"Fətullahçı terror təşkilatının hərbi çevriliş cəhdindən sonra Türkiyə Xarici İşlər Nazirliyində səfir səviyyəsində vəzifədən çıxarılmalar olacaq". APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Habertürk” kanalına müsahibəsində deyib.
Vaxtilə Türkiyə XİN-ə qəbul imtahanının sual və cavablarının FETÖ üzvlərinə verildiyini söyləyən M. Çavuşoğlu bu şəkildə nazirliyə ciddi sızmaların baş verdiyhini bildirib: "Başqa qurumlardan bizim nazirliyə personal alınaraq əsas vəzifələrə yerləşdirilib”.