Cümə axşamı günü, 12 noyabr 2026
     

Qarabağ məsələsində Ermənistanın mövqeləri heç vaxt olmayan həddə kimi zəiflədi…

Image


Ermənistanda baş verən son proseslər bu ölkədə xaotik bir vəziyyətin formalaşmasına, tənəzzül prosesinin daha geniş miqyas almasına səbəb olmaqdadır. Bütün bunların Dağlıq Qarabağ münaqişəsinə hansı formada təsir göstərəcəyi də indi xüsusi aktuallıq kəsb edir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Qarabağ kartı Ermənistanda istənilən siyasi qüvvə üçün mövqe baxımından mühüm əhəmiyyət kəsb edir. Elə hakimiyyəti tədricən ələ keçirməyə hazırlaşan yeni etiraz hərəkatının lideri, parlamentin deputatı Nikol Paşinyan üçün də.

Qeyd edək ki, Paşinyan özü baş nazir təyin edilməyənə qədər kütləvi aksiyaları davam etdirəcəyinə söz verib. Bildirib ki, bu məsələ meydanda həll olunub. Amma Ermənistanın baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Karen Karapetyan qeyd edir ki, Ermənistan baş naziri küçələrdə yox, yalnız parlamentdə seçilməlidir: “Siyasi partiyalar razılaşsa, o zaman növbədənkənar seçkilər keçirmək olar. Paşinyanı və ya digərlərini baş nazir kimi görmək istəyirlər. Bəs kriteriyalar haradadır? Bunun üçün seçki var. Ona görə də gəlin növbədənkənar parlament seçkisi keçirək. Xalq Paşinyanı seçmək istəyirsə, o zaman onu qanuni seçkilərdə seçsin. Baş nazir küçələrdə seçilmir”. Amma artıq “Yelk” fraksiyası  Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. Bununla bağlı fraksiyanın yaydığı bəyanatda vurğulanır: “Fraksiya Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsinə namizədliyini irəli sürmək qərarına gəlib”. Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, Respublika Partiyasının heç bir üzvü Ermənistanın baş naziri ola bilməz. Yəni o, Karen Karapetyanın baş nazir seçilməsinə və onun idarəçiliyi altında növbədənkənar parlament seçkilərinə gedilməsinə razılıq verməyib. Belə vəziyyətdə Ermənistanda cəmiyyətlə iqtidar arasında vəziyyətin daha da kəskinləşməsi gözlənir. Amma “Daşnaksütyun” Partiyasının hakim koalisiyadan çıxması, Ermənistanın ana müxalifəti sayılan “Tsarukyan“ blokunun etirazçıların tərəfinə keçməsi Paşinyanın mövqelərini gücləndirir. Məlumatlara görə, Paşinyanla “Tsarukyan“ blokunun  lideri və iş adamı Haqik Tsarukyan arasında görüş olub. Burada yaranmış daxili siyasət vəziyyəti və ondan mümkün çıxış yolları müzakirə edilib. Tərəflər növbəti görüş üçün razılaşıb. Bundan əvvəl isə Haqik Tsarukyanla məşhur rusiyalı milyarder Samvel Karapetyan arasında görüş baş tutub. Karapetyanın Tsarukyana baş nazir postunu və Respublika Partiyası ilə koalisiya hökuməti yaratmağı təklif etdiyi bildirilir. Çarukyan bu təklifi rədd edib və etirazlara qoşulub. Bütün bunlardan sonra Paşinyan Karen  Karapetyanın hamisi sayılan Samvel Karapetyana mesaj göndərib: “Bəzi biznesmenlər özlərini Karen Karapetyanın tərəfdarı sayır və öz fikirlərini Moskvanın mövqeyi kimi təqdim etməyə cəhd edirlər. Mən bu şəxslərə demək istəyirəm ki, Ermənistan Respublikası icarəyə verilən ərazi deyil. Başınız girmədiyi yerə burnunuzu soxmayın”. Çox güman ki, bundan sonra Nikol Paşinyanla danışıqlar apara biləcək yeganə legitim tərəf kimi prezident Armen Sarkisyanın adı hallanacaq. Çünki Paşinyan Karen Karapetyanın hətta Respublika Partiyasından istefa verdikdən sonra belə baş nazir olmasına razı deyil. 

