çərşənbə axşamı günü, 17 noyabr 2026
     

Er­mə­nis­tan­da və­tən­daş qar­şı­dur­ma­sı və so­si­al-hu­ma­ni­tar fə­la­kə­tin əsas mən­bə­yi - tə­ca­vüz­kar Dağ­lıq Qa­ra­bağ si­ya­sə­ti...

Image


Bu gün Er­mə­nis­tan­da Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nə gö­rə ar­tan eti­raz­la­rın əsas sə­bəb­lə­rin­dən bi­ri də düş­mə­nin cəb­hə­də ver­di­yi it­ki­lər­dir. Xü­su­sən də ötən ilin ap­re­lin­dən son­ra bu xü­sus­da er­mə­ni cə­miy­yə­tin­də eti­raz­la­rın da­ha kəs­kin xa­rak­ter al­ma­sı, əs­gər ana­la­rı­nın Serj Sar­kis­yan re­ji­mi üçün cid­di prob­le­mə çev­ril­di­yi mü­şa­hi­də olu­nur.

İn­di er­mə­ni­lər­də ge­də­rək be­lə bir fi­kir ha­kim ol­ma­ğa baş­la­yır ki, Qa­ra­bağ mü­na­qi­şə­si on­la­ra çox­say­lı fə­la­kət­dən baş­qa heç nə gə­tir­mir. Ək­si­nə, so­si­al-iq­ti­sa­di prob­lem­lər­lə ya­na­şı, er­mə­ni cə­miy­yə­ti in­san re­sursla­rı ba­xı­mın­dan da ge­də­rək da­ha çox it­ki­lə­rə mə­ruz qa­lır. Çün­ki il ər­zin­də cəb­hə­də baş ve­rən toq­quş­ma­lar yüz­lər­lə er­mə­ni əs­gə­ri­nin, za­bi­ti­nin hə­ya­tı­na son qo­yur. Öl­kə ha­ki­miy­yə­ti isə Azər­bay­can əra­zi­lə­ri­nin iş­ğal­da sax­lan­ma­sı­nı əsas gə­ti­rə­rək bu ölüm­lə­rə haqq qa­zan­dı­ma­ğa ça­lış­sa da, ötən ilin ap­re­lin­dən və­ziy­yət kəs­kin də­yi­şib. İn­di er­mə­ni­lər da­ha yax­şı gö­rür ki, Azər­bay­can or­du­su gös­tə­riş ve­ri­lə­cə­yi təq­dir­də qı­sa za­man kə­si­yin­də er­mə­ni­lə­ri iş­ğal al­tın­da­kı əra­zi­lər­dən sü­pü­rüb at­maq iq­ti­da­rın­da­dır.

Ya­ran­mış be­lə və­ziy­yət­də cə­miy­yə­tin ar­tan eti­ra­zı­nı ya­tır­maq üçün Serj Sar­kis­yan iq­ti­da­rı, təx­ri­bat­lar he­sa­bı­na ol­sa be­lə, cəb­hə­də han­sı­sa üs­tün­lü­yə na­il ol­ma­ğa ça­lı­şır. Am­ma tö­rə­di­lən hər bir təx­ri­bat ge­də­rək er­mə­ni­lə­rə da­ha ba­ha ba­şa gə­lir, düş­mə­nin cəb­hə­də ver­di­yi it­ki­lə­rin sa­yı­nı ar­tı­rır. Elə fev­ral ayı­nın ötən döv­rün­də düş­mə­nin iki bö­yük təx­ri­ba­tı­nın qar­şı­sı­nın alın­ma­sı və onun çox­say­lı it­ki­yə uğ­ra­dıl­ma­sı da qeyd edi­lən­lə­rin re­al təs­di­qi sa­yı­la bi­lər. Be­lə ki, hərbçi­lə­ri­miz tə­rə­fin­dən fev­ra­lın 12-də Dağ­lıq Qa­ra­bağ­da Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin kəş­fiy­yat-di­ver­si­ya qru­pu­nun növ­bə­ti təx­ri­bat tö­rət­mək cəh­di­nin qar­şı­sı alı­nıb. Düş­mə­ni iz­lə­yən böl­mə­lə­ri­miz tə­rə­fin­dən di­ver­si­ya qru­pu əv­vəl­cə­dən mü­əy­yən edi­lə­rək atəş­lə məhv edi­lib.

