Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Sultan I Səlim xan
Tarix: 23.07.2016 / 01:45
Bölmə: Siyasət
Sultan I Səlim xan Osmanlı sultanlarının doqquzuncusu, İslam xəlifələrinin yetmiş dördüncüsüdür. Sultan I Səlim xan 1470-ci ildə Amasyada anadan olub. Atası Sultan II Bəyazid xan, anası Dulqədirli ailəsindən olan Aişə xanımdır. Şahzadəliyində dövrün alimlərindən mükəmməl təhsil alıb, ərəb və fars dillərini öyrənib, din və təbii elmlər sahəsini dövrün tanınan elm adamlarının rəhbərliyi altında çox ciddi araşdırmalar apararaq öyrənib.
Hərb və idarə mövzularını öyrənmək üçün atası Bəyazid xan tərəfindən Trabzon valiliyinə göndərilib.
Dövlət idarəçiliyinə Trabzonda başlayan Sultan I Səlim xanın pəhləvan quruluşlu vücudu, dövrün silahlarından istifadə etmə məharəti müsəlmanlara heyranlıq və rahatlıq, düşmənlərə isə qorxu verirdi. Sultan I Səlim xan idarəçiliyini Trabzonun xaricinə də çıxararaq Osmanlı dövləti əleyhinə təbliğat aparan qüvvələri təqib altına aldırıb. Beləcə, trabzonluları rahat buraxmayan gürcülərin üzərinə səfərə çıxmaq qərarına gəlib. 1508-ci ildə Kutaisiyə doğru səfərə çıxan şahzadə Qars, Ərzurum və Artvin bölgələrilə 15 məhəlləni fəth edərək Osmanlı torpaqlarına qatıb. Buralarda yaşayan gürcülər İslam dinini qəbul edib müsəlman olublar.
O zamanlar ölkədə yaranan vəziyyətin qarşısını valilik səlahiyyətilə ala bilməyəcəyini bildiyinə görə şahzadəlik məsələsindən faydalanaraq Osmanlı taxtına namizəd olub. Atası Sultan II Bəyazid xanın həyatda olmasına baxmayaraq, Şahzadə Əhməd və Qorqud Osmanlı sultanı olmaq üçün fəaliyyətə başladıqlarına görə Şahzadə Səlim də hərəkətə keçib. Uzun mücadilədən sonra 1512-ci il aprel ayının 24-də Osmanlı sultanı olub. Atası II Bəyazid xanı ildə iki milyon pul təhsisatı ilə böyük hörmət göstərərək Dimetokaya yola salıb. Atası 1512-ci il may ayının 26-da yolda vəfat etdikdə, onun cənazəsini İstanbula gətirdib və Bəyazid camisinin yanında bir türbə tikdirərək dəfn etdirib.
Sultan I Səlim xan taxta keçdikdən sonra 1512-1513-cü illərdə daxili məsələləri həll etdi, şimal-qərb və cənub sərhədlərini təhlükəsizlik altına aldı. Eflak, Boqdan, Macarıstan, Venedik və Misirin elçilərilə sülhün davamını təsdiq edən müqavilələr imzaladı. Şahzadəliyindən bəri təsbit etdirdiyi pozğunçuları və məmləkət əleyhinə çalışanları sürgün etdirdi, bəzilərini həbs və lazım olan cəzalarla cəzalandırdı. Sultan I Səlim xanın dövlətə qarşı çıxan xainləri Anadolu və Rumelidən təmizləməsi türklüyün birlik və bərabərliyi, ölkə bütünlüyü üçün çox doğru və vaxtında alınan bir qərar olub.
Sultan I Səlim xana qarşı çıxan Dulqədir oğulları bəyliyini də Anadolunun birlik və bərabərliyi üçün Osmanlı dövlətinə qatmaq lazım gəlirdi. Səlim xan Rumeli bəylərbəyi Sinan paşanı 409 min nəfərlik böyük bir hərbi qüvvə ilə Dulqədirli ölkəsini fəth etmək üçün göndərdi. Bir çox döyüşlərdən sonra Dulqədir ölkəsi tamamilə fəth edildi. Bu döyüşlərdə böyük xidmətlər göstərən Sinan paşa vəzir vəzifəsinə təyin edildi.
