Bazar günü günü, 29 noyabr 2026
     

Rusiya-NATO qarşıdurması müharibə həddində...

Image


Ukraynada atəşkəs barədə razılıq əldə olunsa da, Qərb və Rusiyanın qarşıdurması səngiməyib. Əksinə, tərəflərin qarşılıqlı güc nümayişi getdikcə daha intensiv xarakter alır. Sentyabrın 15-dən 26-na qədər NATO-nun Ukrayna ilə birlikdə hərbi manevrlərə başlamaq niyyəti də bunun təsdiqi sayılır. Bu manevrlərə NATO-nun Baltikyanı ölkələrdə, Rumıniya və Polşada beş yeni hərbi bazasının yaradılması da daxildir.
Bütün bunlar göstərir ki, Qərbin Rusiyaya təzyiqi yeni müstəviyə keçir.
Belə bir vaxtda Rusiyanın Qara dəniz donanması Krım yaxınlığında 15 gəmi və 10 hərbi təyyarənin iştirak etdiyi hərbi təlimlərə başlayıb. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərin keçirilməsinin məqsədi dəniz hədəflərinin vurulmasıdır. Bundan başqa, Rusiya digər dənizlərdə də hərbi təlimlərə start verib. Şimal donanmasının 10-dan çox hərbi gəmi və sualtı qayığı Barents dənizində də taktiki təlimlərə başlayıb. Sentyabrın 8-də isə Baltik dənizinə desant çıxarılması məşqləri keçirilib. Eyni zamanda, üç gün əvvəl Rusiya sualtı hərbi gəmidən atılmış nüvə başlığı daşımaq qabiliyyəti olan "Bulava" ballistik raketini sınaqdan keçirib.
Yaranmış gərgin vəziyyətə görə isə prezident Vladimir Putin Qərbi günahlandırıb. Moskvada hökumət rəsmiləri ilə görüşdə danışan Putin potensial hərbi təhlükələrin dəyərləndirilməsi və buna müvafiq cavabın tapılmasına çağırıb. O, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi yaratdığını qeyd edərək, bunu NATO qüvvələrinin Şərqi Avropada yerləşdirilməsi adlandırıb. NATO isə bu yaxınlarda çevik qüvvələrin yaradılacağını elan edib. ABŞ prezidenti Barak Obama bunun Rusiya üçün Ukraynanın şərqində hökumət qüvvələri və Rusiya tərəfdarı separatçılar arasında münaqişəyə bənzər mümkün təcavüzə yol verilməməsindən ötrü siqnal olduğunu deyib. Putin isə bildirib ki, Ukraynada böhran Rusiyanın bəzi Qərb tərəfdaşları tərəfindən yaradılıb və ondan NATO-nun dirçəlməsi üçün istifadə edilir. O, hökumət Rusiyanın təhlükəsizliyi ilə bağlı qərarlar verdikdə bunun nəzərə alındığını deyib. Putin bildirib ki, Rusiyanın müdafiə planları nüvə silahlarından istifadədən çəkinmə siyasətinin davamını, strateji və uzaqmənzilli raketlərin təkmilləşdirilməsi və hava hövzəsinin müdafiəsi sisteminin inkişaf etdirilməsindən ibarətdir: "Lakin Rusiya yeni silah yarışına qoşulmayacaq".
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədri Aleksey Puşkov isə hesab edir ki, Rusiya-NATO münasibətlərindəki böhran qaçılmaz idi və yaxın perspektivdə də bu belə qalacaq. Onun sözlərinə görə, Rusiya - NATO münasibətlərindəki böhran hərbi ittifaqın genişlənmə ilə bağlı strategiyasına yenidən baxmaq niyyətində olmaması ilə bağlıdır: "Rusiya, təbii ki, NATO-nun bu formada genişlənilməsini qəbul edə bilməz. NATO tamamilə sərhədlərimizdə yerləşmək istəyir və bu bizim Qərblə münasibətlərimizdə yaranan böhranın ən əhəmiyyətli səbəblərindən biridir. Bu, Rusiya üçün "qırmızı xətdir". Rusiya və NATO arasındakı böhran hərbi ittifaqın Şərqi Avropaya ekspansiya strategiyası fonunda qaçılmaz idi". Onun sözlərinə görə, NATO-nun genişlənmə strategiyasına yenidən baxacağını göstərən heç bir əlamət yoxdur: "Düşünürəm ki, yaxın perspektivdə münasibətlərin böhran zonasında yaşamalı olacağıq".