Da­ha bir təx­ri­bat cəh­di isə fev­ra­lın 7-də qey­də alı­nıb və onun miq­ya­sı da bö­yük olub. Azər­bay­can Mü­da­fiə Na­zir­li­yi­nin mə­lu­ma­tı­na əsa­sən, fev­ra­lın 7-də Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin böl­mə­lə­ri tə­rə­fin­dən cəb­hə­nin müx­tə­lif is­ti­qa­mət­lə­rin­də qo­şun­la­rı­mı­zın mü­da­fi­ə­nin ön xət­tin­də­ki möv­qe­lə­ri iri­çap­lı si­lah­lar­dan, mi­na­a­tan­lar və top­lar­dan atə­şə tu­tu­lub. Dər­hal gö­rü­lən tə­xi­rə­sa­lın­maz ca­vab təd­bir­lə­ri nə­ti­cə­sin­də atəş­lə düş­mə­nin müx­tə­lif mü­hən­dis qur­ğu­la­rı və atəş nöq­tə­lə­ri məhv edi­lib. Son­ra­dan isə mə­lum olub ki, er­mə­ni si­lah­lı bir­ləş­mə­lə­ri möv­qe­lə­ri­mi­zi iri­çap­lı si­lah­lar­dan atə­şə tut­maq­la Dağ­lıq Qa­ra­bağ­da cəb­hə­nin baş­qa is­ti­qa­mə­tin­də hə­ya­ta ke­çir­mə­yə cəhd et­di­yi di­ver­si­ya­dan diq­qə­ti ya­yın­dır­maq məq­sə­di gü­düb. La­kin böl­mə­lə­ri­mi­zin sa­yıq­lı­ğı nə­ti­cə­sin­də düş­mə­nin ak­tiv­li­yi əv­vəl­cə­dən aş­kar olu­nub. Gö­rü­lən təd­bir­lər nə­ti­cə­sin­də it­ki ve­rən düş­mən ge­ri çə­kil­mə­yə məc­bur edi­lib. Mü­da­fiə Na­zir­li­yi hət­ta er­mə­ni di­ver­si­ya qru­pu­nun atəş­lə məhv edil­mə­si­nin gö­rün­tü­lə­ri­ni də ya­yım­la­yıb. Vi­de­o­da böl­mə­lə­ri­miz tə­rə­fin­dən er­mə­ni di­ver­si­ya qru­pu­na atəş açıl­ma­sı, dəs­tə üzvlə­ri­nin pa­ni­ka için­də qaç­ma­la­rı, ölən və ya­ra­lı­la­rın av­to­mo­bi­lə da­şın­ma­sı, elə­cə də hər­bi nəq­liy­yat va­si­tə­si­nin məhv edil­mə­si anı mü­şa­hi­də olu­nur. Yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, bu iki hal sa­də­cə ca­ri ilin fev­ra­lı­nın ötən döv­rün­də baş ve­rib. Nə­ti­cə­də fev­ra­lın ilk ya­rı­sın­da düş­mən ye­nə xey­li hərbçi­si­ni itir­mə­li olub. Ötən yan­var ayın­da isə Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin it­ki­lə­ri­nin sa­yı ar­tıq 10 nə­fə­ri ke­çib. Bü­tün bun­lar Azər­bay­can or­du­su­nun düş­mən üzə­rin­də bö­yük hər­bi üs­tün­lü­yü­nü gös­tər­mək­lə ya­na­şı, ar­tan əs­gər it­ki­lə­ri ba­xı­mın­dan Er­mə­nis­tan­da ya­ra­nan na­ra­zı­lıq dal­ğa­sı­nın ge­niş­lən­mə­si­nə də rə­vac ve­rir. Çün­ki iş­ğal da­vam et­dik­cə er­mə­ni tə­rə­fi da­ha çox say­da in­san tə­lə­fa­tı ve­rir və öv­lad­la­rı­nı iti­rən va­li­deynlə­rin ha­kimyyət­dən na­ra­zı­lı­ğı da­ha şid­dət­li xa­rak­ter alır, on­lar mə­na­sız iş­ğal si­ya­sə­ti­nə son qo­yul­ma­sı­nı da­ha yük­sək səs­lə tə­ləb edir­lər.

Yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, bu eti­raz­la­rın ötən ilin ap­re­lin­dən son­ra kəs­kin­ləş­mə­si mü­şa­hi­də olu­nur. Çün­ki yal­nız ap­rel ha­di­sə­lə­ri za­ma­nı dö­yüş­lər­də 320-dən ar­tıq düş­mən məhv edi­lib və 500-dən ar­tıq er­mə­ni hər­bi qul­luq­çu­su ya­ra­la­nıb. Rəs­mi İrə­va­nın tək­zib­lə­ri­nə bax­ma­ya­raq, bə­zi er­mə­ni müs­tə­qil hər­bi ekspertlə­ri də Azər­bay­can tə­rə­fi­nin səs­lən­dir­di­yi bu rə­qəm­lə­rin da­ha çox hə­qi­qə­tə uy­ğun ol­du­ğu­nu təs­diq­lə­yib. Ap­rel dö­yüş­lə­ri za­ma­nı ağır ya­ra­la­nan 150 nə­fə­rə­dək er­mə­ni hər­bi qul­luq­çu­su­nun ha­zır­da Er­mə­nis­ta­nın müx­tə­lif hər­bi tibb mü­əs­si­sə­lə­rin­də və bir sı­ra xa­ri­ci öl­kə­lər­də mü­a­li­cə­si da­vam edir. On­la­rın ək­sə­riy­yə­ti ar­tıq hər­bi xid­mət üçün ya­rar­sız­dır. Di­gər tə­rəf­dən, ap­rel mü­ha­ri­bə­sin­də iş­ğal al­tın­da­kı əra­zi­lə­rin bir his­sə­si­nin azad olun­ma­sı Sar­kis­yan iq­ti­da­rı üçün da­ha bir zər­bə olub. Çün­ki er­mə­ni cə­miy­yə­ti ay­dın şə­kil­də gö­rür ki, ha­ki­miy­yə­ti güc­lü Azər­bay­can qar­şı­sın­da hər­bi cə­hət­dən də mü­qa­vi­mət gös­tər­mək iq­ti­da­rın­da de­yil. Sa­də­cə, iş­ğal si­ya­sə­ti­nin da­vam et­mə­si fo­nun­da er­mə­ni əs­gər­lə­ri Azər­bay­can əra­zi­lə­rin­də mə­na­sız ye­rə məhv olur. Bu da haq­lı ola­raq er­mə­ni cə­miy­yə­tin­də, əs­gər va­li­deynlə­ri ara­sın­da na­ra­zı­lı­ğı ar­tı­rır. Xü­su­sən də əs­gər ana­la­rı ha­ki­miy­yə­tə kəs­kin eti­raz edir­lər. Boş ye­rə öv­lad­la­rı­nı iti­rən va­i­deynlər hət­ta di­gər gənclə­ri hər­bi xid­mə­tə get­mə­mə­yə be­lə ça­ğı­rır­lar. On­lar­dan bi­ri olan Nel­li Mu­rad­yan qeyd edir: "Bu ha­ki­miy­yət boş ye­rə öv­lad­la­rı­mı­zı qur­ban ve­rir. Biz ar­tıq yo­rul­mu­şuq. Nə vax­ta ki­mi bu ha­ki­miy­yət min bir əziy­yət­lə bö­yüt­dü­yü­müz öv­lad­la­rı­mı­zın qa­ti­li ola­caq? Bu­nun bir so­nu ol­ma­lı­dır". Er­mə­nis­tan me­di­a­sı da ya­zır ki, or­du­da ölüm hal­la­rı hər ötən il ar­tan xətt üz­rə yük­sə­lir. Be­lə və­ziy­yət­də eti­raz edən əs­gər ana­la­rı əvə­zin­də ha­ki­miy­yə­tin tə­qib və təz­yiq­lə­ri­nə mə­ruz qal­dıq­la­rın­dan, gənclə­ri hər­bi xid­mət­dən ya­yın­ma­ğa ça­ğı­rıb­lar. Er­mə­ni ekspert Var­dan Beq­lar­yan isə vur­ğu­la­yır ki, Qa­ra­bağ mü­na­qi­şə­si on­la­ra it­ki­lər­dən baş­qa heç nə gə­tir­mə­yib. Onun söz­lə­ri­nə gə­rə, kri­mi­nal re­jim or­du­da­kı və­ziy­yə­ti cid­di cəhdlə giz­lət­mə­yə ça­lı­şır. Bu du­rum isə hər­bi qul­luq­çu­la­rın va­li­deynlə­ri­nin cə­miy­yə­tin da­ha qə­zəb­li möv­qe­dən çı­xış et­mə­si­nə sə­bəb olur.

