Bazar günü günü, 29 noyabr 2026
     

ABŞ-ın Əsədi devirmək planı işə düşür

Image


Qərbin uzun müddətdir devirməyə çalışdığı, lakin Rusiyanın dəstəyi sayəsində hakimiyyətini indiyə kimi qoruyub saxlamağa nail olmuş Bəşər Əsəd iqtidarı üçün yeni ciddi təhlükə yaranıb. Söhbət Qərb ölkələrinin Suriyada başlamağa hazırlaşdığı hərbi əməliyyatlardan gedir. İŞİD təhlükəsi ilə bağlı olaraq Qərb, rəsmi Dəməşqin razılığı olmadan belə, Suriya ərazisində terrorçulara zərbə endirməyə hazırlaşdığını bəyan edir.
Lakin eyni zamanda Əsəd qüvvələrinin də hədəfə alınacağı istisnalıq təşkil etmir. Digər tərəfdən artıq o da sirr deyil ki, Qərb Rusiyadan Ukraynanın heyfini Suriyada da çıxmaq istəyir. Artıq Kreml bu xüsusda narahatlığını dilə gətirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İraq və Suriyada İŞİD-ə qarşı döyüşən ABŞ qırıcılarının Əsəd qüvvələrini vurmağından narahat olduğunu bildirib. Moskvada təşkil olunan mətbuat konfransında danışan Lavrov ABŞ-dan şübhələndiyini deyib: "Bizim ABŞ-ın Suriya torpaqlarında yalnız "İslam Dövləti"nə hücum edəcəyinə şübhəmiz var. Hava hücumu zamanı hökumət qüvvələrinə də hücum ola bilər".
ABŞ-ın İraqda hücum edərkən rəsmi Bağdaddan icazə aldığını, Suriyada isə buna bənzər addımın olmamasından narahat olduğunu dilə gətirən Lavrov Qərbin ancaq öz xeyrini güddüyünü deyib: "NATO müəyyən kütlənin mənfəətini nəzərə alaraq bu addımı atır. Ümumiyyətlə, NATO Rusiyanı Yaxın Şərqdə fəaliyyət göstərən terrorçulardan daha təhlükəli hesab edir".
ABŞ-la terrorla mübarizə mövzusunda əməkdaşlıq etməyə həmişə hazır olduqlarını deyən Lavrov bunu NATO-nun qəbul etdiyi qərarlar müstəvisində istəmədiklərini bildirib: "Rusiya terror təhdidinə qarşı Qərb ölkələri, o cümlədən ABŞ-la ortaq mübarizəyə hazırdır. Lakin NATO-nun qəbul etdiyi qərarlar çərçivəsində deyil. Bizim BMT Təhlükəsizlik Şurasına üzv ölkə olaraq məsuliyyətimiz var".
Amerika isə Suriya məsələsində iddialı mövqe sərgiləyir. Bundan əvvəl ABŞ-ın baş qərargah rəhbəri Martin Dempsi İŞİD-in ölkəsinə birbaşa təhdid olacağı gün Suriyaya hücuma keçəcəklərini açıqlayıb. Baş qərargah rəhbəri İŞİD-ə qarşı Suriyada əməliyyat keçiriləcəyi halda, Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, bölgədəki müttəfiq ölkələrin ABŞ-a dəstək verəcəklərinə inandığını vurğulayıb. Hazırda ABŞ İŞİD-i ciddi təhlükə sayır. Eyni zamanda, Pentaqon Suriyadakı üsyançı dəstələrin tərkibində 100-dən çox amerikalının döyüşdüyünü və onlardan təxminən 10-nun İŞİD terror təşkilatının tərəfində mübarizə apardığını ehtimal edir. Bildirək ki, Suriyada döyüşən yüzlərlə ABŞ vətəndaşı barədə məlumat ilk dəfə Pentaqon rəhbəri Çak Heygel tərəfindən səsləndirilib. Digər Pentaqon nümayəndəsi, polkovnik Stiv Uorren isə bu məlumatları dəqiqləşdirib: "Ehtimal edirik ki, Suriyada ABŞ pasportuna sahib olan təxminən 100 nəfər döyüşür, lakin biz onların dəqiq olaraq kimə qoşulduqlarını bilmirik. Hesab edirik ki, İŞİD sıralarında təxminən 10 amerikalı var". ABŞ-ın Terrorla Mübarizə üzrə Milli Mərkəzinin rəhbəri Mett Olsen Suriyadakı amerikalı "cihadçı"ların ümumi sayını təsdiq edib. Onun məlumatına əsasən, Suriyaya cəmi üç il ərzində 12 mindən çox əcnəbi, o cümlədən 1000 avropalı muzdlu gedib.
