Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu saxlanılıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Onu evində axtarış aparıldıqdan sonra saxlayıblar.
Keçmiş vali Fətullah Gülənin terror təşkilatına dəstək verməkdə ittiham edilir.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
H. A. Mutlu 15 iyuldan sonra kütləvi şəkildə işdən uzaqlaşdırılanlar arasında ən diqqət çəkən şəxs idi (APA). Daxili İşlər Nazirliyi tərəfindən aralarında 30 vali olmaqla, ümumilikdə 8 min 777 nəfər dövlət aparatından kənarlaşdırılıb.