Türkiyəyə Şanxay Əməkdaşlıq Təşkilatında ilk dəfə bir vəzifə verilib. Baki-xeber.com xəbər verir ki, Türkiyə 2017-ci ildə Şanxay 5-liyində Enerji Klubuna rəhbərlik edəcək.
Enerji Klubuna bu günə qədər ancaq təşkilata üzv ölkələr başçılıq edirdi. Ancaq indi bu vəzifə ilk dəfə olaraq təşkilat üzvü olmayan bir ölkəyə tapşırılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının süründürməçiliyinə qarşı Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına qoşula biləcəyi mesajını vermişdi. Ərdoğanın sözlərinə görə, Türkiyənin Avropa İttifaqına qoşulmağa ehtiyacı yoxdur və əvəzində Çin, Rusiya və Mərkəzi Asiya ölkələrinin dominantlıq etdiyi Şanxay blokuna qoşula bilər: “Türkiyə özünü sərbəst hiss etməlidir: Deməməlidir ki, "nəyin bahasına olursa-olsun Avropa Birliyində olmalıyam". Bu mənim fikrimdir...”
Yəni, bəziləri tənqid edə bilər bilər, amma mən də öz fikrimi açıqlayıram. Məsələn, “Türkiyə Şanxay blokuna niyə qoşulmasın?" deyirəm. Türkiyənin Şanxay 5-liyində yer alması, çox rahat hərəkət etməsini təmin edər”.
Şanxay Əməkdaşlıq Təşkilatı 1996-cı ildə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Tacikistanın regional əməkdaşlıq məqsədi ilə “Şanxay Beşliyi” kimi bir araya gəlməsinin ardından 2001-ci ildə Özbəkistanın da iştirakı ilə qurulub.
Bu gün təşkilatın 6 üzvü ilə yanaşı 6 müşahidəçisi və 6 dialoq tərəfdaşı var. Belarus, Əfqanıstan, Hindistan, İran, Pakistan və Monqolustan təşkilatda müşahidəçi ölkə statusu alıb. Türkiyə və Azərbaycan isə bir neçə ölkə ilə yanaşı təşkilatın 2008-ci ildə yaratdığı dialoq tərəfdaşı statusunu alıb.