Çak Heygel isə bildirir ki, ABŞ-ın İŞİD terror təşkilatına qarşı bütün fəaliyyətinin məqsədi onun üzərində nəzarəti ələ almaq yox, onun tam məhvidir: "Bundan əvvəl bu barədə prezident Barak Obama da danışıb". Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatların keçirilməsinin onların planına daxil olub-olmadığı barədə suala cavabında amerikalı nazir müvafiq variantın çoxlu sayda digər variantlar arasında nəzərdən keçirildiyini söyləyib. Onu da bildirək ki, İŞİD terror təşkilatı əleyhinə aparılan əməliyyatlar indiyədək ABŞ-a 560 milyon dollara başa gəlib. ABŞ Müdafiə Nazirliyinin rəsmi təmsilçisi, admiral Con Kirbi hərbi xərclərin bu qədər sürətlə artmasını yenicə həyata keçirilməyə başlayan aviazərbələrlə əlaqələndirib: "ABŞ-ın İraqda İŞİD terror təşkilatına qarşı mübarizəsi üçün gündəlik 7.5 milyon dollar sərf olunacaq". Yeri gəlmişkən, ABŞ dövlət katibi Con Kerri İŞİD-ə qarşı əməliyyatların təkcə aviazərbələrlə bitməyəcəyini söyləyib və bütün ölkələri bu terror təşkilatına qarşı mübarizədə addım atmağa çağırıb. Ekspertlər İŞİD-ə qarşı əməliyyatların bir neçə ay ərzində bitəcəyinə şübhə ilə yanaşır. Hesab olunur ki, İŞİD terrorçularının əsasən Suriya ərazisində fəal olması, başda ABŞ olmaqla, digər ölkələr və beynəlxalq təşkilatları daha çox maddi vəsait sərf etməyə vadar edəcək.
Bu fonda isə Suriya iqtidarını dəstəkləyən qüvvələrin də hədəf ola biləcəyi artıq istisnalıq təşkil etmir. Çünki Suriya müxalifətinin silahlı mübarizəsi hesabına Əsədin devrilməsinin mümkün olmadığı artıq dəqiqdir. Əksinə, müxalifət getdikcə zəifləyir. Artıq Suriyanın İdlib əyaləti ərazisində törədilən partlayış nəticəsində Suriya silahlı müxalifətinin "Əhraruş-Şam" qruplaşmasının 45 komandiri öldürülüb. Öldürülənlər arasında sözügedən qruplaşmanın lideri Həssan Əbud da var. Məlumata əsasən, "Əhraruş-Şam"ın lider və komandirləri İdlibin Ram-Hamdan rayonunda məxfi saxlanan yeraltı sığınacaqların birində toplantı keçirərkən kamikadze tərəfindən partlayış törədilib. Suriya müxalifətinin bir çox qruplaşmaları hadisə ilə bağlı hökuməti ittiham edib və burada partladılan bombanın kimyəvi qazlara malik olduğunu iddia edib. Bildirək ki, "Əhraruş-Şam" Suriyada hökumətə qarşı vuruşan üç əsas qruplaşmadan biridir. Qruplaşmanın İdarə heyəti və komandirləri Suriya hökumətinə qarşı vuruşan "İslam Cəbhəsi"nin əsas üzvlərini təşkil edir.





 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 20:21
İran İlon Maskın internetindən istifadə edib

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