Di­gər tə­rəf­dən, cə­miy­yət­də na­ra­zı­lı­ğı yük­səl­dən da­ha bir cə­hət, Azər­bay­can­dan fərqli ola­raq, er­mə­ni or­du­su­nun rə­zil du­ru­ma, hərbçi­lə­rə la­qeyd mü­na­si­bət­dir. Hət­ta er­mə­ni me­di­a­sı, hər­bi ekspertlər də də­fə­lər­lə açıq şə­kil­də bə­yan edib­lər ki, er­mə­ni or­du­sun­da hökm sü­rən qa­nun­suz­luq­lar, kor­rup­si­ya və rüş­vət­xor­luq get­dik­cə da­ha ge­niş miq­yas alır və bu­nu sü­but edən faktla­rın sa­yı artmaq­da­dır. Elə bü­tün bun­lar­dan irə­li gə­lir ki, or­du­da şəx­si he­yət ara­sın­da mə­nə­vi-psi­xo­lo­ji və­ziy­yət və ni­zam-in­ti­zam ge­də­rək zə­if­lə­yir. Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­rin­də baş ve­rən fə­ra­ri­lik, ölüm, dö­yül­mə, rüş­və­tal­ma, in­ti­har və di­gər hər­bi ci­na­yət­lə­rin sa­yı ye­nə də dur­ma­dan ar­tır. Var­dan Beq­lar­yan isə vur­ğu­la­yır ki, Er­mə­nis­tan or­du­sun­da, əv­vəl­ki ki­mi, ye­yin­ti və kor­rup­si­ya hal­la­rı­nın ge­niş vü­sət al­ma­sı əsa­sən ay­lıq mə­va­ci­bin aşa­ğı ol­ma­sı və vaxtlı-vax­tın­da ve­ril­mə­mə­si ilə əla­qə­dar­dır: "Or­du­da ay­rı­seç­ki­lik və "de­dov­şi­na" hal­la­rı­nın möv­cud­lu­ğu öl­kə ic­ti­ma­iy­yə­ti tə­rə­fin­dən na­ra­zı­lıq­la qar­şı­lan­sa da, bu­nun qar­şı­sı­nı al­maq hə­lə də müm­kün de­yil. Bü­tün bun­lar cəb­hə­də də özü­nü qa­ba­rıq bü­ru­zə ve­rir və it­ki­lə­ri­miz dur­ma­dan ar­tır. Bu sə­bə­bə­dən­dir ki, er­mə­ni or­du­sun­da xid­mət­dən ya­yı­nan gənclə­rin sa­yı sü­rət­lə ço­xa­lır. İn­di öv­la­dı zor­la Qa­ra­ba­ğa yol sa­lı­nan va­li­deynlər­dən heç bi­ri bu ha­ki­miy­yət­dən ra­zı­lıq et­mir. Çün­ki hə­min va­li­deyn