ABŞ Fətullah Güləni Türkiyəyə verməyəcəyi halda bu iki arasındakı əlaqələrə təsir edəcək. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib.
"ABŞ Fətullah Güləni Türkiyəyə verməsə, bu əlaqələrimizə təsir edəcək. Çevrilişə cəhd edən birinə siyasi sığınacaq vermək olmaz" – deyə bildirib.
Nazir qeyd edib ki, Fətullah Gülənin 3-cü ölkəyə qaçmaq ehtimalı da var. Çavuşoğlu bildirib ki, Türkiyədə terroçu təşkilat kimi tanınan FETÖ Orta Asiyada və xüsusilə Qırğızıstanda ciddi bir şəkildə təşkilatlanır.
Bəzi ölkələrə də şəxsən xəbərdarlıq etdiyini deyən Çavuşoğlu, bu ölkələrdən birinin də Qırğızıstan olduğunu bildirib. Nazirin sözlərinə görə, Qırğızıstan üçün də ciddi təhdid var. Oranı mərkəz kimi seçiblər. Qırğızıstan dövlət qurumlarının içində də sızmalar var.
"Hər keçən gün orada bunların təşkilatlanması genişlənir və Qırğızıstan rəhbərliyinin daxilinə də sızırlar. Onlara da belə bir çevriliş cəhdi ola biləcəyilə bağlı xəbərdarlıq etdik. Bizə qarşı çevriliş edən edən bir terrorçu təşkilatın fəaliyyətinə onların da icazə verməməsini dedik. Əks təqdirdə onlara qarşı da münasibətimiz dəyişə bilər. Bizdən yenə də dərhal siyahını istədilər. Mən ertəsi gün siyahını onlara birdə çatdırdım. Oranı mərkəz seçdikləri üçün Qırğızıstan üçün də ciddi bir təhdid var. Qırğızıstan dövlət qurumlarının içinə də sızırlar".