Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu HəsənZeynalov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərininnəticələri ilə bağlı AzərTAc-a müsahibə verib.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin nəticələri barədə nə deyə bilərsiniz?- Azərbaycan-Türkiyə münasibətlərindən söhbət gedirsə ümummilli lider HeydərƏliyevin "Bir millət, iki dövlət” kəlamını xatırlamamaq mümkün deyil. Səfərinsiyasi əhəmiyyəti və ümumi nəticələri təkcə qardaş ölkələrimiz üçün yox,regionda sülh və sabitliyin bərqərar olunması, inkişaf və tərəqqinin dahamüasir modellərdə vüsət alması baxımından əhəmiyyət daşıyır. Ümumiyyətlə,Azərbaycan–Türkiyə münasibətləri qarşılıqlı etimada əsaslanan inkişaf modelikimi bütün dünyaya nümunədir. Prezident Rəcəb Tayyib Ərdoğanın "Dağlıq Qarabağmünaqişəsi həll edilmədiyi təqdirdə Türkiyə ilə Ermənistan arasındakı vəziyyətindiki kimi davam edəcək” fikri Türkiyə ilə Ermənistan arasında sərhədqapısının açılması mövzusunda möhtəkirlik edənlərə birdəfəlik cavab oldu. Ənəsası odur ki, prezidentlərimiz bir daha bütün dünyaya bəyan etdilər ki,Azərbaycan və Türkiyə üçün heç bir məsələdə fikir ayrılığı yoxdur. Bu tarixifikrin ilkin nəticəsi səfərin ardınca NATO-nun Uelsdə keçirilmiş sammitindəözünü göstərdi. Prezident Rəcəb Tayyib Ərdoğanın sammitdəki çıxışında AlyansınAzərbaycana verdiyi vədlərin yerinə yetirilməsinin vacib olduğunu və DağlıqQarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlledilməsinin böyük önəm daşıdığını vurğulaması bir daha bütün dünyaya nümayişetdirdi ki, biz sevincimizi və kədərimizi bərabər bölüşən qardaş xalqlar vəölkələrik. Sammitin bəyannaməsinin 30-cu maddəsində Alyansın tərəfdaşlıq etdiyiölkələrin, o cümlədən Azərbaycanın kənar təzyiqlərdən asılı olmadan müstəqilseçim, sərbəst xarici siyasət və müdafiə hüquqlarını dəstəkləməyə davam edəcəyibildirilir. Bu, Azərbaycanın xarici siyasətinin uğuru, Azərbaycan-Türkiyəmüttəfiqliyinin nəticəsidir. Bu ilin aprelində isə Azərbaycan Prezidenti İlhamƏliyev Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinəhəsr olunmuş sammitdəki çıxışında Ermənistan prezidenti Serj Sarkisyana tutarlıcavab verib. Dövlətimizin başçısının Türkiyə və Azərbaycanda böyük coşqu iləqarşılanan "Türkiyə yoxdursa, mən burada varam” ifadəsi dünyanın siyasitarixində özünə əbədi yer tapıb.-Qardaş ölkələrimiz arasında gələcək fəaliyyət strategiyasınınqurulması barədə nə deyə bilərsiniz?-Bəhs etdiyimiz səfərdə enerji sahəsində əməkdaşlığın yeni istiqamətləri barədəsəslənən fikirlər xüsusi önəm daşıyır. Prezident İlham Əliyev bildirdi ki,yaxın 5-6 ildə Azərbaycan tərəfi Türkiyəyə təxminən 17-20 milyard ABŞ dollarıməbləğində sərmayə yatıracaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanınməqsədyönlü siyasəti nəticəsində qardaş ölkənin "Şahdəniz”dəki və TANAPlayihəsindəki payı kifayət qədər artırılıb. Yaxın günlərdə TANAP-ın təməlininqoyulması Azərbaycan və Türkiyənin Avropanın enerji təhlükəsizliyindəki rolunudaha da artıracaq. Bəyanatlarda səsləndirildiyi kimi, Türkiyədən Avropayakeçəcək bu enerji xətti çox böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. Bundanbaşqa, İzmirdə "Star” neftayırma zavodunun tikilməsi Azərbaycan və Türkiyəarasında həyata keçirilən ən böyük iqtisadi layihələrdəndir. Ümumi dəyəri 5milyard ABŞ dollarından çox olan bu layihə əsasında yaradılan müəssisə ŞərqiAvropada ən böyük neft və kimya kompleksi olacaq. "Star” həm yatırılansərmayənin həcminə, müvəqqəti və daimi iş yerlərinin sayının çoxluğuna, həm dəzəruri neft və kimya məhsullarının istehsalına görə nadir müəssisədir.Azərbaycanın təşəbbüsü ilə yaradılan və Avropanı Asiya ilə birləşdirəcəkBakı-Tbilisi-Qars dəmir yolu şəbəkəsi daşımalar sistemində yeni mərhələninbaşlanğıcı olacaq.Azərbaycan ilə Türkiyə arasında 180-ə yaxın, o cümlədən iqtisadi sahədəsərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutma, gömrüksahələrində sazişlər daxil olmaqla 40 ikitərəfli sənəd imzalanıb. 2013-cü ildəticarət dövriyyəsi 1,99 milyard ABŞ dolları məbləğində olub. TürkiyəninAzərbaycanda əsas kapitala yatırdığı sərmayə 2,6 milyard dollar təşkil edib.Bu, ölkəmizdəki xarici sərmayənin 6,5 faizini təşkil etməklə beşinci yerə sahibolmaqdır. Xarici sərmayədar tərəf kimi qeyri-neft sektorunda 25,5 faiz paylaTürkiyə birinci yerdədir və investisiya məbləği 1,9 milyard dollarcivarındadır. Azərbaycanın Türkiyədəki sərmayəsi 5 milyard dollara yaxınlaşıb.- Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfiri ərəfəsində ciddibir informasiya təxribatı ilə üzləşdik. Bu təxribatın haradan qaynaqlandığınımüəyyənləşdirə bildinizmi?- Dostluq və qardaşlıq nə qədər möhkəm olursa ona qarşı qüvvələr də fəallaşır.Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində hər iki ölkəninaidiyyəti üzrə rəsmi şəxsləri bu dezinformasiyanın yaratdığı qeyri-sağlammənzərəni aradan qaldırmaqla məşğul oldular. Araşdırmalar göstərir ki, qeydetdiyimiz dezinformasiya heç bir fəaliyyəti olmayan, daim su bulandırmaqlaözlərini gündəmdə saxlayan qüvvələr tərəfindən ortaya atılmışdı. Belətəxribatlar yenə də ola bilər. Sirr deyil ki, təcavüzkar Ermənistan, dünyaerməniləri və Türkiyəni gözü götürməyən xarici qüvvələr uydurma "ermənisoyqırımı”nın yüz illiyi ilə bağlı ciddi təxribatlar hazırlayırlar. Əminəm ki,qardaş Türkiyə ilə Azərbaycan bu təxribatların da qarşısını birgə səylərləalacaqlar.