Digər tərəfdən, Paşinyanın hakimiyyətə gəlmək üçün keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryan, həmçinin Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla sözləşməyə girdiyi barədə məlumatlar var. Xatırladaq ki, aprelin 23-də  Serj Sarkisyanın istefa verməsindən bir neçə saat əvvəl keçirilən təhlükəsizlik müşavirəsində, prezident Armen Sarkisyan, baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanla yanaşı, Bako Saakyan da iştirak edib. Dağlıq Qarabağ separatçılarının lideri sonradan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan və onun xələfi Robert Köçəryanla görüşüb. Yayılan məlumatlara görə, görüşlərdə Ermənistanda yaranmış daxili siyasi vəziyyətə toxunulub. Adının açıqlanmamasını istəyən bəzi mənbələr isə Saakyanın Paşinyanla da görüşdüyünü bildirib. Bütün bu görüşlər isə Saakyanın qurulması mümkün görünən yeni hökumətin formalaşması istiqamətində aparılan danışıqlarda iştirak etdiyini deməyə əsas verir. Həmçinin, Levon Ter-Petrosyan-Robert Köçəryan-Bako Saakyan-Nikol Paşinyan dördbucağında ciddi sövdələşmələrin olduğunu da istisna etmək olmaz. Beləliklə, yaranmış vəziyyətdə Paşinyanın hakimiyyətə gəlmək ehtimalı artır. Bu şəxsin Qarabağ məsələsində danışıqları davam etdirməsi, ümumiyyətlə, hansı mövqe tutacağı isə xüsusi maraq doğurur. Rusiyanın Sosial Tədqiqatlar Ekspert İnstitutunun ekspertlər şurasının rəhbəri Qleq Kuznetsov “Vzqlyad” qəzetinə müsahibəsində bu məqama toxunarkən aşağıdakılara diqqət yetirməyi vacib sayır: “Ermənistan daim xarici təzyiq altında olan dövlətdir. Ermənistanın daxilində dövlətçilik tənəzzülə uğrayarsa, o, iqtidarsız dövlətə çevriləcək. Ermənistanda hakimiyyət qışqırıqlarla formalaşacaqsa, deməli, İrəvanda beynəlxalq səviyyədə tanınmış hökumət olmayacaq. Ermənistanı əhatə edən dövlətlərin, ilk növbədə Türkiyə və Azərbaycanın isə Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmək kimi mükəlləfiyyəti yoxdur. Bir paytaxta iki hakimiyyətin – biri meydanda, digəri parlamentdə - olduğu istənilən vəziyyətdə Qarabağ münaqişəsinin donu dərhal açılacaq. Çox qan axıdılacaq və bunun Ermənistan üçün necə bitəcəyi məlum deyil. Münaqişənin tarixinə nəzər salsaq, yada düşər ki, Azərbaycan Qarabağda məhz Bakıda hakimiyyətin çox zəif olduğu vaxtlarda qorxunc hərbi uğursuzluqlar yaşamışdı. O vaxt hakimiyyət elə bu cür dəli fanatikə - Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyə məxsus idi və o, dövləti nəzarəti altında saxlaya bilmirdi. İndi buna bənzər vəziyyət Ermənistanda yaranır”.

Qeyd edilənlərdən belə bəlli olur ki, qarşıdakı dövr ərzində Ermənistanın daha zəif duruma düşməsini gözləmək olar. Avropanın Erməni İttifaqları Forumunun vitse-prezidenti Vladimir Poqosyan bildirir ki, baş verən hadisələr Ermənistandan kapital axınını sürətləndirib. Onun sözlərinə görə, Nikol Paşinyan indi artıq ciddi strateji səhvlərə yol verir və bu səhvlər qaçılmaz nəticələrə gətirib çıxara bilər.

