Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artıracağı ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin birlikdə məşğul olduğunu söyləyib: “Biz bu problemin çətinliyini, həmin regionda insanların yaşadığını nəzərə alıb, bunu ancaq alqışlaya bilərik”.