Bazar ertəsi günü, 16 noyabr 2026
     

İs­lam Həm­rəy­li­yi Si­ya­sə­ti: Azər­bay­ca­nın qlo­bal hu­ma­niz­mə töh­fə­si

Image


Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin 2017-ci ilin Azər­bay­can­da "İs­lam Həm­rəy­li­yi İli" elan edil­mə­si haq­qın­da Sə­rən­ca­mı və bu is­ti­qa­mət­də ge­niş fəa­liy­yə­tə baş­la­nıl­ma­sı - mü­hüm si­ya­si ad­dım və qlo­bal hu­ma­nizm ak­tı ki­mi öl­kə­miz üçün, bü­tün is­lam öl­kə­lə­ri və elə­cə də, bü­tün dün­ya üçün müs­təs­na əhə­miy­yə­tə ma­lik­dir.   

İn­sa­nın mə­nə­vi key­fiy­yət­lə­ri­ni, iç duy­ğu­la­rı­nı ifa­də edən inan­cı - mə­nə­vi alə­mi nə qə­dər fər­di ol­sa da, so­si­al-mə­də­ni mü­na­si­bət­lə­rin uni­ver­sal­laş­ma­sı və zən­gin­ləş­mə­si fo­nun­da təd­ri­cən fər­di çər­çi­və­sin­dən çı­xa­raq ic­ti­mai­ləş­miş, son­da kol­lek­tiv də­yə­rə çev­ril­miş­dir. Bu ta­ri­xi pro­ses­də mey­da­na gə­lən müx­tə­lif din­lər və on­la­rın ay­rı-ay­rı tə­ma­yül­lə­ri uni­ver­sal inanc iden­tik­li­yi­nin for­ma­laş­ma­sı­na yol aç­mış­dır. La­kin bu yol heç də hə­mi­şə ha­mar ol­ma­yıb. Bə­zən din­lə­rin özü­nün if­rat şə­kil­də müt­ləq­ləş­dir­mə­si, müs­təs­na­laş­dır­ma­sı, hət­ta ideo­lo­ji­ləş­dir­mə­si pro­se­sin­də on­la­rın də­rin çat­la­rı, ke­çil­məz səd­lə­ri də ya­ran­mış, bir çox hal­lar­da müx­tə­lif din­lər və on­la­rın cə­rə­yan­la­rı, sek­ta­la­rı ara­sın­da uzun­müd­dət­li konf­likt­lər də kük­rə­miş­dir. XI -XII əsr­lər­də Or­ta Şər­qə eks­pan­sio­nist xris­ti­an hərb­çi­lə­ri­nin təş­kil olun­muş çox­say­lı sə­lib yü­rüş­lə­ri (Ex­pe­di­tio sac­ra), or­ta əsr­lər Av­ro­pa­sın­da ink­vi­zi­si­ya, is­lam dün­ya­sın­da uzun əsr­lər bo­yu da­vam edən tə­ri­qət­lə­ra­ra­sı çə­kiş­mə­lər hə­min konf­likt­lə­rin ba­riz nü­mu­nə­lə­ri­dir. La­kin bə­şər ta­ri­xin­də da­vam­lı ola­raq baş ver­miş, hət­ta aman­sız sa­vaş­la­ra çev­ril­miş o qan­lı toq­quş­ma­lar heç bir hal­da bir di­nin və ya inanc qru­pu­nun di­gər­lə­ri üzə­rin­də müt­ləq üs­tün­lü­yü­nü bər­qə­rar et­mə­miş­dir. Bu­nun­la da, in­san­lı­ğın ta­ri­xi hə­ya­tı­nın ger­çək­li­yi öz ye­nil­məz hə­qi­qə­ti­ni və ak­tu­al­lı­ğı­nı hər za­man qo­ru­yub sax­la­mış­dır: Bə­şə­riy­yə­tə da­vam­lı sa­bit­lik gə­ti­rən, bir­gə­ya­şa­yış ənə­nə­lə­ri­ni güc­lən­di­rən hu­ma­nist mə­nə­vi mü­hi­tin for­ma­laş­ma­sı həm fər­di, həm də kol­lek­tiv an­lam­da in­san inan­cı­na, in­san­lı­ğın inanc şək­lin­də ifa­də olu­nan mə­də­ni-mə­nə­vi də­yər­lə­ri­nə olan hör­mət­dən qay­naq­la­nır.

Ta­rix bo­yun­ca müx­tə­lif di­ni eti­qad­la­ra ma­lik olan in­san­la­rın sülh şə­rai­tin­də, bir-bi­ri ilə qar­şı­lıq­lı hör­mət və eh­ti­ram ru­hun­da ya­şa­ma­sı­nın dərk edil­di­yi dün­ya­nın na­dir mə­kan­la­rın­dan bi­ri də Azər­bay­can­dır. Vic­dan azad­lı­ğı­nı in­san hü­quq və azad­lıq­la­rı­nın yal­nız bir par­ça­sı ki­mi de­yil, həm də ta­ri­xi də­yər ki­mi uca tu­tan Azər­bay­can xal­qı müx­tə­lif di­ni inanc da­şı­yı­cı­la­rı­nın bir­gə­ya­şa­yış ənə­nə­lə­ri­ni zən­gin­ləş­dir­miş, bü­tün dün­ya üçün ör­nək ola bi­lə­cək di­ni to­le­rant­lıq mo­de­li­ni ya­rat­mış­dır.  Məhz bu sə­bəb­dən, Azər­bay­can ta­ri­xən si­vi­li­za­si­ya­la­ra­ra­sı dia­lo­qa önəm­li töh­fə­lər ve­rən, dö­züm­süz­lü­yün bü­tün for­ma­la­rı­nı rədd edən hu­ma­nist mə­nə­vi mə­kan ki­mi öz möv­qe­yi­ni qo­ru­yub sax­la­ya bil­miş­dir.