öv­la­dı­nın gə­lə­cə­yin­dən, sağ-sa­la­mat ge­ri dö­nə­cə­yin­dən əmin de­yil". Bü­tün bun­lar, yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, cəb­hə­də öv­lad­la­rı­nı iti­rən əs­gər ana­la­rı­nın ha­ki­miy­yət­dən na­ra­zı­lı­ğı­nı da­ha bö­yük sü­rət­lə ar­tı­rır. Bu­nu hər­bi ekspert, eh­ti­yat­da olan pol­kov­nik Şa­ir Ra­mal­da­nov da təs­diq edir. O xa­tır­la­dır ki, ötən ilin ap­re­lin­də cid­di dərs alan er­mə­ni hərbçi­lə­ri hə­lə də özü­nə gəl­mə­yib və ar­tan it­ki­lər er­mə­ni ic­ti­ma­iy­yə­tin­də Sar­kis­yan re­ji­mi­nə qar­şı bö­yük na­ra­zı­lıq ya­ra­dıb: "Azər­bay­can or­du­su­nun ötən ilin ap­re­lin­də apar­dı­ğı hər­bi əmə­liy­yat­la­rın əsas məq­sə­di tə­mas xət­ti­nin ya­xın­lı­ğın­da yer­lə­şən ya­şa­yış mən­tə­qə­lə­ri­nin, mül­ki əha­li­nin təh­lü­kə­siz­li­yi­ni tə­min et­mək idi. Əs­gər­lə­ri­miz bu tap­şı­rı­ğı la­yi­qin­cə ye­ri­nə ye­tir­di­lər. O vaxtdan vəl­və­lə­yə, təş­vi­şə dü­şən düş­mən tə­rə­fi hə­lə də özü­nə gə­lə bil­mə­yib. Son gün­lər isə cəb­hə­də er­mə­ni tə­rə­fi­nin ver­di­yi it­ki­lər ba­rə­də mə­lu­mat­lar gəl­mək­də­dir. Qar­şı tə­rəf ver­di­yi can­lı it­ki­lə­ri giz­lət­mək məc­bu­riy­yə­tin­də qa­lıb. O da mə­lum­dur ki, Xan­kən­din­də­ki tibb mü­əs­si­sə­lə­rin­də ya­ra­lı­la­ra yer ça­tış­mır. Bu­na gö­rə də on­lar İrə­va­na təx­li­yə olu­nur. Bu bir da­ha sü­but edir ki, Er­mə­nis­tan rəh­bər­li­yi öz çir­kin əməl­lə­rin­dən əl çək­mə­yib. Cəb­hə xət­tin­də ve­ri­lən it­ki­lər ar­tıq Er­mə­nis­tan ic­ti­ma­iy­yə­ti­ni də na­ra­hat edir. Bi­lir­lər ki, hər­bi cə­hət­dən irə­li­lə­yi­şə na­il ola bil­mə­yə­cək­lər".

