ABŞ-da respublikaçıların prezidentliyə namizədi Donald Tramp deyir ki, prezident olsaydı, Baltik ölkələrini Rusiya işğal edəcəyi halda, onların köməyinə gəlməzdi.
"The New York Times” iyulun 20-də Trampla müsahibə dərc edib. Tramp bildirib ki, prezident seçildiyi halda NATO-ya daxil olan digər ölkələrin qorunmasına zamənətdən yayına bilər. O, bildirib ki, ABŞ yalnız o zaman tərəfdaşlarının yardımına gələ bilər ki, onlar "bizə qarşı öhdəliklərini yerinə yetirmiş olsun".
Rusiyanın Baltikyanı ölkələrə mümkün müdaxiləsi ilə bağlı suala o cavab verib ki, ABŞ belə ölkələrə verdiyi uzunmüddətli zəmanətə xitam verə bilər.
Tramp bildirib ki, o seçilərsə, o ABŞ-ın tərəfdaşlarına oradakı müxalifətə və sivil azadlıqlara məhdudiyyətlərlə bağlı təzyiq etməyəcək. Onun sözlərinə görə, ABŞ-ın başqa xalqlara "ağıl verməkdən" öncə özünün "həll edəsi çox zibili var".
"Görün ölkəmizdə nə baş verir. Soyuqqanlıqla xalq polislərə güllə atırsa, o zaman necə başqalarına ağıl verə bilərik?" - o bildirib.
Daha öncə Tramp NATO-nun bəzi üzvlərinin alyansa yetərincə töhfə vermədiyini, Vaşinqtonun NATO-nun maliyyə yükünü daha çox çəkdiyini deyirdi.
Qeyd edək ki, NATO üzvlərinin razılaşmasına görə, hücum halında istənilən üzv müdafiə olunmalıdır. Hücum halında onun köməyinə gəlməmək alyansın Şimali Atlantika Sazişinin 5-ci maddəsinin pozulması deməkdir. Həmin maddədə deyilir ki, istənilən üzvə hücum NATO-nun hər bir üzvünə hücum deməkdir.