Azər­bay­can xal­qı­nın dün­yə­vi də­yər­lə­rə sıx bağ­lı­lı­ğı­nın, döv­lət və di­nin müs­tə­qil şə­kil­də öz funk­si­ya­la­rı­nı hə­ya­ta ke­çir­mək ənə­nə­si­nin də­rin ta­ri­xi kök­lə­ri var­dır. Mə­sə­lən, Ata­bəy­lər hökm­da­rı Mə­həm­məd Ca­han Pəh­lə­va­nın İs­lam Xə­li­fə­si­nə aid fi­kir­lə­ri bu kon­teks­tdə xü­su­si ma­raq do­ğu­rur: "Əgər Xə­li­fə imam­dır­sa, onun dai­mi məş­ğu­liy­yə­ti na­maz qıl­maq ol­ma­lı­dır, çün­ki na­maz di­nin əsa­sı və iş­lə­rin ən gö­zə­li­dir. Bu sa­hə­də üs­tün­lü­yü və xalq üçün nü­mu­nə ol­ma­sı ona ki­fa­yət­dir. Xə­li­fə­nin bu dün­ya­da pad­şah­lı­ğın işi­nə qa­rış­ma­sı­nın heç bir əhə­miy­yə­ti yox­dur, bu­nu sul­ta­na tap­şır­maq la­zım­dır" (Zi­ya Bün­ya­dov. Azər­bay­can Ata­bəy­lər Döv­lə­ti - 1136-1225-ci il­lər., Şərq-Qərb, Ba­kı, 2007). Bu ta­ri­xi fakt hə­lə yü­zil­lik­lər ön­cə Azər­bay­can­da din - döv­lət - cə­miy­yət mü­na­si­bət­lə­ri­nə nə qə­dər düz­gün ta­ri­xi qiy­mət ve­ril­di­yi­nin gös­tə­ri­ci­si­dir. Sək­kiz yüz il son­ra ümum­mil­li li­der Hey­dər Əli­ye­vin din - döv­lət mü­na­si­bət­lə­ri­nə da­ir söy­lə­di­yi fi­kir­lər Azər­bay­can xal­qı­nın öz ta­ri­xin­dən sü­zü­lüb gə­lən də­yər­lə­rə bağ­lı ol­du­ğu­nu gös­tə­rir: "Biz hü­qu­qi, de­mok­ra­tik, dün­yə­vi döv­lət qu­ru­cu­lu­ğu möv­qe­yin­də dur­mu­şuq. Odur ki, biz heç cür is­lam döv­lə­ti və ya is­lam tə­məl­çi­li­yi­nin tə­rəf­da­rı ola bil­mə­rik". Bu rea­list fi­kir­lə­rin mü­əl­li­fi Hey­dər Əli­yev, ey­ni za­man­da, di­ni mə­də­ni və mə­nə­vi də­yər ki­mi hə­mi­şə yük­sək tu­tan, din­dar­la­ra və din ocaq­la­rı­na eh­ti­ram­la ya­na­şan, xü­su­si­lə is­lam di­ni ənə­nə­lə­ri­nin in­ki­şa­fı­na ça­lı­şan, öl­kə­də­ki di­ni tə­si­sat­la­rın bir-bi­ri ilə qar­şı­lıq­lı əla­qə­də öz funk­si­ya­la­rı­nı də­qiq və vic­dan­la, ay­rı-ay­rı məz­həb­çi­lik­dən uzaq du­ra­raq ye­ri­nə ye­tir­mə­si­ni va­cib sa­yan bir möv­qe­yin sa­hi­bi idi. 

İs­la­mın ümum­dün­ya əhə­miy­yə­ti­nə ta­ri­xi-kul­tu­ro­lo­ji plan­da ya­naş­saq de­yə bi­lə­rik ki, is­lam si­vi­li­za­si­ya­sı­nın in­ti­bah epo­xa­sı he­sab olu­nan VIII-XIII əsr­lər mə­də­niy­yə­tin, fəl­sə­fə­nin, el­min yük­sə­li­şin­də dö­nüş döv­rü ol­muş­dur. Əl Fə­ra­bi, Ru­də­ki, Əl Bi­ru­ni, İbn Si­na, İbn Rüşd, Nə­si­rəd­din Tu­si və s. ki­mi da­hi­lər öz fəa­liy­yət­lə­ri ilə is­la­mın el­mi in­ki­şa­fa, tə­rəq­qi­yə ma­neə tö­rət­mə­di­yi­ni, ək­si­nə, elm və di­nin bir-bi­ri­nə sti­mul ya­rat­dı­ğı­nı, elm­də qüv­vət­li olan in­san­la­rın is­lam­da da yük­sək də­yə­rə sa­hib ol­du­ğu­nu sü­but et­miş­lər. O za­man­lar Or­ta Şər­qə sə­ya­hət edən av­ro­pa­lı səy­yah­lar, elm adam­la­rı, xü­su­si­lə coğ­ra­fi­ya­çı­lar is­lam dün­ya­sı­nın yük­sək el­mi-mə­də­ni in­ti­ba­ha na­il ol­du­ğu­nu açıq şə­kil­də ifa­də et­miş­lər. İs­lam və Türk si­vi­li­za­si­ya­la­rı­nın uni­kal vəh­dət mə­kan­la­rın­dan və önəm­li mər­kəz­lə­rin­dən bi­ri ol­muş Azər­bay­can da is­lam di­ni­nin mad­di və qey­ri-mad­di ir­si­nin zən­gin­ləş­mə­si­nə hər za­man töh­fə­si­ni ver­miş, is­lam mə­də­niy­yə­ti­nin ümum­dün­ya əhə­miy­yə­ti­nin yük­səl­mə­sin­də mü­hüm rol oy­na­mış­dır. Bu ba­xım­dan, Azər­bay­can is­lam dün­ya­sın­da öz apa­rı­cı möv­qe­yi­ni qo­ru­yub sax­la­mış, is­la­mi də­yər­lə­ri mü­ha­fi­zə edən və gə­lə­cək nə­sil­lə­rə to­le­rant bir əx­laq­la ötü­rən mü­qəd­dəs tor­paq­dır.

