Cümə axşamı günü, 19 noyabr 2026
     

Neft ölkələrinin qiyməti yüksəltmək planlarına qarşı ABŞ-ın gedişi...

Image


Mərkəzi Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyinin (İEA) icraçı direktoru Fatih Birolun APA-ya müsahibəsi

- XXIII Dünya Enerji Konqresinin açılışındakı çıxışında Rusiya prezidenti Vladimir Putin qiymətlərin yüksəlməsi üçün neft hasilatının məhdudlaşdırılmasının yeganə yol olduğunu vurğuladı. Bu barədə siz nə düşünürsünüz?

- Hələ uzun müddət dünyanın neftə və təbii qaza ehtiyacı olacaq. Çünki Çin, Hindistan, İndoneziya kimi ölkələr inkişaf etdikcə, insanlar avtomobil alacaqlar, ona görə neftə tələbat artacaq. Təbii qaz olmadan müasir dünyada sənayenin inkişafını düşünmək mümkün deyil. Bununla birlikdə, dünyada yenilənən enerji, günəş, külək, hidravlik enerjidən istifadə edilməyə başlanıb. Bundan sonrakı vəziyyət neft və qaz istehsal edən ölkələri daha  da önəmli hala gətirəcək. Ancaq mən Türkiyə də daxil olmaqla, enerji idxal edən ölkələrin tək bir mənbəyə bağlı qalmayıb, müxtəlif mənbələrdən neft-qaz almasının tərəfdarıyam.

- Burada müzakirə edilən əsas məsələlərdən biri neftin qiymətinin yenidən artırılması yollarıdır. Sizcə, bu müzakirələr neftin qiymətinin yenidən artması üçün yollar tapmağa kömək edəcəkmi?

- Neft ölkələri hasilatın məhdudlaşdırılması üçün bəzi müzakirələr aparırlar. Müzakirələr nəticəsində qəbul ediləcək qərarlar neftin qiymətinin yenidən artmasına kömək edəcəkmi? Bunu bilmirik, ancaq qiymətlərin yüksəlməsi üçün bazarda təzyiq yaradacaq. Əgər o təzyiq nəticəsində qiymətlər yüksələrsə, bu dəfə Amerika nefti bundan qazanclı çıxacaq. Hazırda ABŞ-da azalmaqda olan neft istehsalı yenidən yüksələcək və nəticədə ABŞ bazara külli miqdarda neft çıxaracaq ki, bu da qiymətlərin aşağı düşməsi üçün təzyiq rolunu oynayacaq. Hər halda, neftin qiyməti bir aşağı, bir yuxarı gedəcək, vəziyyət onu göstərir.

- Rusiyanın bu təkidi ABŞ-ın işinə yarayacaq?

- Son təhlilə görə, ABŞ-dakı müstəqil neft istehsalçıları qiymətlərin bir az yüksəlməsini gözləyirlər.

- İstehsalı azaldaraq bazara müdaxilə etmək və qiymətləri o yolla qaldırmaq digər sənaye sahələrindəki investisiyalara mənfi təsir göstərməzmi?

- Məncə, insanlar sadəcə enerjini deyil, daha geniş sahələri düşünməlidirlər. Geniş düşünsələr, dünya iqtisadiyyatı mənfi təsirlərə daha az məruz qalar. Enerji dünya iqtisadiyyatının bir hissəsidir, ona görə də iqtisadiyyata bütövlükdə baxmaq lazımdır.

- “Türk axını” layihəsinə Rusiyadan baxanda bir cür, Türkiyədən baxanda isə başqa cür mənzərə ortaya çıxır, şərhlər çox fərqlidir. Siz necə baxırsınız?

- Rusiya dünya enerji bazarlarının önəmli künc daşlarından biridir. İki qonşu ölkənin enerji sahəsində əməkdaşlıq etməsi son dərəcə təbiidir. Mən Türkiyənin Rusiyaya və ya hər hansı bir ölkəyə bağlı qalmasını düzgün saymıram. İndi Rusiya ilə münasibətlər yaxşıdır, ancaq sabah dəyişə bilər. Türkiyə Aralıq dənizindən Xəzər dənizinə qədər olan bölgədəki müxtəlif mənbələrdən enerji idxal etməlidir ki, xarici siyasətdə əli güclü olsun.

- Xarici siyasət çərçivəsində bu cür şərhlərə də rast gəlirik: Rusiya Türkiyənin arzularını yerinə yetirir, digər tərəfdən isə, məsələn, Hələbdəki qruplara dəstək verilməməsini şərt qoyur.

