Bazar günü günü, 29 noyabr 2026
     

Krım yenidən Türkiyəyə birləşdirilə bilər

Image


Ukraynada baş verən hadisələr bu ölkənin Krımı ruslardan geri ala biləcəyini böyük sual altına alır. Əksinə, Krımdan əlavə, Ukrayna şərq hissəsində də xeyli həcmdə əraziləri itirmək üzrədir. Vudro Vilson Mərkəzi yanında Kennana İnstitutunun elmi işçisi, ictimai-dövlət siyasəti məsələləri üzrə ekspert Maykl Kofman "The National Interest" qəzetində dərc etdirdiyi yazısında bildirir ki, Ukraynanın şərqdə qələbə qazanmasına ümid yoxdur:
"Rusiya, çətin ki, yeni Ukrayna hökumətinin öz layihələri üzərində hərbi qələbə qazanmasına icazə verərdi. Xüsusilə, öz ölkəsi daxilində auditoriyaya çoxlu siyasi kapital xərclədikdən sonra. Ukrayna ölkənin şərqində bir neçə ay hərbi kampaniya keçirdi və regionu dağıtmaqla əhalinin əhəmiyyətli hissəsinin Kiyev hakimiyyətinə qarşı köklənməsinə səbəb oldu. Barışıqdan sonra Şərqi Ukraynanın xəritəsinə diqqət yetirsək görərik ki, Ukrayna ordusu və separatçılar arasındakı bölücü xətt mütləq hansısa rusmeylli sistemin yaranmasına gətirib çıxaracaq. Postsovet məkanındakı dondurulmuş münaqişələr və separatizm nümunələrini bilən Ukrayna prezidenti Petro Poroşenko məhz belə bir nəticədən qaçmaq istəyirdi. Ukraynalılar Krımın itirilməsi ilə barışmalı olacaq, amma onlar özlərinin Qərb oriyentasiyasına əvəz olaraq Şərqin itirilməsi ilə barışmağa meylli deyillər".
Amerikalı ekspertin fikrincə, atəşkəs rejimi pozularsa, Rusiya hərbi eskalasiya prosesində daha əhəmiyyətli qələbəni qazanacaq: "Moskva bəlkə də açıq müdaxiləni arzulamır. Rusiyanın bir neçə min hərbçisi Ukrayna ordusunu qaçmağa məcbur etdisə, o halda təsəvvür etmək çətindir ki, iyirmi və ya qırx min qoşunun müdaxiləsindən sonra nə baş verəcək. Rusiya, çətin ki, bütün Ukraynanı işğal etməyi bacaracaq, amma Ukrayna ordusu və separatçılar arasındakı bölücü xətti istədiyi yerdən çəkəcək. Qərb liderləri bunu çox da müdaxilə adlandırmaq istəmir, çünki onlar ehtiyat edir ki, sanksiyaları dəyərsiz cavab kimi görünəcək". Maykl Kofman Rusiyaya yeni ərazilərin lazım olmadığını və Ukraynaya təzyiq üçün nöqtələri tapdığını bildirir.
Lakin indiki vəziyyətdə Ukrayna da fəaliyyətsiz dayanmaq niyyətində deyil. Belə ki, Krımı Rusiyaya verməkdənsə, Ukrayna onun Türkiyəyə birləşdirilməsini daha məqbul sayır. Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Krım tatarlarının Krıma sahib olma hüququnun Rusiyadan daha çox olduğunu bildirərkən bu xüsusda maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, Krımın Türkiyəyə birləşdirilməsi üçün referendum keçirilə bilər.
Çerniqiv Texnologiya Universitetinin tələbələri ilə görüşən Kuçma Krım yarımadasının Rusiyaya məxsus olmadığını deyib: "Əzəli rus torpağından bəhs etsək, Krımın kimə aid olduğunu açıq-aydın görərik. Krım Rusiyaya aid deyil. Krım tatarları köklü xalq olaraq bu mövzuda daha çox hüquqlara sahibdir". Kuçma Krım tatarlarının demoqrafik üstünlüyünü xatırladaraq yarımadada qanuni idarəetmə orqanları yarandıqdan sonra Türkiyəyə birləşmək üçün referendum keçirilməsinin mümkün olduğunu açıqlayıb.