Dün­yə­vi və di­ni də­yər­lə­rin bir-bi­ri­nə xə­ləl gə­tir­mə­dən bir­gə möv­cud­lu­ğu ənə­nə­lə­ri­ni ya­şa­dan Azər­bay­can xal­qı XX əs­rin əv­vəl­lə­rin­də bü­tün is­lam dün­ya­sın­da ilk də­fə dün­yə­vi-de­mok­ra­tik res­pub­li­ka qu­ru­lu­şu­nu ya­ra­da­raq ço­xəsr­lik mil­li, di­ni və ümum­bə­şə­ri də­yər­lə­rə sa­diq­li­yi­ni bir da­ha gös­tər­miş­dir. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin İs­tiq­lal Bə­yan­na­mə­sin­də mil­liy­yə­tin­dən, məz­hə­bin­dən, sin­fin­dən, sil­kin­dən və cin­sin­dən ası­lı ol­ma­ya­raq, öz sər­həd­lə­ri da­xi­lin­də ya­şa­yan bü­tün və­tən­daş­la­ra si­ya­si hü­quq­lar və və­tən­daş­lıq hü­qu­qu ve­ril­di­yi bə­yan edil­miş­dir. Bu­nun­la da, mul­ti­kul­tu­ral və çox­kon­fes­si­ya­lı mə­kan ola­raq öz si­ya­si tə­yi­na­tı­nı mü­əy­yən­ləş­di­rən Azər­bay­can dün­yə­vi­li­yin tək­cə Qərb si­vi­li­za­si­ya­sı­na məx­sus ol­du­ğu­nu de­yil, onun ma­hiy­yət eti­ba­rı ilə bü­tün bə­şə­riy­yət üçün uni­ver­sal də­yər kəsb et­di­yi­ni bü­tün dün­ya­ya nü­ma­yiş et­dir­miş­dir. Hət­ta ən çə­tin dövr­də də - So­vet dö­nə­min­də də Azər­bay­can xal­qı di­ni inanc­la­rı­nı, is­lam di­ni­nin təb­liğ et­di­yi mər­hə­mət, yar­dım, pay­laş­ma ki­mi də­yər­lə­ri so­si­al-ic­ti­mai-məi­şət hə­ya­tın­da qo­ru­yub sax­la­mış­dır. Müs­tə­qil­li­yi­ni bər­pa et­dik­dən son­ra hər kə­sin vic­dan azad­lı­ğı­na ma­lik ol­ma­sı kons­ti­tu­si­on nor­ma ki­mi öl­kə­nin ali qa­nu­nun­da - Kons­ti­tu­si­ya­da öz ək­si­ni tap­mış­dır. Ey­ni za­man­da, hər kə­sin di­nə mü­na­si­bə­ti­ni müs­tə­qil mü­əy­yən­ləş­dir­mək, hər han­sı di­nə tək­ba­şı­na və ya baş­qa­la­rı ilə bir­lik­də eti­qad et­mək, ya­xud heç bir di­nə eti­qad et­mə­mək, di­nə mü­na­si­bə­ti ilə bağ­lı əqi­də­si­ni ifa­də et­mək və yay­maq hü­qu­qu bir­ba­şa ola­raq Kons­ti­tu­si­ya­da qeyd edil­miş­dir. Bu gün Azər­bay­can­da in­san­la­rın di­ni inanc­la­rı­nı sər­bəst şə­kil­də ifa­də et­mə­si üçün bü­tün şə­ra­it ya­ra­dıl­mış­dır. Öl­kə­miz­də ha­zır­da möv­cud olan 2000-dən çox məs­ci­din 300-ü ta­ri­xi-mə­də­ni abi­də ki­mi döv­lət tə­rə­fin­dən qo­ru­nur. İs­lam mə­də­niy­yə­ti­nin uni­kal abi­də­lə­ri olan Tə­zə­pir, Bi­bi­hey­bət, Əj­dər­bəy, Şa­ma­xı Cü­mə məs­cid­lə­ri və Gən­cə şə­hə­rin­də­ki "İmam­za­də" komp­lek­si əsas­lı şə­kil­də tə­mir olun­muş, Ba­kı şə­hə­rin­də Cə­nu­bi Qaf­qa­zın ən bö­yük məs­ci­di olan Hey­dər Məs­ci­di in­şa edil­miş­dir. Di­gər din­lə­rə eti­qad edən və­tən­daş­la­rın is­ti­fa­də­si üçün kil­sə­lər, si­na­qoq­lar, mə­bəd­lər tə­mir edil­miş və ye­ni­lə­ri ti­kil­miş­dir. Bu hü­quq­lar­dan ra­sio­nal dün­ya­gö­rü­şü əsa­sın­da müd­rik­cə­si­nə is­ti­fa­də edən Azər­bay­can xal­qı ta­ri­xi keç­mi­şin­də ol­du­ğu ki­mi, di­ni if­rat­çı­lıq, xu­ra­fat, eks­tre­mizm ki­mi di­ni təh­rif­çi­lik­dən uzaq da­yan­maq­la, bə­zi xa­ri­ci qüv­və­lə­rin Azər­bay­can­da in­san­la­rın di­ni inanc­la­rın­dan sui-is­ti­fa­də cəhd­lə­ri­nin üzə­rin­dən xətt çək­miş­dir. Bir söz­lə, di­ni inanc və dün­yə­vi­lik Azər­bay­can xal­qı­nın ya­şa­mın­da ide­al vəh­dət ya­rat­mış­dır. Bu vəh­dət həm də mil­li döv­lət təh­lü­kə­siz­li­yi­mi­zin ən mü­hüm mə­nə­vi da­yaq­la­rın­dan bi­ri­dir.