Dulqədirli torpaqlarının Osmanlı dövlətinə qatılması ilə osmanlıların Misir məmlukları ilə qonşu halına gəlmələri iki ölkə arasındakı münasibətləri gərginləşdirdi. Osmanlını bu bölgədə hakim qılmaq üçün ciddi çalışmalar başladı. Sultan I Səlim xan döyüşlər qəhrəmanı bığlı Məhməd paşanı Diyarbəkiri fəth etmək üçün vəzifələndirdi. O bölgənin mərkəzi olan bu böyük şəhər keçilməz bir sədd halında idi, möhkəm bir qalası vardı. Bığlı Məhməd paşa 1515-ci ilin may ayında Diyarbəkirə qarşı hərəkətə keçərək şəhəri mühasirə altına aldı. Çox ciddi döyüşlər nəticəsində 1515-ci il may ayının 19-da Diyarbəkirin mərkəzi olan Amid qalası fəth edildi. O bölgələrdə yaşayan bəylərin əksəriyyəti sünni olduqlarına görə Osmanlı hakimiyyətini qəbul edib tanıdılar. Beləlikə, Harput, Silvan, Bitlis, Hıskeyfa, Diyarbəkir, Urfa, Mardin, Cezirədən Rakkaya qədər olan şimal-şərq bölgələri ilə Musul havalisi Osmanlı dövlətinin idarəsi altına alındı.
Bu müvəffəqiyyətlərdən sonra Sultan I Səlim xan istiqamətini gizli tutduğu bir səfər üçün ordu və donanmanı hazır vəziyyətə gətirdi. Bu, səfərin dəniz sahili olan Misir məmluklarına qarşı olacağı ehtimalını gücləndirirdi. Osmanlı-Məmluk münasibətləri Dulqədirli məsələsindən sonra ortaya çıxmışdı. Sultan I Səlim xanın ikinci sünni dövlətin xaçlılara qarşı ortaq mücadilə etməsinin lazım olduğunu bildirən təmasları olurdu. Səlim xan 1516-cı ilin yazında Sinan paşanı 40 min nəfərlik bir qüvvə ilə Maraş üzərindən Fərat tərəflərinə sövq etdi. Sinan paşa Fərat çayını keçib Diyarbəkirə getmək üçün izn istədi. Məmluklar Suriya sərhəddində güclü olduqlarını zənn etdiklərinə görə osmanlıların tələbini rədd etdilər. Bu arada Misir Sultanı Kansu Güri 50 min nəfərlik bir qüvvə ilə Şama gəldi. Yaranan vəziyyət Sultan I Səlim xana xəbər verildikdə o, cənub sərhədlərindən əmin olmaq üçün Misir səfərinə çıxmağa qərar verdi. Məmluklara qarşı səfərə çıxmaq üçün komandanlığındakı qüvvələrin Kayseridə toplanmalarını əmr etdi. Beləliklə, Sultan I Səlim xan 1516-cı ilin iyun ayında Misir səfərinə çıxdı, Osmanlı donanmasını da Suriya sahillərinə göndərdi. Sultan I Səlim xan Misir elçisi Moğolbayı ölkəsinə geri göndərərkən ona: "Cənabına de ki, Mercidabıkda qarşıma çıxsın", - dedi.
Məmluk Sultanı Kansu Güri yanında Abbasi xəlifəsi III Mütəvəkkil olduğu halda Mercidabıka gəldi. Sultan I Səlim xanın komandanlığındakı Osmanlı ordusu 1516-cı il avqust ayının 24-də Mercidabıka gəlib Kansu Güri komandanlığındakı Məmluk ordusu ilə döyüşə girdi. Döyüş olduqca gərgin keçdisə də, osmanlıların üstünlüyü ilə nəticələndi. Son Abbasi xəlifəsi III Mütəvəkkil Sultan I Səlim xanın yanına gətirildikdə sultan ona xəlifəyə yaraşan bir şəkildə hörmət göstərdi.
