Bazar günü günü, 29 noyabr 2026
     

Obama Suriyada hərbi əməliyyatların rəsmən başladığını elan etdi

Image


ABŞ prezident Barak Obama İraqda və Suriyadakı "İslam Dövləti" terror təşkilatına qarşı uzunmüddətli və hərtərəfli strategiyanı açıqlayıb. Obama Suriyada "İslam Dövləti"nin mövqelərinə tərəddüdsüz hava zərbələri endiriləcəyini bəyan edib.
O, Amerikanın təhlükəsizliyini təhdid edən hər bir kəsin heç bir sığınacaq tapa bilməyəcəyinə söz verib. Nurman-xeber.az xəbər verir ki, ABŞ prezidenti İraqda İŞİD-in ifratçıları ilə mübarizə üzrə öz planının əsas vəzifələrini bu təşkilatın nə əsl İslam, nə də dövlətlə heç bir ümumi əlaqəsinin olmadığını vurğulayaraq təqdim edib.
"Biz ölkəni təhdid edən terrorçuları onların harda olmasına baxmayaraq izləyəcəyik. Bu o deməkdir ki, mən tərəddüdsüz "İslam Dövləti"nə qarşı İraqda olduğu kimi Suriyada da əməliyyata başlayacağam", - Obama televiziya ilə Birləşmiş Ştatlar xalqına müraciətdə bəyan edib.
Prezident deyib ki, Birləşmiş Ştatlar öz dostları ilə birlikdə İŞİD kimi tanınan terrorçu qrupu məhv edəcək. Ağ Evdən etdiyi çıxışda ABŞ prezidenti israrlı şəkildə bildirib ki, İŞİD-ə qarşı hərbi əməliyyatlarda quru qoşunlarından istifadə olunmayacaq, əvəzində "davamlı hava zərbələri" endiriləcək.
Prezident bəyan edib ki, hava zərbələri həm İraq, həm də Suriyadakı İŞİD birləşmələrini hədəfləyəcək və regionda İŞİD-ə qarşı vuruşan qüvvələrə havadan zərbələrlə dəstək veriləcək: "Bu qədər qan tökülməsinin şahidi olmuş bir regionda bu terrorçular öz qəddarlıqlarına görə təkrarsızdır. Onlar ələ keçirdikləri əsirləri edam edirlər. Onlar uşaqları öldürürlər. Onlar qadınları köləyə çevirir, zorlayır və nikaha məcbur edirlər".
Obama daha sonra bildirib ki, onlar dini azlığı soyqırımla hədələyiblər. Onlar vəhşilik aktı törədərək iki Amerika jurnalistini - Cim Foley və Stiven Sotloffu öldürüblər.
Bununla belə, Obama aydınlıq gətirib ki, İŞİD özünü "İslam Dövləti" adlandırsa da, bu təşkilatın əsl İslamla heç bir əlaqəsi yoxdur.
Obamanın sözlərinə görə, Birləşmiş Ştatlar cihadçıların mövqelərini maksimum zəiflətmək üçün təkcə hərbi yox, eyni zamanda diplomatik addımlar atacaq. Bu, Suriyada ekstremistlərə qarşı olan müxalif qrupların silahlandırılması, həmçinin bu təhdidə qarşı olan ölkələrin geniş alyansının yaradılması deməkdir.
Bu arada, İŞİD döyüşçülərinə qarşı koalisiya yaratmağa çalışan ABŞ dövlət katibi Con Kerrinin Səudiyyə Ərəbistanında ərəb ölkələrinin liderlərilə görüşü gözlənir. Digər ABŞ rəsmisindən gətirilən sitata görə, cənab Kerri Ciddə şəhərində ABŞ-ın hava zərbələrini həyata keçirmək üçün əməkdaşlıq barədə müzakirələr aparacaq.
Müharibələrdən narahat olan ictimaiyyəti əmin etmək üçün prezident deyib ki, bu yeni hücum Əfqanıstan və ya İraq müharibələrinə bənzəməyəcək. Prezident bildirib ki, bu anti-terror əməliyyatında məqsəd hava zərbələrindən və regiondakı partnyorların dəstəyindən istifadə etməklə İŞİD-i mövcud olduğu bütün yerlərdə məhv etməkdir.
Barak Obama deyib ki, belə hərbi taktika bundan əvvəl Somalidə və Yəməndə uğurla həyata keçirilib.
Amerika prezidenti Suriya müxalifətinin mötədil qruplarının silahlandırılması və təlim proqramlarına Konqresin razılığını almağa çalışır. O öz planının ABŞ Konqresi tərəfindən dəstəyini alqışlayacağını bəyan etsə də, konqresmenlərin dəstəyi olmadan da hərəkət etmək səlahiyyətinin olduğunu xüsusi vurğulayıb.
ABŞ mətbuatı yazır ki, indi Konqresin prezidentə bu əməliyyatlarla bağlı yeni səlahiyyətlər verəcəyi gözlənir. Bunlardan biri də ABŞ hərbçilərinin əcnəbi döyüşçüləri təlimləndirməsi üçün nəzərdə tutulan səlahiyyətdir. Mətbuat bildirir ki, bu halda bir sual açıq qalır: ABŞ hərbçiləri əcnəbi döyüşçülərin təlimləndirilməsi üçün Suriyaya daxil olacaqmı?
Məsələn, Konqresdəki demokrat azlığın rəhbəri Nansi Pelosi deyib ki, əcnəbi döyüşçülərə Suriya xaricində təlim keçilərsə, bu səlahiyyətlərin verilməsini dəstəkləyəcək.
Bu arada Fransa bəyan edib ki, Amerikanın Suriya üzərinə hava reydlərində birbaşa iştirak etməyə hazırdır. Bununla belə, Fransanın xarici işlər naziri Laurent Fabius diqqəti belə bir məqama çəkib ki, Suriya üzərinə hava zərbələri prezident Bəşər Əsədin dəstəklənməsi kimi görünə bilər.
Amerikanın hərbi strateqləri isə bildirir ki, Suriyada hava reydlərinə başlanması bir qədər ləngiyə bilər. Belə ki, oradakı hədəflər hələ tam müəyyən edilməyib.
Xəbər verilir ki, ABŞ təyyarələri indiyədək İraqdakı İŞİD hədəflərinə 154 raket zərbəsi endirib. O da bildirilir ki, ABŞ İraqa əlavə olaraq 475 hərbçi göndərir və onların əsas missiyası hava zərbələri üçün hədəflərin müəyyənləşdirilməsi olacaq. Hazırda İraqda 1043 Amerika hərbçisi var. Bir sıra ekspertlər bildirir ki, prezident Barak Obama öz çıxışında bəzi sualları cavabsız buraxıb. Onların fikrincə, prezident hərbi əməliyyatların vaxt cədvəlini, missiyanın müddətini, Suriyada konkret olaraq hansı müxalifət qrupları ilə partnyorluq ediləcəyini bildirməyib.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 20:21
İran İlon Maskın internetindən istifadə edib

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