NATO-Rusiya münasibətləri təhlükəli şəkildə gərginləşməkdə davam edir. Baki-xeber.com xəbər verir ki, bu dəfə NATO-nun genişlənməsinə sərt reaksiya verən Rusiya prezidenti Vladimir Putin, Qərbdə özlərinə təhdid kimi gördükləri bütün obyektəri hədəf alacaqlarını bəyan edib
raket sistemlərinin görüş sahəsinə alacaqlarını söylədi. İngiltərə, keçən ay Rusiya sərhədinə Soyuq Döyüşdə bu yana ən böyük hərbi yığınağı etməyə qərar vermişdi.
Putin NATO-nun genişlənməsinə ABŞ-ın rəhbərlik etdiyini deyərək alyansa üzv digər ölkələri təzyiqə boyun əyməklə günahlandırıb. Putin, NATO üzvlərinin ittifaqın lideri ABŞ-ın təzyiqlərinə qarşı çıxmaqda çətinlik çəkdiyini, öz torpaqlarında raketdən müdafiə sistemləri, yeni bazalar və hücum sistemləri yerləşdirilməsinə icazə verdiklərini deyib: "NATO-nun genişlənməsinə niyə etiraz edirik? NATO-nun verdiyi qərarlar bizi narahat edir. Qərarların necə verildiyini bilirik. Buna qarşılıq olaraq biz də tədbirlər görməliyik. Bizi təhdid etməyə başlayan bu obyektləri raket sistemlərimizin hədəfinə almalıyıq. Onların məntiqini başa düşmürəm".
Putinin bu tonda danışmasının səbəbi isə keçən ay İngiltərə tərəfindən atılan addımlardır. Şərq Avropadakı gücünü artırmağa qərar verən NATO, İngiltərə vasitəsilə Rusiya sərhədinə yüzlərlə əsgər yerləşdirir. “Soyuq müharibə”dən sonra ən böyük güc nümayişi” kimi dəyərləndirilən bu addım çərçivəsində İngiltərə gələn il Rumıniyaya Typhoon döyüş təyyarələrini də göndərəcək. İngiltərə müdafiə naziri Maykl Fallon Estoniyaya 800 əsgər göndəriləcəyini təsdiqləyib, 150 əsgərin ilk etapda yola çıxacağını deyib. London rəhbərliyi Estoniya və Rumıniyadakı bazalara döyüş təyyarəsi, tank və əsgər göndərəcək.
“Daily Telegraph” qəzeti yazır ki, Estoniyaya yerləşdiriləcək əsgərlər İngiltərənin burada uzunmüddətli hərbi varlığının ilk mərhələsi olacaq.
Rusiya isə keçən ay 2018-ci ildə istehsalına başlamağı planlaşdırdığı RS-28 Sarmat adlı yeni raketin görüntülərini yayıb. “Satan 2” kod adlı raket 11 min kilometr məsafəni qət edə və daşıdığı 10 tonluq başlıqla Fransanı yox edə bilər.