Cümə günü, 20 noyabr 2026
     

Ermənistan hakimiyyət çevrilişinin astanasında...

Image


Ermənistanda cərəyan edən son hadisələr bu ölkədə daxili gərginliyin tədricən pik həddinə çatmaqda olduğunu, ölkədaxili qarşıdurmaların başlana biləcəyini göstərir. Bir daha xatırladaq ki, iyulun 17-də silahlı qrup İrəvanda polis bölməsini tutub. Onlar yük maşınının köməyilə qapıları sındıraraq polislərdən birini vurub və qalanlarını girovlar götürüblər.
Silahlılar Qarabağ müharibəsinin veteranı və yaxın günlərdə həbs edilmiş müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər. Hakimiyyət tələbə rədd cavabı verib. Erməni müxalifətinin radikal hissəsi aksiyanı "silahlı üsyan"ın başlanğıcı adlandıraraq onu dəstəkləyir. Hadisənin baş verdiyi ərazidə qiyamçılaar dəstək məqsədilə aksiyalar keçirir. Aksiyaların davamlı olması isə hakimiyyəti getdikcə daha çox qorxudur. Elə bu səbəbdən silahlı şəxslər tərəfindən ələ keçirilən polis şöbəsi qarşısında polislə nümayişçilər arasında qanlı toqquşma baş verib. Etirazçılar qanun keşikçilərini daşa basıblar. Polis əməkdaşları isə qarşılığında nümayişçilərə qarşı səs qumbarası və gözyaşardıcı qaz tətbiq edib, havaya atəş açıblar. Ələ keçirilən polis bölməsinin qarşısı mitinqçilərdən təmizlənib. Onlarla insan saxlanıb. Baş verən toqquşmalar zamanı müxtəlif tibb müəssisələrinə 51 nəfər müraciət edib. Erməni mediası isə baş verənlərin davamı olacağını və qiyamın ölkə boyu genişlənə biləcəyini yazır. Məsələ ilə bağlı "armenianreport" saytı yazır: "Bir neçə gündür ki, İrəvanda Xorenasi küçəsində polis patrul alayının binasında girovların azad olunması prosesi gedir. Rejim "Təsisedici parlament"in tərəfdarlarını binadan qovmaq niyyətindədir. Buna paralel olaraq, cəmiyyətdə gərginlik də artmaqdadır. Artıq hər kəs bilir ki, hakimiyyət girovların azad olunması üçün danışıqlar aparmaq qabiliyyətində deyil. Əslində binanı tutanlar da, bizim hamımız kimi, Ermənistan vətəndaşıdır və hakimiyyət öz vətəndaşları ilə dialoq aparmaqdan imtina edərək, əsl simasını bir daha sübut edir".
O da qeyd olunur ki, binanı tutanların tələbləri ictimai-siyasi vəziyyətlə assosiasiya olunur":Girovları saxlayan "Təsisedici parlament" tərəfdarlarının tələbləri birbaşa prezident və hökumətə qarşı yönəlib. Onlar tədricən ictimai-siyasi dəstək əldə edirlər. Müxalifət qruplarının onları dəstəkləməyə gəlməsi də bunu göstərdi və getdikcə tərəfdarların sayı çoxalır. İnsanlar anlayır ki, "Təsisedici parlament"in üzvləri ona görə belə ümidsiz addım atmağa qərar verdilər ki, hakimiyyət onlara başqa yol qoymadı. Hamı bilməlidir ki, Sefilyan və Safaryan nə üçün həbs olunub. Hər kəs hakimiyyəti onları azad etməyə çağırırdı, lakin qulaq asan yox idi. Ermənistan vətəndaşları daha inanmır ki, mövcud hakimiyyətlə ölkədə müsbət dəyişikliklər olacaq. Buna görə də küçələrə çıxırlar". Sayt bildirir ki, Ermənistan vətəndaşlarının Sarkisyan rejiminə qarşı çıxan "cinayətkarları" dəstəkləməsi