Poqosyan hesab edir ki, Ermənistanda bir sıra nazirlər, həmçinin Mərkəzi Bankın başçısı valyutanın ölkədən çıxarılmaması üçün vəzifələrindən kənarlaşdırılaraq həbs edilməli idi. O bu fikirdədir ki, cinayətkarların məsuliyyətdən qaçmamaları üçün dövlət sərhədləri bağlanmalı idi. Poqosyan Paşinyanın boş xəzinə ilə hakimiyyətə gələcəyini, ölkədə xaos vəziyyətinin yaranacağını da qeyd edib. Həqiqətən də siyasi destabilizasiya ilə bərabər ölkənin çökməkdə olan iqtisadiyyatı daha da pisləşməyə başlayıb. “Qraparak” qəzetinin iddiasına görə, ölkədən son bir neçə gündə kapital axını artıb. Bəzi investorlar isə ölkəyə yatırım niyyətlərindən müvəqqəti imtina etməli olub. Ən böyük itki isə erməni əsilli rusiyalı iş adamı Kamo Avaqumyanla bağlı olub. O, etirazların başlanmasından sonra ölkəyə yatırmaq istədiyi 100 milyon dollarlıq investisiyadan imtina edib. Bütün bunlar Ermənistanın daha zəif duruma düşməsi ilə müşayiət olunacaq vacib məqamlar sayılır. Digər tərəfdən, belə vəziyyət erməni ordusunun durumunu da pisləşdirir və hərbçilərin də siyasətə qatılması vəziyyəti ağırlaşdırır. Məhz bu şəraitdə erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinə müqavimət imkanı daha da aşağı səviyyəyə düşür. Bütün bunlar Qarabağ məsələsində düşmənin mövqelərinrin hər istiqamətdə daha sürətlə zəiflədiyini deməyə əsas verir. "Baku International Policy and Security Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bu fonda qeyd edir ki, Ermənistandakı proseslər uzunmüddətli və xaotik hal alacaq. Politoloq bunun səbəbini mövcud parlamentin əksəriyyətinin “Qarabağ klanı“nın üzvlərindən ibarət olması ilə əlaqələndirib: “Bu fonda Ermənistandakı ziddiyyətlər daha da dərinləşir. Hətta Ermənistanın Eçmiədzin şəhərində “Yerkrapa” Müharibə Könüllüləri İttifaqının vitse-prezidentinin öldürülməsi ilk qanın tökülməsinə dəlalət edir. Ermənistandakı proseslər uzunmüddətli və xaotik hal alacaq. Çünki Paşinyan köklü dəyişikliklər istəyir. Lakin mövcud oliqarxlar, “Qarabağ klanı“və “Daşnaksütyun“ Partiyası sonuna qədər prosesin əleyhinə gedəcək. Paşinyanın bu qalibiyyətin altına adını nə dərəcədə yaza biləcəyi hələ sual alındadır. Lakin indidən ortaya çoxlu ziddiyyətlərin çıxacağı məlumdur”. Ekspert Ermənistandakı proseslərin regionda bir sıra geosiyasi dəyişiklərə gətirib çıxaracağını bildirir: “ Qərb Ukrayna kimi Ermənistanı da Rusiyanın təsir dairəsindən çıxara bilsə və Paşinyanın planı baş tutsa, regionda vəziyyət dəyişəcək. Çünki Ermənistanda küçələrdə qərbyönümlü qrant təşkilatların nümayəndələri əsas rol oynayır. Qərbyönümlülərin üstünlüyü artsa, bu, Cənubi Qafqazda, xüsusilə də Azərbaycanla sərhəddə yeni bir vəziyyət yarada bilər. Bu fonda Azərbaycanın Dağlıq Qarabağ siyasəti müəyyən dəyişiklilərə məruz qalacaq. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin söylədiyi kimi, Azərbaycanın əlində güclü hərbi və siyasi vasitələr var. Soçidə təhlükəsizlik üzrə toplantının davam etdiyi bir vaxtda Bakının bunu öncədən bəyan etməsi onu göstərir ki, Azərbaycan hazırda təmkinli davranır və problemin gələcək həlli yollarını nəzərdən keçirir. Danışıqlar fayda verməsə, başqa yola əl atılacaq. Ümumiyyətlə, “Qarabağ klanı“nın Ermənistanda mövcud mövqelərinin qırılması Qarabağ separatçılarının lideri Bako Saakyanın da getməsi deməkdir. Çünki o da Sarkisyanın əlaltısıdır. Bu fonda Dağlıq Qarabağda siyasi ab-hava dəyişiləcək. Ermənistandakı qeyri-stabillik avtomatik Qarabağ ermənilərinə də sirayət edəcək. Beləliklə, Paşinyanın dövründə Qarabağ ermənilərini əvvəlki üsullarla saxlamaq mümkün olmayacaq. Bu hadisələr isə özlüyündə Azərbaycanın lehinədir.

Sarkisyanın gedişinin bir səbəbkarı da Azərbaycan prezidentidir. Azərbaycan prezidenti öz dünyagörüşü və doğru siyasəti ilə Sarkisyanı erməni mentalitetində uduzmağa vadar etdi. Ermənistan iqtisadi, siyasi və hərbi sahədə faktiki Azərbaycana uduzdu və açıq-aşkar Qafqazda Ermənistan-Azərbaycan qarşıdurmasında Azərbaycana tab gətir bilmədi”. Bütün bunlar isə öz növbəsində yaxın tezlikdə Qarabağ məsələsində ciddi yeniliklərin olmasını istisna etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