Azər­bay­can re­gio­nal və qlo­bal müs­tə­vi­də hu­ma­nizm və həm­rəy­lik ide­ya­la­rı­nı təb­liğ edən, kons­truk­tiv əmək­daş­lıq im­kan­la­rı­nı təq­dim və təş­viq edən is­lam tə­si­sat­la­rı ilə də­rin mü­na­si­bət­lər ya­rat­mış­dır. 1991-ci il­dən İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı­na (İƏT) üzv olan Azər­bay­can bu təş­ki­la­ta da­xil olan döv­lət­lər­lə qar­şı­lıq­lı ina­ma əsas­la­nan fay­da­lı dip­lo­ma­tik mü­na­si­bət­lər qur­muş, ey­ni za­man­da iq­ti­sa­di, mə­də­ni sfe­ra­lar­da çox­şa­xə­li əla­qə­lər ya­rat­mış­dır.

İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı tə­rə­fin­dən Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nə da­ir qət­na­mə­lə­rin, bə­ya­nat­la­rın qə­bul edil­mə­si Azər­bay­ca­nın haq­lı möv­qe­yi­nin bey­nəl­xalq miq­yas­da mü­da­fiə edil­mə­si və bu mü­na­qi­şə­nin bey­nəl­xalq hü­quq nor­ma­la­rı çər­çi­və­sin­də həl­li­nə dəs­tək gös­tə­ril­mə­si ba­xı­mın­dan atıl­mış önəm­li dip­lo­ma­tik-hü­qu­qi ad­dım­lar­dır. 2015-ci il­də İƏT Xa­ri­ci İş­lər Na­zir­lə­ri­nin Şu­ra­sı tə­rə­fin­dən "Er­mə­nis­tan Res­pub­li­ka­sı­nın Azər­bay­can Res­pub­li­ka­sı­na qar­şı tə­ca­vü­zü nə­ti­cə­sin­də iş­ğal olun­muş Azər­bay­can tor­paq­la­rın­da is­lam di­ni­nə aid ta­ri­xi-mə­də­ni ir­sin və iba­dət ocaq­la­rı­nın da­ğı­dıl­ma­sı və təh­qir olun­ma­sı"na da­ir qə­bul olun­muş qət­na­mə di­ni zo­ra­kı­lıq və ay­rı-seç­ki­li­yin Er­mə­nis­tan tə­rə­fin­dən yü­rü­dü­lən si­ya­sə­tin tər­kib his­sə­si ol­du­ğu­nu bü­tün dün­ya­ya açıq şə­kil­də bə­yan edir.

İs­lam həm­rəy­li­yi­nə na­il olun­ma­sı bü­tün dün­ya­da mə­də­niy­yə­tin, el­min, təh­si­lin in­ki­şa­fı­na dəs­tək gös­tə­rən İs­lam Təh­sil, Elm və Mə­də­niy­yət Təş­ki­la­tı­nın (İSES­KO) qar­şı­sı­na qoy­du­ğu prio­ri­tet və­zi­fə­lər­dən bi­ri­dir. Azər­bay­ca­nın hə­min təş­ki­lat­la da sıx əmək­daş­lıq mü­na­si­bət­lə­ri möv­cud­dur. İSES­KO tə­rə­fin­dən Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zi­lə­rin­də möv­cud du­ru­ma, is­lam di­ni­nə aid olan mad­di və qey­ri-mad­di ir­sin məq­səd­li şə­kil­də məhv olun­ma­sı­na da­ir çox­say­lı bə­ya­nat və qət­na­mə­lər qə­bul olun­muş­dur.

2006-cı il­də Hey­dər Əli­yev Fon­du­nun Pre­zi­den­ti Meh­ri­ban xa­nım Əli­ye­va­nın si­vi­li­za­si­ya­la­rın ya­xın­laş­ma­sın­da gös­tər­di­yi xid­mət­lə­rə, İs­lam alə­min­də gö­rü­lən iş­lə­rə bö­yük dəs­tə­yi­nə gö­rə İSES­KO-nun Xoş­mə­ram­lı Sə­fi­ri adı­na la­yiq gö­rül­mə­si Azər­bay­can-İSES­KO əla­qə­lə­rin­də ye­ni sə­hi­fə aç­mış­dır. İSES­KO tə­rə­fin­dən 2009-cu il­də Ba­kı şə­hə­ri­nin, 2018-ci il­də isə Nax­çı­van şə­hə­ri­nin İs­lam mə­də­niy­yə­ti­nin pay­tax­tı elan edil­mə­si Azər­bay­ca­nın di­ni to­le­rant­lıq mə­ka­nı ki­mi ümum­bə­şə­ri, hu­ma­nist ide­ya­la­rın təb­li­ği is­ti­qa­mə­tin­də önəm­li möv­qe əl­də et­di­yi­nə sü­but­dur.

