Cümə axşamı günü, 14 may 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Sultan Əbdüləziz xan
Tarix: 21.07.2016 / 01:37
Bölmə: Siyasət
Sultan Əbdüləziz xan Osmanlı sultanlarının otuz ikincisi, İslam xəlifələrinin doxsan yeddincisidir. Sultan Əbdüləziz xan 7 fevral 1830-cu ildə anadan olub. Atası Sultan II Mahmud xan, anası Pertevniyal sultandır. Sultan Əbdüləziz xan mükəmməl təhsil alaraq yetişib, Sultan Əbdülməcid xanın 1861-ci il iyun ayının 25-də vəfat etməsilə 32 yaşında taxta çıxıb.
Sultan Əbdüləziz xanın üzərində durduğu ən mühüm məsələ ordu və donanmanın yeni üsullarla yenidən tənzim edilməsi olub. Avropadan əldə edilən kreditlərin çox hissəsi bu sahədə sərf olunub. Nəticədə, Osmanlı donanması dünyanın ən məşhur donanmalarından birinə çevrilib, ordu sıralarındakı əsgərin sayı 700 minə çatdırılıb. Bunların top və tüfəng ehtiyacları üçün də modern təsislər qurulub.
Sultan Əbdüləziz xan anlayışlı və dünya siyasətinə vaqif olduğuna görə, səltənətinin ikinci ilində (1863-cü il) Misiri ziyarət edib. Çoxsaylı bir heyətlə Misirə edilən bu səyahət çox təntənəli olub. Yavuz Sultan Səlim xandan sonra Misirə gələn ilk Osmanlı sultanına xalq sevgi nümayiş etdirib. Sultan Əbdüləziz xan Qahirəni at üstündə dolaşıb. Bu ziyarət Misir xalqının xəlifəlik məqamına olan bağlılığının güclənməsini təmin edib.
Sultan Əbdüləziz xan 1867-ci ildə Parisdə açılan böyük bir sərgini görmək üçün imperator III Napoleonun dəvətini qəbul edərək Fransaya gedib. Oradan İngiltərə, Belçika, Almaniya, Avstriya, Macarıstan yolu ilə məmləkətinə dönüb. Bu səyahətlərində Fransa imperatoru III Napoleon, İngiltərə kraliçası Viktoriya, Belçika kralı II Leopod, Prussiya kralı I Vilhelm, Avstriya imperatoru və Macarıstan kralı I Fransua-Jozef, Rumıniya şahzadəsi I Korol ilə görüşüb.
Rusiyanın və digər dövlətlərin dəstəkləmələri ilə çıxan üsyanlar o dövrün ən mühüm hadisələrindən olub. Rumeli və Giritdəki qeyri-müsəlmanların törətdiyi üsyanlar dövlətin başına böyük bəlalar açdı. Serbistan, Bolqarıstan və Girit üsyanları ilə hökumət həm nüfuz, həm də maliyyə baxımından çox böyük itkilər verdi. Qaradağda aparılan döyüşlər qazanılaraq məsələ bir müddət qapandı. Serbistandakı bəzi qalalardakı əsgərlərin geri çəkilməsilə müqavilə bağlandı. Giritdəki üsyan bir hərbi hərəkatla yatırıldı.
Mahmud Nedim paşanın sədarəti həm xaricdə, həm də daxildə dövlətin etibarının sarsılmasına səbəb oldu. Tərəfdarı olduğu rus səfiri İqnatyevin tövsiyəsilə hərəkət edən Mahmud Nedim paşa aldığı qərarlarla Avropa dövlətlərinin narazılığını yaratdı. Bu dövlətin ödədiyi illik borcu beş il ödəməyəcəyini bildirməsi isə Avropada osmanlıların əleyhinə nümayişlərin keçirilməsinə səbəb oldu. Rusiyanın istədiyi də bu idi. Belə ki, ruslar bu qarışıqlıqlardan faydalanaraq Balkanlarda panslavizm təbliğatını yayıb böyük qanunsuzluqlar törətdilər. 1875-ci ildə Bosniya-Herseqovinada üsyanlar oldu. Bunun ardından Rusiyanın təşviqi ilə Serbistan 1876-cı ildə Osmanlı dövlətinə qarşı müharibə elan etdi. Osmanlı dövləti, sıxıntılar içərisində olmasına baxmayaraq, Serbistanı məğlub etməyi bacardı. Bu zamanlar Bolqarıstanda da üsyanlar baş verdisə də, bu qarışıqlıqlar məhəllə qüvvələrilə yatırıldı.