- Vallah, işin o tərəflərini bilmirəm. İxtisasım olmadığına görə, o barədə danışmağım doğru olmaz. Amma Türkiyənin də, digər ölkələrin də yumurtaların hamısını eyni səbətə qoymamaları lazımdır.

- Konqresin açılışındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev enerji sahəsində Türkiyə ilə 10 il əvvəl başlamış və daim yüksələn xətlə davam edən əməkdaşlığa diqqəti cəlb etdi. O pəncərədən baxarkən siz nələri görürsünüz?

- Azərbaycan həm Türkiyə, həm də bölgə üçün son dərəcə önəmli bir ölkədir. Önəmli problemləri olmasına baxmayaraq, böyük strateji layihələrə gələndə Azərbaycan daim düzgün qərarlar qəbul etdi. Bunun ən son örnəyi TANAP layihəsidir. TANAP-ın həm  Azərbaycan, həm Türkiyə, həm bölgə və həm də enerji sənayesi üçün 5 ulduzlu bir layihə olduğunu düşünürəm. Dünyada, Avropada və Türkiyədə enerji təhlükəsizliyini artıracaq gözəl bir layihədir. TANAP layihəsi həm Azərbaycan iqtisadiyyatına önəmli dərəcədə xeyir verəcək, həm də ölkənin dünyadakı mövqeyinin  güclənməsinə müsbət təsir göstərəcək.

- Açılışdakı çıxışında Türkiyə prezidenti Ərdoğan Türkmənistan təbii qazının da TANAP layihəsi vasitəsilə nəqlini istədiklərini dedi. Sizcə, bu, nə dərəcədə realdır?

 Türkmənistanın Norveç qədər təbii qaz ehtiyatı var, tarazlıqları dəyişdirməyə qadirdir. Türkmən təbii qazının TANAP vasitəsilə nəql edilməsi üçün hər ölkənin ciddi şəkildə çalışması lazımdır. O biri ölkələr dəstəkləsələr və Türkmənistan da öz öhdəsinə düşən addımları atsa, bölgədəki tarazlıqları dəyişdirə biləcək mənzərə meydana çıxa bilər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:36
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

18.11.2026 / 13:49
Almaniya Cənubi Qafqazda Rusiya ilə açıq mübarizəni bəyan etdi...

18.11.2026 / 13:46
Türkiyənin qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

18.11.2026 / 13:30
Körfəzdə gərginlik yenidən artır - İran Küveytdəki ABŞ hərbi bazasını bombaladı...

18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB

18.11.2026 / 13:15
“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

18.11.2026 / 13:07
ABŞ-da Azərbaycan bayrağının endirilməsi xəbərləri yalan çıxdı - Dövlət Komitəsindən açıqlama...

18.11.2026 / 12:55
Alman nazir Azərbaycanı Avropanın enerji təchizatında mühüm tərəfdaş adlandırdı...

18.11.2026 / 12:39
İkinci əl avtomobillərin satışı üçün yeni vergi proseduru müəyyənləşir...

18.11.2026 / 12:25
Kuryerlər də vergiyə cəb edilir - ayda 15 manat ödəyəcəklər...

18.11.2026 / 12:14
Ceyhun Bayramov: "Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir"

18.11.2026 / 12:10
"Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq" - Ceyhun Bayramov

18.11.2026 / 12:03
"Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir" - Yohan David Vadeful

18.11.2026 / 11:58
Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olundu

18.11.2026 / 11:50
Bakıda bu ərazilərə giriş pullu olacaq

18.11.2026 / 11:42
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.11.2026 / 11:28
Lavrov Rusiyanın müttəfiqlərini incidən qeyri-diplomatik bəyanat verdi...

18.11.2026 / 11:09
Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

18.11.2026 / 10:19
Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirov apellyasiya şikayəti verdi

18.11.2026 / 09:52
Trampın reytinqi rekord dərəcədə aşağı düşdü - amerikalıların 66%-i ondan narazıdır...

18.11.2026 / 09:30
ABŞ İranın Qeşm adasına yeni hava zərbələri endirdi...

18.11.2026 / 09:18
"Bəzən əsgərlikdən möhlət almaq üçün saxta təhsil arayışları təqdim olunur" - General

18.11.2026 / 07:19
Moldova hava məkanını bağladı - dron təhlükəsi üzündən…

18.11.2026 / 07:12
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb - kiberhücum?..

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