Beləliklə, Suriya da Osmanlı hakimiyyətinə keçmiş oldu. Suriyalılar Osmanlı ədalətinə inandıqlarına görə xalq və qala mühafizləri şəhərlərinin açarlarını Sultan I Səlim xana təslim etdilər. Sultan Hələb, Hama, Humus və Şam şəhərlərini gəzdi. Üç aya yaxın Şamda qaldı. Məmluk sultanı Kansu Güri Mercidabık müharibəsindən sonra vəfat etdiyinə görə Misir kolemenləri Tomanbayı sultanlıq vəzifəsinə gətirmişdilər. Sultan I Səlim xan Tomanbaya Osmanlı hakimiyyətini tanıması şərtilə müqavilə bağlamaq üçün elçilər göndərdi. Kolemenlər Sultan Tomanbaydan xəbərsiz Osmanlı elçilərini öldürdülər. Sultan I Səlim xan da Osmanlı elçilərinin öldürülmələrini müharibə səbəbi saydı. Beləcə, Sultan I Səlim xan 1516-cı il dekabr ayının 15-də Şamdan Misir səfərinə çıxdı və yanvar ayının 22-də Ridaniyədə Osmanlı - Məmluk döyüşü başladı. Uzun və şiddətli döyüşlər nəticəsində Sultan I Səlim xanın komandanlığındakı Osmanlı ordusu qalib gəldi. Məmluk sultanı Qahirədən çəkildi. Səlim xan 1517-ci il fevral ayının 15-də parlaq bir mərasimlə Qahirəyə girdi. Yerli əhali Osmanlı padşahını böyük sevinclə qarşıladı.
1516-cı ilin avqust ayından etibarən Sultan I Səlim xanın yanında olan son Abbasi xəlifəsi III Əbdüləziz əl-Mütəvəkkil-əl-Allah Məhəmmədin rizası ilə Qahirədən Osmanlı mərkəzinə göndərilən Camiül-Ezner mədrəsəsinin alimləri və İstanbulda tanınmış alimlərin təşkil etdiyi məclisdə yekdilliklə alınan bir qərarla Osmanlı padşahlarına sultanlıq ünvanı ilə birlikdə İslam aləminin "Xilafət" məqamı da verildi.
Sultan I Səlim xanın qazandığı Ridaniyə zəfəri ilə Misir, sonra Ərəbistan yarımadası Osmanlı dövlətinin hakimiyyəti altına keçdi. Daha sonra Qırmızı dənizə və Hind okeanına enildi, Şimali Afrika yolu açıldı və osmanlıların sərhədi genişlənərək Atlantik okeanına dayandırıldı. Venediklilər məmluklara verdikləri Kipr adasının xəracını osmanlılara ödəməyə başladılar. Hicaz və Orta Şərqdəki mübarək məqamlar osmanlıların xidmətinə açıldı. Mübarək əmanətlər İstanbula gətirilərək bu şəhər şərəfləndirildi. Buralar nadir əsərlərlə bəzədildi.
Sultan I Səlim xan 1516-cı il iyun ayının 4-də çıxdığı Misir səfərindən 1517-ci il sentyabr ayının 10-da Qahirədən hərəkət edərək 1518-ci il iyul ayının 25-də İstanbula dönüb. O zamanlar Osmanlı dövlətinin ordusu dünyanın ən böyük ordusu idi. Sultan I Səlim xan Şərqi Anadolu, Şimali İraq, Livan, Suriya, Fələstin, Misir və Hicazı fəth etməklə Osmanlı xanədanına xəlifəlik qazandırıb, səkkiz il yarım kimi qısa bir zamanda Osmanlı dövlətini ikiqat böyüdüb. Əyyub Sultan türbəsini ziyarəti zamanı yaxalandığı xəstəlikdən Çorluda iki ay müalicə görüb, 1520-ci il sentyabr ayının 22-də cümə günü Çorlunun Sırt kəndində vəfat edib.