Sultan Əbdüləziz xan Balkanlarda yaranan təhlükəli vəziyyətin qarşısını almağa çalışarkən, daha əvvəl vəzifəsindən qovulan Hüseyn Avni, Mithat, Mütərcim Rüşdü paşalarla Həsən Xeyrullah bəy ixtilaf hazırlığı görürdülər. Hüseyn Avni paşa Mahmud Nedim paşa tərəfindən azad edilib sürgün olunduğuna görə qəlbində padşaha kin bəsləyirdi. "Kinim keçmir" deyən bu adam padşahı taxtından endirib öldürməyə qərar verdi. O, Londona gedib ingilislərlə bu işi planlaşdırdı. İkinci adam olan Mithat paşa isə Qərb mədəniyyətindən və din bilgilərindən tamamən yoxsul biri idi. Dunay valiliyi zamanında gördüyü işlər bilavasitə ingilislər tərəfindən reklam edilərək şişirdilmişdi. İçki masalarında dövlətə aid qərarlar alırdı. Məmləkəti qurtaracaq tək insanın özü olduğuna inanırdı.
Hüseyn Avni, Mithat, Mütərcim Rüşdü və Süleyman paşalar padşahın taxtdan endirilməsi üçün geniş təbliğat işinə başladılar. Sultanı xalqın gözündə kiçiltmək məqsədilə müxtəlif iftiralar yaydılar. Onlar 1876-cı il may ayının 30-da cümə günü səhər saat 4.30-da hərəkətə keçib Daşqışladan gəmilərlə gələn hərb məktəbinin 300-ə yaxın tələbəsilə Dolmabağça sarayını mühasirə altına aldılar. Donanma da dəniz tərəfini nəzarət altına almışdı. Sultan Əbdüləziz xan Topqapı sarayına aparılaraq Sultan III Səlim xanın şəhid edildiyi otağa həbs edildi.
Avni paşa çoxdan planlaşdırdığı cinayəti saraydan götürdüyü adamları ilə 1876-cı il iyun ayının 4-də yerinə yetirdi. Əlcəzairli Mustafa pəhləvan, Məbəyinci Fəxri bəy, Yozqatlı Mustafa pəhləvan çavuş və Boyabatlı Hacı Məhməd pəhləvan zorla Sultan Əbdüləziz xanın qaldığı otağa girdilər, böyük mübarizədən sonra onun iki biləyini kəsib qaçdılar. Avni paşa çığırtıları eşidər-eşitməz Quzğuncuqdakı imarətindən Fəriyyə sarayına gəldi. Hələ ölməmiş olan Sultan Əbdüləziz xan pəncərədən çıxarılan adi bir pərdəyə bükülərək yaxın bir nəzarət yerinə aparıldı. Avni paşa ölüm rəyini imzalamaq istəməyən iki həkimdən birini Trablusqarba sürgün etdi. Üç pəhləvana maaş kəsilərək həqiqətləri açıqlamalarının qarşısı alındı. Sultan Əbdüləziz xanın nəşini yuyan imamlar sonradan verdikləri ifadələrdə sultanın iki dişinin sınıq olduğunu, saqqalının sol tərəfinin yolunduğunu, sol döşünün altında böyük bir yaranın olduğunu bildirmişlər. Pəhləvanlar da sonralar əməllərini etiraf etmişlər. İsmayıl Hamdi Danışmend 5 cildlik "Osmanlı tarixinin izahlı xronologiyası" adlı kitabında sultanın ölüm səbəbinin, qocalıq olmayıb, bir cinayət olduğunu 31 dəlillə izah etmişdir. İntihar edən birinin iki biləyini kiçik bir qayçı ilə özünün kəsməsi, ədliyyə tibbinə görə mümkün deyildir. Sultanın cənazəsi 1876-cı il iyun ayının 5-də böyük bir mərasimlə qaldırıldı və atası Sultan II Mahmud xanın Çəmbərlidaşdakı türbəsində dəfn edildi.
