Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Astanada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitində maraqlı təklif irəli sürüb. Baki-xeber.com xəbər verir ki, Nazarbayev müsəlman ölkələrini G20-yə bənzər bir platforma yaratmağa çağırıb.
"Hesab edirəm ki, İslam dünyasında elm və iqtisadiyyatın inkişafı üçün G20-yə bənzər qeyri-rəsmi platforma yaradılmalıdır", - deyə Nazarbayev qeyd edib. Onun sözlərinə görə, İƏT-in 15 aparıcı üzvü G20-yə oxşar bir platforma yarada bilər.
Elm və texnologiyanın inkişafının çox vacib bir istiqamət olduğunu ifadə edən Nazabayev bildirib ki, İslam dünyasının Qərb ölkələrinə daha da yaxınlaşmasına kömək etmək üçün mütəmadi forumlar və görüşlər təşkil edilməlidir: "Qərb ölkələri ilə əməkdaşlığı inkişaf etdirməliyik. Bunun sayəsində bütün İslam dünyası da inkişaf edəcək".