Bununla yanaşı, Rusiyanan narazılığının əsas səbəblərindən biri də Ukraynanın Avropa Birliyi ilə imzaladığı assosiasiya haqqında razılaşmadır. Qeyd edək ki, Rusiya Ukraynanın Avropa Birliyi ilə imzaladığı assosiasiya haqqında razılaşmanın dəyişdirilməsi üçün tələblərini irəli sürüb. Bu danışıqların isə minimum iki il davam edəcəyi bildirilir. Rusiyanın irəli sürdüyü tələblərin analizi göstərir ki, Rusiya Avropa Birliyi ilə Ukrayna arasındakı ticarətin qarşılıqlı şəkildə liberallaşdırılmasına qarşıdır. Yəni söhbət idxal rüsumlarının ləğvi və yaxud azaldılması siyasətindən imtina etməkdən gedir. Moskva Kiyev və Brüsselə məhsulların 20 faizdən çoxunun azad ticarətdən çıxarılmasını təklif edir. Ekspertlərin qiymətləndirmələrinə görə, Moskvanın əsas məqsədi razılaşmanın Ukrayna Ali Radasında təsdiqinə imkan verməmək, Avropa Birliyini isə yeni və uzunmüddətli danışıqlara başlamağa inandırmaqdır.
Vladimir Putin yenidən bu məsələyə toxunaraq nazirlər səviyyəsində prosesin bütün iştirakçıları üçün münasib olacaq hansısa güzəştlərə nail ola biləcəyinə ümid etdiyini bildirib.
Brüsseldə keçiriləcək Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli məsləhətləşmələrini şərh edən Putin məsləhətləşmələrin gedişatında Rusiya Nazirlər Kabinetinin güzəştləri axtarmalı və elastiklik göstərməli olduğunu vurğulayıb. Amma Putin bunun müəyyən hüdudlara qədər olacağını deyib: "Ümid edirik ki, nazirlər səviyyəsində hansısa güzəştlərə nail olacağıq və bu, prosesin bütün iştirakçıları üçün münasib olacaq - həm Avropa Birliyi, həm Ukrayna, həm də Rusiya üçün. Hər halda, mən sizdən güzəştləri axtarmağı və müəyyən elastiklik göstərməyi xahiş edəcəyəm. Amma əlbəttə ki, müəyyən hüdudlara, müəyyən sərhədlərə qədər. Həmin sərhədlər ki, istehsalçılarımız və iqtisadiyyatımızın maraqları üçün keçə bilmirik". Lakin Ukrayna baş naziri Arseniy Yatsenyuk bildirir ki, nəyin bahasına olursa-olsun, assosiasiya haqqında razılaşma sentyabr ayında ratifikasiya olunacaq. O, Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli konsultasiyalarının nəticəsinin də Kiyevin qərarına təsir etməyəcəyini dilə gətirib. Ali Radanın sədri Aleksandr Turçinov isə qeyd edir ki, Avropa Birliyi ilə imzalanan assosiasiya haqqında razılaşma Ukrayna prezidenti Petro Poroşenko tərəfindən 16 sentyabrda Ali Radaya daxil edilə bilər: "Bildiyim qədər, prezident Petro Poroşenko Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı təsdiq edilməsi üçün 16 sentyabrda Ali Radaya təqdim etməlidir. Parlament bu razılaşmanı dərhal səsverməyə çıxaracaq". Belə vəziyyət isə Rusiyanın Ukraynada vəziyyəti yenidən qarışdırması ilə nəticələnə bilər. Bu da, öz növbəsində, Qərbin yenidən məsələyə fəal müdaxiləsi ilə nəticələnəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 20:21
İran İlon Maskın internetindən istifadə edib

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