Sultan Əbdüləziz xan 15 illik səltənət dövrünü Dolmabağça sarayında keçirib. Onun zamanında yeni əsgər forması qəbul edilib; ilk dəfə poçt markasından istifadə olunub; Süveyş kanalı açılıb; sahillərə dəniz fənərləri qoyulub; ilk dəfə tramvaylardan istifadə edilib; Osmanlı bankı fəaliyyətə başlayıb; Çırağan və Bəylərbəyi sarayları ilə yanaşı müxtəlif qəsrlər və tarixi memarlıq abidələri tikilib.
Sultan Əbdüləziz xanın dövrü 15 illik bir sülh dövrü olub. O zamanlar İmperatorluğu parçalanmaq təhlükəsindən qurtarmaq üçün tək tədbir qərbləşməkdən ibarət olub. İmperatorluğun müəssisələri köhnəlmiş, öz dövrünü tamamlamışdı. Bu müəssisələrin Qərbin inkişafına müqavimət göstərə bilməyəcəyi aydın olmuş və qərbləşmə yolunda bir islahat mərhələsi başlamışdı. Fəqət aparılan islahat pərakəndə və səthi idi. Halbuki, Qərb bir bütün idi və bir mədəniyyət olaraq ifadə edilirdi. Bu bütünlə qarşı-qarşıya qalmaq İmperatorluğu daha böhranlı bir vəziyyətə salardı.
Osmanlı imperatorluğu bir milləti deyil, tarixi inkişafları fərqli olan xalqları ehtiva edirdi. Bu xalqların hər birində müxtəlif ənənələr hökm sürürdü. Bu xarakterdə və çox geniş hüdudlar içində yaşayan bir xalq üçün bir mülki idarə qurmaq çox çətin idi. Buna görə hələ Sultan Əbdülməcid xan dövründə Mustafa Rəşid paşa tərəfindən bərabərlik və idarə sahəsində Fransanı nümunə alaraq dəyişikliklər edilməyə başlanmışdı. Fransa milli bir dövlət idi. İmperatorluğu zamanında ana vətəninin mülki idarəsindən fərqli bir idarəni təqib edirdi. İngiltərə və Rusiya da belə hərəkət edib. Osmanlı dövləti isə İmperatorluğu idarəsi altında olan bütün bölgələrə bir mülki idarə sistemi qurmağa təşəbbüs edirdi.
Sultan Əbdüləziz xan dövründə hökuməti belə bir təşəbbüsə sürükləyən başlıca səbəb böyük dövlətlərin xristian vətəndaşların lehinə etdiyi müdaxilələr oldu. Bu dövlətlərə görə, xristian vətəndaşlar mülki idarədə iştirak etdirilmədiyi üçün zülm görməkdə idi. Nəticədə, onların ayrılma fikrində olduqları bir həqiqət idi. Fəqət pis idarə edildiyinə gəlincə, bu, xristian xalqa aid bir keyfiyyət deyildi. Çünki xristianlar qədər türk və müsəlman xalq da pis idarədən mütəəssir idi. Bəzi bölgələrdə dərəbəylik hökm sürürdü. Bu səbəblə Əbdülməcid dövründə ədalət sistemində başladılan dəyişikliklər Əbdüləziz dövründə də davam etdirilmişdir. Nəticədə, şəriət məhkəmə sahələrinin daraldılmasına, bu məhkəmələrin xaricində cins və məzhəb fərqi güdmədən bütün vətəndaşlara şamil olunan "Nizamiyyə məhkəməsi" adı ilə Avropa üsulunda bir mühakimə sisteminin qurulması və xalqın təmsilçilər seçmək surətilə bu məhkəmələrdə təmsil edilməsi kimi önəmli xüsuslar qərara alınmışdır.
Sultan Əbdüləziz xan dövründə, hər cür yenilik hərəkətlərində olduğu kimi, təhsil sistemində də ciddi bir inkişaf görülüb. Sultan Əbdüləziz xan öz ölkəsində Avropa təhsil sisteminin qurulması üçün dövlət adamlarını təşviq edib. Əbdüləzizə görə, yüksək təhsil dövlətin davamı üçün birinci dərəcədə önəmli idi. 1869-cu ildə meydana gətirilən Maarifi Ümumiyə nizamnaməsi ilə təhsil sisteminin əsasları və dərəcələri təsbit edildi. Beləcə, təhsil sistemində bir irəliləmə başlamış oldu.