Ha­zır­da dün­ya əha­li­si­nin beş­də bi­rin­dən ço­xu­nu - 23,4 %-ni (1,7 mil­yard nə­fər) mü­səl­man­lar təş­kil edir. Or­ta Şərq və Şi­ma­li Af­ri­ka­nın 91,2 %-i, Asi­ya-Okea­ni­ya­da məs­kun­la­şan əha­li­nin 24,8%-i, Av­ro­pa­da ya­şa­yan əha­li­nin isə 6%-i mü­səl­man­lar­dır. İs­lam dün­ya­sı­nın bö­yük in­san ka­pi­ta­lı­na ma­lik ol­ma­sı, əha­li­nin nis­bə­tin­də gənc­lə­rin üs­tün möv­qe­yi ha­zır­kı si­ya­si, so­si­al, iq­ti­sa­di re­al­lıq­lar şə­rai­tin­də ol­duq­ca mü­hüm fak­tor­lar­dır. İs­lam dün­ya­sı­nın get­dik­cə ar­tan de­moq­ra­fik üs­tün­lü­yü də mü­hüm amil­dir. Be­lə bir şə­ra­it­də bu üs­tün­lük­lər­dən bə­şə­riy­yə­tə, so­si­al-iq­ti­sa­di-mə­də­ni in­ti­ba­ha töh­fə ve­rə bi­lə­cək, praq­ma­tik və ra­sio­nal si­ya­sə­tin tə­şəb­büs­ka­rı və dəs­tək­lə­yi­ci qüv­və­si ki­mi is­ti­fa­də stra­te­gi­ya­sı­nın ol­ma­sı ol­duq­ca önəm­li­dir.

Tək­zi­bo­lun­maz fakt­dır ki, Ya­xın və Or­taq Şər­qin bə­zi mü­səl­man döv­lət­lə­ri müa­sir döv­rün si­ya­si-iq­ti­sa­di-mə­də­ni ger­çək­lik­lə­ri­nə adek­vat mü­na­si­bət for­ma­laş­dır­maq­da çə­tin­lik çə­kir, müa­sir­lə­şən dün­ya­nın qa­baq­cıl ten­den­si­ya­la­rı ilə ayaq­la­şa bil­mir, ma­hiy­yət­cə de­yil, for­ma­ca mo­dern­ləş­mə­yə üs­tün­lük ve­rir­lər. Məhz bu sə­bəb­dən­dir ki, yan­lış dün­ya­gö­rü­şü əsa­sın­da və bir­tə­rəf­li yön­də qu­ru­luş alıb tə­si­sat­la­nan is­lam fun­da­men­ta­liz­mi bu­ra­da özü­nə da­yaq­lar ta­pa bi­lir və o, Qərb im­pe­ria­liz­mi­nə qar­şı ye­ga­nə "al­ter­na­tiv", "tə­sir­li alət" ki­mi qə­bul olu­nur. Be­lə­lik­lə, da­ğı­dı­cı­lı­ğa qar­şı əks des­truk­tiv­lik - if­ra­ta qar­şı if­rat mü­ba­ri­zə üsu­lu ola­raq se­çi­lir. Bu "mü­ba­ri­zə­nin" haqq işi ol­ma­dı­ğı isə ilk ad­dım­da­ca özü­nü gös­tə­rir. Eks­tre­mist və ra­di­kal­la­rın öz­lə­ri­nə düş­mən he­sab et­dik­lə­ri Qər­bə qar­şı sa­va­şı qı­sa za­man­da on­la­rın öz içə­ri­sin­də tə­ri­qət­lə­ra­ra­sı toq­quş­ma­lar­la, top­lum qar­şı­dur­ma­sı ilə əvəz­lə­nir, hət­ta və­tən­daş mü­ha­ri­bə­lə­ri­nə yol açı­lır. Bir söz­lə, mə­nə­vi, hü­qu­qi və di­ni ba­xım­dan heç bir hal­da haqq qa­zan­dı­rı­la bil­mə­yən "is­lam ke­şik­çi­lə­ri", əs­lin­də, öz­lə­ri Qərb im­pe­ria­liz­mi­nin vu­ran əli­nə, kor si­la­hı­na çev­ri­lir­lər. Hal­bu­ki ger­çək is­lam də­yər­lə­ri­nə və mil­li-si­ya­si dün­ya­gö­rü­şü­nə ma­lik olan in­san­la­rı bu yo­la təh­rik et­mək, konf­likt­lər bu­rul­ğa­nı­na sal­maq ol­maz­dı.

Ta­ri­xi min dörd yüz il ge­ri çək­mə­yə ça­lı­şan Əl-Qai­də, İŞİD, "Hiz­bi təh­rir-əl İs­la­mi" və di­gər eks­ter­mist qrup­la­rın on­suz da heç za­man baş tut­ma­ya­caq "xi­la­fət" prin­sip­lə­ri­nin bər­qə­rar ol­ma­sı uğ­run­da apar­dıq­la­rı "mü­ba­ri­zə" nin bə­zi kə­sim­lər tə­rə­fin­dən açıq və ör­tü­lü dəs­tək­lən­mə­si də ki­fa­yət qə­dər cid­di və təh­lü­kə­li hal he­sab edil­mə­li­dir. Bu hal­la­rın qar­şı­sı­nın alın­ma­sı üçün is­la­mın düz­gün təb­li­ği­nin, onun sülh və bir­gə­ya­şa­yış di­ni ol­du­ğu­nu sü­but edən sis­tem­li təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si ar­tıq bir zə­ru­rə­tə çev­ril­miş­dir.