Krım həqiqətən də tarixi türk torpaqları olub. Xatırladaq ki, gözəl təbiətə və dənizsahili turizm imkanlarına görə Krım turistlərin ən çox seçdiyi bölgə olub. Krım yarımadasının əsl sahibləri isə türklər olub. Hələ 1441-ci ildə Krımda Girəy tayfasından olan Hacı xan xanlıq qurub. Krım xanlığı ruslara qarşı yürüşlər və hətta Moskvaya qədər gedib çatan müharibələrlə tarixə düşüb. 1475-ci ildə Krım xanlığı Osmanlı Sultanlığının vassalına çevrilib. Osmanlı dövləti Krım üzərindən bir sıra döyüşlərini həyata keçirirdi. Ancaq Osmanlının zəifləməsi ilə Krıma Rusiya imperiyasının hücumları artdı. 1783-cü ildə Krım bütövlükdə Rusiya dövləti tərəfindən ilhaq edildi. SSRİ yarandıqda Krımda muxtariyyəti formalaşdı. 1941-ci ildə Krım faşistlər tərəfindən işğal olunur və yalnız 3 il sonra - 1944-cü ildə ərazi təkrarən sovetlər tərəfindən ələ keçirilir. Ancaq 1944-cü ilin mayında Beriya Stalinə müraciət edərək Krım tatarlarını faşistlərlə əməkdaşlıq etməkdə və Almaniya tərəfində SSRİ-yə qarşı mübarizə aparmaqda ittiham edir və onların Orta Asiyaya sürgün olunmasını təklif edir. Həmin il mayın 18-dən başlayaraq Krım tatarları yarımadadan əsasən Orta Asiyaya sürgün edilir. 4 gün ərzində 195 min nəfərə yaxın Krım tatarı sürgün edilir. Bunlardan 150 min nəfəri Özbəkistana köçürülür. 20 oktyabr 1944-cü il tarixindən etibarən Krımda kütləvi şəkildə tatar, yunan və alman mənşəli toponimlər və etnik tərkib dəyişdirilərək ruslaşdırılır. Krım Sovet Sosialist Muxtar Respublikası ləğv edilərək onun ərazisində Krım vilayəti yaradılır və o, Ukrayna SSR-dən alınaraq Rusiyaya verilir. Bundan başqa, yarımadadakı tatar kəndlərinin adları dəyişdirilərək ruslaşdırılır. Krımda muxtariyyət yalnız SSRİ dağıldıqdan sonra bərpa edilir.
19 fevral 1954-cü ildə Nikita Xruşşovun təşəbbüsü ilə 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilir. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyi münasibətilə atdığı bu addım SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazına səbəb oldu. Qeyd edək ki, Krım əhalisi tarix boyu sürgünlərə məruz qalsa da, əhalinin əksəriyyəti türk əsilli krım tatarları olaraq qalıb.
Bütün bunları əsas götürən Ukrayna Krımın Türkiyəyə birləşdirilməsini mümkün sayır. NATO isə Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacağıın bildirir. Xatırladaq ki, NATO-nun Uels sammitində yekun bəyanatının Ukraynaya həsr olunmuş hissəsində bu məsələyə də xüsusi toxunulub. Bəyanatda qeyd olunub ki, NATO üzvləri Krımın qanunsuz şəkildə Rusiyaya birləşdirilməsini tanımır və bundan sonra da tanımayacaq: "Biz tələb edirik ki, Rusiya beynəlxalq qanun və öz beynəlxalq öhdəliklərinə uyğun hərəkət etsin. Biz Rusiyadan Krımın qanunsuz işğalına son qoymağı, Ukraynaya qarşı təcavüzkar hərəkətlərdən çəkinməyi, qoşunlarını Ukraynadan çıxarmağı və bu ölkənin ərazisinə silah çatdırılmasını dayandırmağı tələb edirik".
Hazırda Türkiyə tərəfi Krımla fəal iqtisadi əlaqələr qurmağa çalışır. Krım iqtisadi inkişaf naziri Svetlana Verba qeyd edir ki, Türkiyədən olan investorlar Krımda sənaye parklarının inkişafı, enerji, inşaat və turizm sahəsinə investisiya qoymaq istəyir. Krım hökumətinin Türkiyə, Çin, Fransa və israilli iş adamları ilə yarımadaya investisiya qoyulması mövzusunda danışıqlar apardığını deyən Verbanın sözlərinə görə, artıq türk investorlar Krıma sərmayə qoymağa hazırdır. İş adamlarını Krım və Sevastapola cəlb etmək üçün yeni qanun layihəsi hazırladıqlarını deyən nazir qanunda investorlar üçün 5 il gəlir, 10 il isə əmlak vergisindən azad edilmənin əks olunduğunu bildirib.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 20:21
İran İlon Maskın internetindən istifadə edib

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