Sultan Əbdüləziz xan dövrü böyük ümidlərlə qarşılanmışdı. Fəqət ümidsizlik içində sona çatdı. Xüsusilə 1867-ci ildən sonra padşaha və Babialiyə qarşı ümumi bir müxalifət əmələ gəldi. Kimsə öz halından məmnun deyildi. Hər kəs məmnuniyyətsizliyi öz səviyyəsinə görə ifadə edirdi. Mədrəsə adamları camilərdə, xalq qəzetlərdə idarəni tənqid edirdi. Xarici dövlətlər də bu tənqidlərdən faydalanaraq hökumətə islahat aparmağı tövsiyə edirdilər. Yaranmış vəziyyət ilk dəfə olaraq Osmanlı İmperatorluğunda siyasi bir müxalifətin ortaya çıxmasına səbəb oldu. Avropada fəaliyyətdə olan Gənc Osmanlılar Cəmiyyətinin üzvləri Avropa dövlətlərinin təsiri altında qalaraq Osmanlı dövlətində də konstitusiya idarəsinin qurulması üçün mücadiləyə başladılar. Qərbdə təhsil görmüş və Qərb üsulundakı Osmanlı məktəblərində yetişmiş kəslər arasında bu yeni fikir hərəkatı böyük narazılıqlara səbəb oldu.
Beləcə, İmperatorluğun seçkin zümrəsi ilə padşah və Babiali arasında böyük bir siyasi baxış fərqi meydana gəldi.
Padşah konstitusiya tərəfdarı deyildi və ola bilməzdi. Padşahın razılığıyla sədarət məqamına gələn dövlət adamlarından böyük bir qismi konstitusiya tərəfdarı deyildi. Bu səbəblə onlar rejimi müdafiə etməyə çalışdılar. Onlara görə, Gülhanə Hattı Humayunun və islahat fərmanının prinsipləri dairəsində meydana gətiriləcək idarə tərzi mükəmməl bir tərz idi. 1867-ci ildən sonra Dövlət Şurasını qurmaqla, Nizamiyə Məhkəməsini təsis etməklə və bu müəssisələrdə türklərlə yanaşı xristianlara da yer verməklə səltənət idarəsini gücləndirəcəklərini zənn etdilər. Fəqət, böyük dövlətlər islahat işlərinə müdaxilə etməklə məşrutiyyət istiqamətində tərəqqilərə səbəb olurdular. 1871-ci ildən sonra Sultan Əbdüləziz xanın özünə məxsus bir idarə qurmaq təşəbbüsünə girişməsi inkişafda olan hürriyyət və məşrutiyyət cərəyanlarının sərtləşməsinə və yayılmasına səbəb oldu. Nəticədə, Sultan Əbdüləziz xan bu cərəyanların təsirilə taxtından atıldı. Beləcə, Sultan Əbdüləziz xanın dövrü sona çatdı.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 14.05.2026 / 17:52
Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirildi
- YENİLƏNDİ
Tarix: 14.05.2026 / 17:45
Nəzakət Məmmədova: “Xatirə Kitabının 17-ci cildində əvvəlki nəşrlərdə adları getməyən, hələ də axtarışlarda olan insanların xatirəsi əbədiləşdirilib”
Tarix: 14.05.2026 / 17:16
Şahzadə Pəhləvini Trampın üstünə belə “qışqırdan” kimdir?...
Tarix: 14.05.2026 / 16:59
Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib
Tarix: 14.05.2026 / 16:42
Fransanın və Ermənistanın maraqlarına qulluq edən türk diplomatları var imiş...təəssüf...
Tarix: 14.05.2026 / 16:25
"Koçaryan həbsdə olmalıdır"
- Paşinyan
Tarix: 14.05.2026 / 16:21
Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradıldı
Tarix: 14.05.2026 / 15:53
"Vardenis 2-ci Qarabağ olacaq" -
seçkiqabağı ermənilərə qarşı Kremlin təbliğat sxemləri işləyir...
Tarix: 14.05.2026 / 15:47
Azərbaycan Qlobal Cənub hərəkatını institutlaşdırmaqda davam edir -
ilk Baş Assambleyada maraqlı təklif səsləndi...
Tarix: 14.05.2026 / 15:14
Əmirliklərin və Səudiyyənin İrana gizli zərbələri indi niyə açılır? -
Trampın oyunu, ya...