İs­lam di­ni bə­şər ta­ri­xi­nin əla­mət­dar mə­də­niy­yət ha­di­sə­si ki­mi qar­şı­lıq­lı eti­ma­dı, dia­lo­qu, sülh və hu­ma­nizm də­yər­lə­ri­ni özün­də eh­ti­va edir. Ta­rix bo­yu mul­ti­kul­tu­ral ənə­nə­lə­rin, di­ni də­yər­lə­rin ən yük­sək sə­viy­yə­də mü­ha­fi­zə olun­du­ğu, müx­tə­lif inanc sa­hib­lə­ri­nin sülh şə­rai­tin­də bir­gə ya­şa­dı­ğı Azər­bay­can is­lam dün­ya­sı­nın na­dir döv­lət­lə­rin­dən bi­ri­dir ki, hə­min də­yər­lə­ri, is­lam di­ni­nin ali prin­sip­lə­ri­ni təh­rif olun­ma­dan op­ti­mal si­ya­si-etik plat­for­ma­da dün­ya ic­ti­ma­iy­yə­ti­nə təq­dim et­mək po­ten­sia­lı­nı or­ta­ya qo­yur.

Azər­bay­can tək­cə is­lam həm­rəy­li­yi ide­ya­la­rı­nın do­ğul­du­ğu mə­kan de­yil­dir. Ey­ni za­man­da, bu ide­ya­la­rın re­al­lı­ğa çev­ril­di­yi, is­lam dün­ya­sı­nın qar­şı­laş­dı­ğı əsas ça­ğı­rış­la­rın həl­li­nə yö­nəl­miş ən yük­sək sə­viy­yə­li mü­za­ki­rə­lə­rin apa­rıl­dı­ğı əhə­miy­yət­li geo­po­li­tik mə­kan­dır. Xal­qı­mı­zın mil­li-mə­nə­vi sər­və­ti olan to­le­rant­lıq, sülh ide­ya­la­rı­na sa­diq­lik, mul­ti­kul­tu­ral də­yər­lər həm də döv­lət si­ya­sə­ti­mi­zin tər­kib his­sə­si­nə çev­ril­miş­dir.

İs­lam dün­ya­sın­da həm­rəy­lik plat­for­ma­sı­nın, qar­şı­lıq­lı ina­ma əsas­la­nan mü­na­si­bət­lə­rin qu­rul­ma­sı möv­cud əmək­daş­lıq mü­hi­ti­ni da­ha da ge­niş­lən­dir­mə­li, onun ye­ni is­ti­qa­mət­lə­ri­ni aç­ma­lı­dır. Bu­nun üçün is­lam həm­rəy­li­yi ide­ya­la­rı­nın bü­tün is­lam coğ­ra­fi­ya­sın­da ya­yıl­ma­sı­nı təş­viq edən əha­tə­li və sis­tem­li təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si zə­ru­ri­dir. Ge­niş küt­lə­lə­rin ma­ra­ğı­na sə­bəb olan, da­ha bö­yük miq­yas­da is­lam dün­ya­sı­nı bir ara­ya top­la­yan id­man təd­bir­lə­ri­nin təş­ki­li bu is­ti­qa­mət­də atı­lan önəm­li ad­dım­lar­dan bi­ri­dir. 1981-ci il­də İƏT-in III sam­mi­tin­də qə­bul olun­muş yek­dil qə­ra­ra əsa­sən İs­lam Həm­rəy­lik Oyun­la­rı Fe­de­ra­si­ya­sı tə­sis edil­miş və o za­man­dan eti­ba­rən hər dörd il­dən bir ke­çi­ri­lən İs­lam Həm­rəy­li­yi Oyun­la­rı bey­nəl­xalq miq­yas­da əla­mət­dar id­man ha­di­sə­lə­rin­dən bi­ri­nə çev­ril­miş­dir. 

Bü­tün bu ta­ri­xi və müa­sir re­al­lıq­la­rın nə­zə­rə alın­ma­sı kon­teks­tin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin 2017-ci ilin Azər­bay­can­da "İs­lam Həm­rəy­li­yi İli" elan edil­mə­si haq­qın­da Sə­rən­ca­mı və bu is­ti­qa­mət­də ge­niş fəa­liy­yə­tə baş­la­nıl­ma­sı - mü­hüm si­ya­si ad­dım və qlo­bal hu­ma­nizm ak­tı ki­mi öl­kə­miz üçün, bü­tün is­lam öl­kə­lə­ri və elə­cə də, bü­tün dün­ya üçün müs­təs­na əhə­miy­yə­tə ma­lik­dir. Öl­kə baş­çı­sı tə­rə­fin­dən irə­li sü­rü­lən bu tə­şəb­büs, doğ­ru­dan da, is­lam dün­ya­sın­da in­di­yə qə­dər pre­se­den­ti ol­ma­yan ye­ni ənə­nə­nin əsa­sı­nı qo­yur. Be­lə ki, is­lam coğ­ra­fi­ya­sın­da yer­lə­şən öl­kə­lər ara­sın­da Azər­bay­can ilk öl­kə­dir ki, is­lam həm­rəy­li­yi­ni si­ya­si akt sə­viy­yə­si­nə yük­səl­dir və bü­tün ili hə­min ide­ya­la­rın təb­li­ği­nə yö­nəl­miş sis­tem­li təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə həsr edir. Bu ba­xım­dan, Azər­bay­ca­nın döv­lət baş­çı­sı İl­ham Əli­yev tə­rə­fin­dən irə­li sü­rül­müş is­lam həm­rəy­li­yi tə­şəb­bü­sü mü­səl­man dün­ya­sı­nın bu gün qar­şı­laş­dı­ğı prob­lem­lə­rin kök­lü şə­kil­də həl­li, möv­cud konf­likt­lə­rin dia­loq plat­for­ma­sın­da çö­zü­mü is­ti­qa­mə­tin­də də kons­truk­tiv fəa­liy­yət­lə­rə tə­kan ve­rə­cək­dir. "İs­lam Həm­rəy­li­yi İli" çər­çi­və­sin­də hə­ya­ta ke­çi­ri­lən komp­leks təd­bir­lər İs­lam di­ni­nin sülh və mər­hə­mət di­ni ol­du­ğu­nu gös­tər­mək­lə ya­na­şı, is­lam coğ­ra­fi­ya­sın­da ge­niş­miq­yas­lı hu­ma­ni­tar əmək­daş­lı­ğın da ye­ni pers­pek­tiv­lə­ri­ni açır.