faktiki olaraq inanılmaz olub: "Onların bu ümidsiz, intihara bərabər hərəkəti yüz minlərlə insanın şüurunda nəyisə dəyişdirdi. Hətta polis binasını tutmaqla qanunu pozsalar da, hər kəs ürəyində onlara rəğbət bəsləyir. Bu səbəbdən də artıq İrəvan hakimiyyətində ciddi təşviş yaranıb. Artıq belə məlumatlar yayılıb ki, hakimiyyət girovları tutan silahlı qrupa qarşı əməliyyat keçirmək üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) "Alfa" xüsusi təyinatlılarını göndərmək xahişilə Moskvaya müraciət edib. "Alfa" həm girovları azad edəcək, həm də başlayan etiraz kütləsini boğacaq. Bu doğrudursa, deməli, hakimiyyət ölkənin xüsusi təyinatlılarına etibar etmir. Qorxur ki, xüsusi təyinatlılar girovları tutanlarla, həmçinin, xalqla həmrəylik nümayiş etdirə bilər. Ümumiyyətlə, hazırkı situasiyanın inkişafı gərginləşmənin şiddətlənəcəyini göstərir və bu zaman yəqin ki, Sarkisyan hakimiyyətinə "Alfa" qrupu lazım olacaq". Yeri gəlmişkən qeyd edək ki, hazırda Ermənistanda güc strukturlarının da Rusiyaya təslimçiliyi prosesi gedir. Bilindiyi kimi, ölkənin hava məkanı da Rusiyaya verilib. Bundan başqa, proseslərin gərginləşdiyi bir vaxtda Rusiya Silahlı Qüvvələri Baş qərargahının baş əməliyyat idarəsinin vəzifəlilərindən ibarət nümayəndə heyəti Ermənistana gedib. "Nezavisimaya qazeta" yazır ki, səfərdə məqsəd Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının yaradılmasına dair yekun müzakirələr aparmaq və müvafiq sənədi imzalanmaya hazırlamaqdır. İddia olunur ki, qoşun qruplaşması Ermənistan ordusunun 4-cü korpusunun və Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əsasında formalaşdırılacaq. Amma o da vurğulanır ki, bununla silahlı qüvvələrin idarəçiliyi də Rusiyanın əlinə keçəcək. Bütün bunlar isə ondan qaynaqlanır ki, son proseslərdən sonra Sarkisyan hətta öz ordusuna da etibar etmir və Rusiyadan imdad diləyir. "Slon.ru" saytı bu fonda xatırladır ki, son günlərdə İrəvan və başqa şəhərlərdə müxalifətçilərin kütləvi həbsləri həyata keçirilib. Həbs olunanlar polis bölməsini tutan qruplaşma və "Təsisedici parlament"də iştirakda ittiham olunurlar. Polis təxminən iki yüz nəfəri saxlayıb. Qeyd olunur ki, bütün bunlar Ermənistan iqtidarına qarşı daxili narazılığı artırır. Belə vəziyyətdə güc strukturları xalqın tərəfinə keçsə, Sarkisyan iqtidarının sonunun çatması qaçılmaz olacaq. Bu səbəbdən də Sarkisyan Moskvadan kömək umur.
O da xatırlanır ki, son illər ərzində erməni müxalifəti bir neçə dəfə "rəngli inqilab" təşkil etməyə çalışıb. Özü də onun tərəfdarları arasında çoxluğu müharibə veteranları təşkil edirdi. Etiraz aksiyalarının hədəfi, silahlı üsyandan daha çox, hakimiyyətə təzyiq idi. Bildirilir ki, indinin özündə də Ermənistanda hakimiyyətdən narazılığın səviyyəsi yüksəkdir, amma yalnız bəziləri radikal müxalifətçiləri, həmçinin onların hakmiyyətin dəyişməsi üzrə "resept"lərini dəstəkləyir.
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