Ye­ri gəl­miş­kən qeyd edək ki, öv­la­da­rı­nı əbəs ye­rə iti­rən va­li­deynlə­rin Sar­kis­ya­nın ye­ni mü­da­fiə na­zi­ri tə­yin et­di­yi Vi­gen Sar­kis­yan­dan da na­ra­zı­lıq ar­tır. Çün­ki bu na­zir də er­mə­ni or­du­sun­da ar­tan xətt üz­rə in­ki­şaf edən əs­gər ölüm­lə­ri­nin qar­şı­sı­nı al­maq­da aciz­lik nü­ma­yiş et­di­rir. Bu­na gö­rə, elə bu gün­lər­də İrə­van­da cəb­hə­də öl­dü­rül­müş er­mə­ni əs­gər­lə­rin ana­la­rı Mü­da­fiə Na­zir­li­yi­nin bi­na­sı­na sö­zün əsl mə­na­sın­da hü­cum çə­kib. On­lar Vi­gen Sar­kis­yan­la gö­rüş­mək məq­sə­di­lə Na­zir­lik bi­na­sı­nın ar­xa gi­ri­şin­də top­la­şa­raq mü­da­fiə şö­bə­si­nin mü­di­ri­nin kor­te­ji­ni da­yan­dır­ma­ğa be­lə cəhd gös­tə­rib­lər. La­kin eti­raz­dan tə­la­şa dü­şən na­zir­lik top­la­şa­na­la­rı da­ğıt­maq üçün po­li­sə mü­ra­ci­ət edib. Ha­di­sə ye­ri­nə gə­lən hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­nın əmək­daş­la­rı eti­raz edən­lə­rə zor tət­biq edib. Er­mə­ni me­di­a­sı isə ya­zır ki, er­mə­ni əs­gər ana­la­rı tez-tez Mü­da­fiə Na­zir­li­yi bi­na­sı önü­nə top­la­şa­raq cəb­hə­də öl­dü­rül­müş oğul­la­rı­na gö­rə rəh­bər­lik­dən he­sab tə­ləb edir­lər. Ap­rel əmə­liy­yat­la­rı və son gün­lər or­du­mu­zun cəb­hə­də er­mə­ni­lə­rə sar­sı­dı­cı zər­bə­lər vur­ma­sın­dan son­ra isə bu hal da­ha da ar­tıb. Er­mə­ni­lər, o cüm­lə­dən Sar­kis­yan ha­ki­miy­yə­ti yax­şı bi­lir ki, be­lə və­ziy­yət iş­ğal da­vam et­dik­cə də­yiş­mə­yə­cək, ək­si­nə, er­mə­ni­lə­rin ar­tan it­ki­lə­ri du­ru­mu da­ha da pis­ləş­di­rə­cək. Am­ma ən əsa­sı, er­mə­ni cə­miy­yə­ti gö­rür ki, Qa­ra­bağ mü­na­qi­şə­si on­la­ra yal­nız fə­la­kət və it­ki gə­ti­rir. Bu­na gö­rə də cə­miy­yət mü­na­qi­şə­nin tez­lik­lə so­na çat­ma­sı üçün ha­ki­miy­yət­dən tə­lə­bi­ni ar­tı­rır. Ha­ki­miy­yə­tin isə uzun müd­dət bu­na mü­qa­vi­mət gös­tə­rə bi­lə­cə­yi inan­dı­rı­cı gö­rün­mür. Ək­si­nə, cə­miy­yət­də bu səp­ki­də iq­ti­da­ra qar­şı təz­yiq­lər ge­də­rək ar­tır.

