İstanbulda düzənlənən 23-cü Beynəlxalq Enerji Konqresi bir sıra önəmli sənədlərin imzalanması ilə Türkiyə mətbuatında “tarixi zirvə“ adını qazanıb.
Baki-xeber.com-un “Yeni şafak” qəzetinə istinadən xəbərinə görə, 4 qonaq dövlət başçısı ilə 82 ölkədən 250-dən çox nümayəndənin qatıldığı Dünya Enerji Konqresi iki ölkə arasında tarixi sənədlərin imzalanması ilə Türkiyə-Rusiya zirvəsinə dönüb. Belə ki, hər iki dövlət başçısı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan tədbirdə geniş çıxış etdikdən sonra Mabeyn köşkünə gedərək ikitərəfli görüş keçirib. Görüşə Türkiyə tərəfindən xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji naziri Berat Albayrak, Baç Qərargah rəisi Hulusi Akar, MİT Müstəşarı Hakan Fidan, Cumhurbaşkanlığı sözçüsü İbrahim Kalın, Rusiya tərəfindən isə XİN başçısı Sergey Lavrov, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov, Kremlin mətbuat katibi Dmitri Peskov və diğerləriqatılıb. 1 saat 40 dəqiqə süren görüşde iki lider maraqla gözlənən bir sıra məsələlər üzrə razılığa gəlib. Bunlar Rusiya qazını Türkiyə üzərindən Avropaya daşıyacaq “Türk axını” layihəsinin inşasına başlanması, Rusiyanın Türkiyəyə satdığı təbii qazın qiymətində ciddi endirim etməsi, Akkuyu nüvə reaktorları layihəsinin sürətləndirilməsi, iki ölkə arasında turizmdən tutmuş ərzaq mübadiləsinə kimi bir çox sahələrdə razılaşmaların imzalanması və digər bu kimi məsələlər aiddir.
İki ölkə liderləri arasında ən önəmli razılaşmalardan biri isə Suriyada terrorizmə qarşı mübarizədə birgə fəaliyyəti əhatə edib. Belə ki, Ərdoğan və Putin BMT Baş katibinin şəxsi nümayəndəsi Stefan de Misturanın silahlı qrupların zərərsizləşdirilməsi məsələsində əməkdaşlıq təklifi barəsində razılıq əldə edib.