Sultan I Səlim xan orta boylu, qırmızı üzlü, çatma qara qaşlı, iti baxışlı bir şəxs idi. O danışarkən bəzi ciddi kəlmələri dəfələrlə təkrarlayardı. Dövlət işlərində qəti proqramla hərəkət edən ciddi bir hökmdar idi və hər hansı bir dövlət işini qəti olaraq yerinə yetirməzdən əvvəl müxtəlif yollarla vəzirlərin və digər əlaqədarların fikirlərindən istifadə edər, günlərlə düşünər, nəhayət son qərarını verdikdən sonra ondan dönməz və bu qərarın əleyhinə söz söyləyənləri cəzalandırardı. Çox mühüm işlərdə şəxsən özü araşdırmalar aparar, istər ölkə daxilindən, istərsə də xaricdən doğru olmayan xəbərlər aldığı zaman vəzirlərini döyər və ya həbs etdirərdi. Hətta İran və Misir səfərlərində onun qərarlarına qarşı yanlış fikir söyləyənləri edam etdirmişdir.
Bütün bu hiddət və şiddətinə baxmayaraq, Sultan I Səlim xan haqq olan sözü qəbul edərdi. Onun şiddət və qəzəbindən qorxan və hər an ölüm təhlükəsi keçirən Piri paşa bir gün: "Hörmətli Padşahım, sonunda bir bəhanə ilə məni öldürəcəksən, bunu bir gün əvvəl etsəydin mənim canım qurtarardı" sözlərilə öz düşüncələrini və qorxusunu bildirdikdə, Sultan I Səlim xan bir xeyli gülərək: "Mənim dahi paşam, sənin yerini tutan bir adam tapılmaz, yoxsa səni muradına qovuşdurmaq çox asandır" sözlərilə dəyərli adamlarına etimadını, qədirbilənliyini göstərmişdir.
Sultan I Səlim xanın xüsusi məclislərində dəyərli alimlər və şairlər də iştirak edərdi. O, alimləri və şairləri çox sevər, onları mühafizə edərdi. Boş vaxtlarını mütaliə ilə keçirərdi. Osmanlı hökmdarları arasında elmi baxımdan ən yüksək səviyyədə olan hökmdarların başında gəlir. Önun fars və ərəb dillərində şeirləri vardır. Çox sayda əlyazmaları Topqapı Sarayının arxivlərində mövcuddur.
Mükəmməl bir divanı Alman İmperatoru II Vilhelm adından Paul Horn tərəfindən nəşr etdirilmişdir.
Sultan I Səlim xan dəbdəbəyə əhəmiyyət verməz, sadəliyi sevər və sadə geyinərdi. Özü üçün artıq pul sərf edib köşk tikilməsi və qeyri-adi, təmtəraqlı işlər görülməsini istəməzdi. Onun bütün fəaliyyəti dövlətin sahəsini genişləndirmək və xəzinəsini zənginləşdirməkdən ibarət olub. Nəticədə, Osmanlı dövlətini dünyanın ən böyük və ən zəngin dövlətlərindən biri olaraq gələcək nəslə buraxıb.
Fazil QARAOĞLU
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
Tarix: 20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
Tarix: 20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
Tarix: 19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
Tarix: 19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
Tarix: 19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
Tarix: 19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
Tarix: 19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
Tarix: 19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
Tarix: 19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
19.11.2026 / 18:21
Şəhid adı əbədidir...
19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...
19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər
19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur”
- İddia...
19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib
- FOTO
19.11.2026 / 16:55
Çində tarixi görüş
- Putin, Tramp və Cinpin nələri müzakirə etdi...
19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı -
enerjinin gücü budur bax...
19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb -
"məhdud zərbələr"...
19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)
19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı
19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" -
qatil Monte Melkonyana kino çəkildi...
19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...
19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı...
- VİDEO
19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri
19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları -
Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...
19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik"
- Hikmət Hacıyev
19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"
19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"
- Prezident
19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"
19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...
19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir"
- Prezident
19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi
- Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...
19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi
– “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”
19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...
19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...
19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası
19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...
19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...
19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq?
- Açıqlama
19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur"
- İlqar Həbiyev
19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır"
- DTX rəis müavini
19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...
19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi
19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi
19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi -
nə baş verir?
19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı
19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı
19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı
18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı
- 38 ölkədən XƏBƏRDARLIQ...
18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...
18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...
18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...
18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...
18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...
18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...
18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...
18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...
18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...
18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir
18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi
- DİN-dən irimiqyaslı əməliyyat...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