2015-ci il­də Bi­rin­ci Av­ro­pa Oyun­la­rı­nı yük­sək təş­ki­lat­çı­lıq­la ke­çi­rən Azər­bay­can 2 il­dən son­ra, 2017-ci il İs­lam Həm­rəy­lik Oyun­la­rı­na ev sa­hib­li­yi edir. Şərq­lə Qərb ara­sın­da mə­də­niy­yət­lər və ide­ya­lar or­taq­lı­ğı ya­ra­dan, həm­rəy­lik kör­pü­sü funk­si­ya­sı­nı ye­ri­nə ye­ti­rən Azər­bay­can bu­nun­la həm uni­ver­sal də­yər­lə­rə bağ­lı­lı­ğı­nı, həm də ta­ri­xi keç­mi­şin­də xü­su­si yer tut­muş və bu gün də qo­ru­yub sax­la­dı­ğı is­lam di­ni­nin ali də­yər­lə­ri­nə sa­diq qal­dı­ğı­nı sü­but edir. Be­lə­lik­lə, Azər­bay­can qlo­bal­la­şan dün­ya­da da­vam­lı sa­bit­li­yin bər­qə­rar edil­mə­si üçün bü­tün va­si­tə­lər­dən is­ti­fa­də edir, gü­nü­müz üçün zə­ru­ri olan sül­hya­ra­dı­cı, ba­rış­dı­rı­cı möv­qe­yi­ni özü­nə­məx­sus for­ma­da irə­li sü­rür.

İs­lam Həm­rəy­li­yi İlin­də Ba­kı­da İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nın ke­çi­ril­mə­si Azər­bay­ca­nın is­lam dün­ya­sın­da qar­şı­lıq­lı eti­mad mü­hi­ti­nin ya­ra­dıl­ma­sın­da gös­tər­di­yi da­vam­lı səy­lə­rin tər­kib his­sə­si­dir. Bu Şərq­lə Qər­bin qov­şa­ğın­da yer­lə­şən Azər­bay­ca­nın eti­bar­lı tə­rəf­daş ki­mi is­lam coğ­ra­fi­ya­sın­da güc­lə­nən möv­qe­yi­nin ba­riz tə­cəs­sü­mü­dür.

Azər­bay­can Res­pub­li­ka­sı­nın 1-ci Vit­se-Pre­zi­den­ti, Dör­dün­cü İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nın Təş­ki­lat Ko­mi­tə­si­nin səd­ri Meh­ri­ban xa­nım Əli­ye­va­nın təş­ki­lat­çı­lı­ğı ilə bu id­man təd­bi­ri­nin ən yük­sək stan­dart­lar əsa­sın­da ke­çi­ril­mə­si üçün bü­tün mü­va­fiq təş­ki­la­ti və in­fras­truk­trur iş­lə­ri uğur­la hə­ya­ta ke­çi­ril­miş­dir.

20 id­man nö­vün­də ke­çi­ri­lən bu mö­tə­bər id­man təd­bi­ri­nin Azər­bay­can­da baş tut­ma­sı öl­kə­mi­zin bey­nəl­xalq id­man ya­rış­la­rı ke­çi­ril­mə­si üz­rə təc­rü­bə­si­ni zən­gin­ləş­dir­mək­lə bə­ra­bər, Azər­bay­ca­nın təq­dim et­di­yi to­le­rant­lıq mo­de­li­nin bü­tün dün­ya­ya bə­yan edil­mə­si üçün də gö­zəl im­kan­lar ya­ra­dır. Pre­zi­dent İl­ham Əli­ye­vin vur­ğu­la­dı­ğı ki­mi, "İs­lam Oyun­la­rı ilk növ­bə­də is­lam həm­rəy­li­yi­ni güc­lən­di­rə­cək, həm is­lam alə­mi­nə, həm dün­ya­ya bir da­ha gös­tə­rə­cək ki, is­lam di­ni sülh və qar­daş­lıq di­ni­dir. Ey­ni za­man­da, dün­ya­ya gös­tə­rə­cək ki, Azər­bay­can bö­yük im­kan­la­ra ma­lik olan öl­kə­dir və ən mö­tə­bər bey­nəl­xalq ya­rış­la­rı ke­çir­mə­yə qa­dir­dir". Bir söz­lə, bu ya­rış­ma­nın yük­sək sə­viy­yə­li təş­ki­li ilə Azər­bay­can bü­tün dün­ya­da is­lam həm­rəy­li­yi­nə özü­nə­məx­sus töh­fə­si­ni ve­rir, ey­ni za­man­da, müa­sir to­le­rant­lıq mə­də­niy­yə­ti­nin ör­nə­yi, hu­ma­nist di­ni və mil­li də­yər­lə­rin ya­şa­dı­cı­sı ki­mi özü­nün ar­tan nü­fu­zu­nu bey­nəl­xalq aləm­də bir da­ha bə­yan edir. Azər­bay­ca­nın bu tə­şəb­bü­sü İs­lam Həm­rəy­li­yi Si­ya­sə­ti­nin əsas ma­hiy­yə­ti­ni or­ta­ya qo­yur.

