Ankara-Vaşinqton xəttində Fətullah Gülənin Türkiyəyə qaytarmasını ilə bağlı kritik danışıqların davam etdiyi bir vaxtda, Gülənə ən yaxın adamlardan iki nəfərin Ağ Evdə keçirilən bir qəbulda iştirak etdiyi ortaya çıxıb.
Baki-xeber.com xəbər verir ki, bu barəda "Hürriyet” qəzeti məlumat yayıb. Qəzetin yaydığı xəbərə görə, Ağ Evdə ABŞ prezidenti Barak Obamanın verdiyi ziyafət Türkiyədəki çevriliş cəhdindən bir həftə sonra baş tutub.
Ramazan Bayramı ilə bağlı təşkil edilmiş ziyafətdə, Fəthullah Gülənə yaxın Türk-Amerika Birliyinin başçısı Faruk Taban və Rumi Forumun rəhbəri Emre Çelik də iştirak edib.
ABŞ-da fəaliyyət göstərən Rumi Forumun başçısı Emre Çelik qəbulda çəkdiyi şəkilləri sosial şəbəkələrdə də paylaşıb. ABŞ prezidenti Obamanın da göründüyü şəkilləri, ictimai mediada böyük etiraza səbəb olub.