Na­hid SA­LA­YEV  

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

17.11.2026 / 17:58
Ermənistanda Azərbaycanı nümunə göstərirlər...

17.11.2026 / 17:47
Rusiya Krım körpüsünə hücumdan sonra ballistik raketlərlə Kiyevdə körpüləri vurdu...

17.11.2026 / 17:42
Tural Turan beynəlxalq mükafata layiq görülüb

17.11.2026 / 17:36
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO

17.11.2026 / 17:32
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib - FOTO

17.11.2026 / 17:03
ABŞ-İran savaşının təsirləri Amerika torpaqlarına çatdı...

17.11.2026 / 16:53
Ermənistan Rusiyaya münasibətdə Estoniya təcrübəsini tətbiq ermək eşqinə düşdü...

17.11.2026 / 16:37
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul etdi

17.11.2026 / 16:20
Pensiyalara 8,67 milyard manat ayrılacaq – orta aylıq pensiya 639 manata çatacaq...

17.11.2026 / 16:04
Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər yaxalandı

17.11.2026 / 15:29
“Jalə xanım ikinci oldu, mən 44-cü, heç cür anlaya bilmirəm” – Deputat təəccübləndi...

17.11.2026 / 15:12
Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

17.11.2026 / 14:48
Dünyada süni intellektə qarşı üsyan başlayıb...

17.11.2026 / 14:36
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 14:16
"Dövlət qulluğunda din xadimləri ilə bağlı məhdudiyyətlərə dair məlumatlar manipulyasiya xarakteri daşıyır" - Media və Yayım Şurası

17.11.2026 / 14:05
Avropa əsl simasını göstərir - beş ölkədən insanlar Afrikaya qovulur...

17.11.2026 / 13:52
Səfir: “Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”

17.11.2026 / 13:50
Dankan Norman: “Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir”

17.11.2026 / 13:47
Səfir Norman: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır”

17.11.2026 / 13:45
Səfir: “Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır”

17.11.2026 / 13:35
Bura "danışmaqxana" deyil! – deputatla spiker arasında GƏRGİNLİK yarandı

17.11.2026 / 13:21
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqlədi

17.11.2026 / 13:15
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM...

17.11.2026 / 13:02
Yol polisləri səhhəti pisləşən əcnəbi sürücünü xilas etdilər... - VİDEO

17.11.2026 / 12:42
Paşinyan Türkiyədən “oğurladığı” bananı cibinə qoyub üç ölkəni gəzdirdi...

17.11.2026 / 12:27
“Ermənistanda seçki prosesləri beynəlxalq qarşıdurma meydanına çevrilib” - Medvedev

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

16.11.2026 / 19:53
Avropa siyasi məkanına yeni diplomatik fəallıq fenomeni gəlir...

16.11.2026 / 19:38
ASB-nin Dublin sammitində Əliyev daha bir uğur qazandı - Litva prezidenti açıqladı...

16.11.2026 / 19:24
Türkdilli xalqların ortaq mədəni irsi memarlıq timsalında

16.11.2026 / 19:10
Qara dənizdə içərisində 4 azərbaycanlının da olduğu gəmi vurularaq batırıldı...

16.11.2026 / 18:56
ABŞ-ın Avropadan çəkilməsinə icazə verilmir - Tramp çətinə düşdü...

16.11.2026 / 18:42
Paşinyan Azərbaycanın tam haqlı olduğunu bütün Avropaya bəyan etdi...

16.11.2026 / 18:27
Üç ölkə liderləri Çin görüşünün gündəliyində razılaşa bilmədilər

16.11.2026 / 18:23
Ceyhun Bayramovla Birləşmiş Krallığın XİN başçısı arasında telefon danışığı olub

16.11.2026 / 18:18
AMEA-da Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

16.11.2026 / 18:10
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

16.11.2026 / 18:02
Çin Rusiyadan dəstəyini geri çəkir, Putinin yeni Yalta arzusu suya düşür...

16.11.2026 / 17:45
Azərbaycanla Britaniya qarşılarında yeni yol açdılar...

16.11.2026 / 17:30
Gələn ildən əmanətçilərin qazancından vergi tutula bilər - faizlər də açıqlandı...

16.11.2026 / 17:17
Avropa yenidən Rusiya qazı üçün milyardlarla dollar ödəyir...

16.11.2026 / 17:12
Əhalinin dərman və ərzaq xərcləri artır...

16.11.2026 / 16:50
Ramiz Mehdiyevi ifrat tərifləyənlər risk aıtındadır – “kardinal” dövlət çevrilişində ittiham olunur...

16.11.2026 / 16:10
Azərbaycan ASB-nin yeni beynəlxalq təşkilata çevrilməsini önəmli saymır - niyə?..

16.11.2026 / 15:57
Hikmət Hacıyev: "Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır" - FOTO

16.11.2026 / 15:20
Ermənistan Rusiyadan qopur, İran o gücdə deyil, Azərbaycanla isə problem var...

16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur - RƏQƏMLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