib olmaqdır. Xarici sərmayədar tərəf kimi qeyri-neft sektorunda 25,5 faiz payla Türkiyə birinci yerdədir və investisiya məbləği 1,9 milyard dollar civarındadır. Azərbaycanın Türkiyədəki sərmayəsi 5 milyard dollara yaxınlaşıb.
- Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfiri ərəfəsində ciddi bir informasiya təxribatı ilə üzləşdik. Bu təxribatın haradan qaynaqlandığını müəyyənləşdirə bildinizmi?
- Dostluq və qardaşlıq nə qədər möhkəm olursa ona qarşı qüvvələr də fəallaşır. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində hər iki ölkənin aidiyyəti üzrə rəsmi şəxsləri bu dezinformasiyanın yaratdığı qeyri-sağlam mənzərəni aradan qaldırmaqla məşğul oldular. Araşdırmalar göstərir ki, qeyd etdiyimiz dezinformasiya heç bir fəaliyyəti olmayan, daim su bulandırmaqla özlərini gündəmdə saxlayan qüvvələr tərəfindən ortaya atılmışdı. Belə təxribatlar yenə də ola bilər. Sirr deyil ki, təcavüzkar Ermənistan, dünya erməniləri və Türkiyəni gözü götürməyən xarici qüvvələr uydurma "erməni soyqırımı"nın yüz illiyi ilə bağlı ciddi təxribatlar hazırlayır. Əminəm ki, qardaş Türkiyə ilə Azərbaycan bu təxribatların da qarşısını birgə səylərlə alacaq.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 20:21
İran İlon Maskın internetindən istifadə edib

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