Bu gün qlo­bal miq­yas­da is­lam həm­rəy­li­yi ide­ya­la­rı­nın təb­li­ği müx­tə­lif ic­ti­mai-si­ya­si ba­xış­la­ra ma­lik olan din­lər və kon­fes­si­ya­lar, re­gio­nal miq­yas­da isə is­lam coğ­ra­fi­ya­sı­nı əha­tə edən döv­lət­lər ara­sın­da qar­şı­lıq­lı an­laş­ma mü­hi­ti­nin və kons­truk­tiv əmək­daş­lı­ğın for­ma­laş­ma­sı ba­xı­mın­dan xü­su­si ak­tu­al­lıq da­şı­yır. Si­vi­li­za­si­ya­la­rın kə­siş­di­yi mə­kan­da yer­lə­şən Azər­bay­ca­nın is­lam həm­rəy­li­yi­nə na­il olun­ma­sı is­ti­qa­mə­tin­də hə­ya­ta ke­çir­di­yi əha­tə­li təd­bir­lər tək­cə is­lam coğ­ra­fi­ya­sın­da de­yil, ey­ni za­man­da bey­nəl­xalq miq­yas­da da­vam­lı sa­bit­li­yin tə­min edil­mə­si­nə, kon­fes­si­ya­la­ra­ra­sı an­laş­ma­nın və to­le­rant dün­ya­gö­rü­şü­nün in­ki­şa­fı­na mün­bit zə­min ya­ra­dır. İs­lam Həm­rəy­li­yi si­ya­sə­ti ilə - Azər­bay­can İs­lam dün­ya­sı­nın vəh­dət­ya­ra­dı­cı mə­ka­nı ki­mi bu di­ni də­yər­lə­rin ger­çək­dən bə­şə­ri-hu­ma­nist, mə­nə­vi-əx­la­qi də­yər­lər ol­du­ğu­nu təs­diq­lə­yir, bu ide­ya­la­rın tək­cə is­lam coğ­ra­fi­ya­sın­da de­yil, bü­töv­lük­də dün­ya­da bir­gə­ya­şa­yış və sa­bit­lik mü­hi­ti­ni ya­ra­dan tə­sir­li va­si­tə ol­du­ğu­na ina­mı möh­kəm­lən­di­rir.

Bu si­ya­sət İs­lam dün­ya­sın­da "həm­rəy­lik dip­lo­ma­ti­ya­sı" rəh­bər tu­tul­maq­la, si­ya­sət­dən mə­də­niy­yə­tə, din­dən el­mə, ti­ca­rət­dən tu­riz­mə qə­dər bü­tün sa­hə­lər üz­rə bir­gə fəa­liy­yət­lə­rin spek­tri ya­ra­dıl­ma­sı­nı, qar­şı­lıq­lı fay­da­lan­ma­nın in­no­va­tiv tə­şəb­büs­lə­ri­nin dəs­tək­lən­mə­si­ni, mü­səl­man xalq­la­rı­nın po­ten­si­al im­kan­la­rı­nın üzə çı­xa­rıl­ma­sı­nı və hə­rə­kə­tə gə­ti­ril­mə­si­ni, is­lam dün­ya­sı­nın qlo­bal rə­qa­bət­də da­ya­nıq­lı­ğı­nın tə­min olun­ma­sı­nı, bir çox mü­ha­fi­zə­kar, ge­ri­lə­yi­ci meyl­lər­dən əl çə­kil­mə­si­ni, möv­cud prob­lem­lə­rin həl­lin­də həm­rəy­lik nü­ma­yiş et­dir­mək­lə, qa­baq­cıl dün­ya döv­lət­lə­ri ilə əmək­daş­lı­ğın da­ha ef­fekt­li plat­for­ma­sı üzə­rin­də sə­fər­bər olun­ma­ğı özün­də eh­ti­va edir.

Ca­van­şir Fey­zi­yev
Mil­li Məc­li­sin de­pu­ta­tı,
Fəl­sə­fə dok­to­ru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 17:17
Avropa yenidən Rusiya qazı üçün milyardlarla dollar ödəyir...

16.11.2026 / 17:12
Əhalinin dərman və ərzaq xərcləri artır...

16.11.2026 / 16:50
Ramiz Mehdiyevi ifrat tərifləyənlər risk aıtındadır – “kardinal” dövlət çevrilişində ittiham olunur...

16.11.2026 / 16:10
Azərbaycan ASB-nin yeni beynəlxalq təşkilata çevrilməsini önəmli saymır - niyə?..

16.11.2026 / 15:20
Ermənistan Rusiyadan qopur, İran o gücdə deyil, Azərbaycanla isə problem var...

16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur - RƏQƏMLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...

16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq - Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…

16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...

16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi

16.11.2026 / 13:35
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı

16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - FƏRMAN

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