Tarix: 14.05.2026 / 13:50
Tramp İranın "zəngin uran"ı haqda heç kimin inanmadığı xəbər yaydı...
Tarix: 14.05.2026 / 13:30
Paşinyan Putinin referendum ideyasını qətiyyətlə rədd etdi...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ
Tarix: 07.05.2026 / 22:18
Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...
Tarix: 07.05.2026 / 17:18
Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...
SON XƏBƏRLƏR
14.05.2026 / 18:14
Oman sahillərində Hindistan yük gəmisi vurularaq batırıldı...
14.05.2026 / 17:52
Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirildi
- YENİLƏNDİ
14.05.2026 / 17:45
Nəzakət Məmmədova: “Xatirə Kitabının 17-ci cildində əvvəlki nəşrlərdə adları getməyən, hələ də axtarışlarda olan insanların xatirəsi əbədiləşdirilib”
14.05.2026 / 17:22
Keçmiş hakimlərin vəkil işləməsi hüquq dövlətçiliyinə ziddir...niyə?...
14.05.2026 / 17:16
Şahzadə Pəhləvini Trampın üstünə belə “qışqırdan” kimdir?...
14.05.2026 / 16:59
Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib
14.05.2026 / 16:42
Fransanın və Ermənistanın maraqlarına qulluq edən türk diplomatları var imiş...təəssüf...
14.05.2026 / 16:30
Saxta “cərimə ödənişi” saytları peyda olub
- XƏBƏRDARLIQ
14.05.2026 / 16:25
"Koçaryan həbsdə olmalıdır"
- Paşinyan
14.05.2026 / 16:21
Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradıldı
14.05.2026 / 16:17
Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
14.05.2026 / 16:05
Azərbaycanda iki yeni institut yaradıldı
14.05.2026 / 15:59
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verəcək
14.05.2026 / 15:53
"Vardenis 2-ci Qarabağ olacaq" -
seçkiqabağı ermənilərə qarşı Kremlin təbliğat sxemləri işləyir...
14.05.2026 / 15:47
Azərbaycan Qlobal Cənub hərəkatını institutlaşdırmaqda davam edir -
ilk Baş Assambleyada maraqlı təklif səsləndi...
14.05.2026 / 15:26
WUF13 Festivalı başa çatıb
14.05.2026 / 15:14
Əmirliklərin və Səudiyyənin İrana gizli zərbələri indi niyə açılır? -
Trampın oyunu, ya...
14.05.2026 / 15:12
Arvadı tərəfindən alçaldılan Makron İran əsilli aktrisaya nə yazıb?
- Fransa prezidentinin şillələnməsinin ŞOK səbəbləri...
14.05.2026 / 14:59
Bəzi tibb işçilərinin maaşına əlavənin müddəti uzadıldı
14.05.2026 / 14:35
Rusiya Ermənistanı riskli ölkələr sırasına saldı...
14.05.2026 / 14:07
WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
14.05.2026 / 13:50
Tramp İranın "zəngin uran"ı haqda heç kimin inanmadığı xəbər yaydı...
14.05.2026 / 13:30
Paşinyan Putinin referendum ideyasını qətiyyətlə rədd etdi...
14.05.2026 / 12:45
Netanyahu Qəzzada kütləvi edamlara hazırlaşır -
qanun qəbul olundu...
14.05.2026 / 12:31
Nəzakət Məmmədova:"Redaksiyanın hazırladığı “Qələbə - 75” və “Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi” kitabları da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir"
14.05.2026 / 12:25
Nəzakət Məmmədova:"Bu cilddə İkinci Dünya müharibəsində həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında qısa ensiklopedik məlumatlar yer alıb"
14.05.2026 / 12:07
Si Cinpindən Trampa xəbərdarlıq
- Tayvan məsələsi... münaqişəyə səbəb ola bilər...
14.05.2026 / 11:50
ABŞ-İran danışıqlarında 6 milyard dollarlıq iddia
- DETALLAR ORTAYA ÇIXDI...
14.05.2026 / 11:35
Müharibənin bir günü Ukraynaya 450 milyona başa gəlir
– XİN başçısı açıqladı...
14.05.2026 / 11:08
Prezident İlham Əliyev Paraqvay Prezidentinə məktub ünvanlayıb
14.05.2026 / 10:58
Prezidentin köməkçisi: "BMT TŞ-də Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin edilməlidir"
14.05.2026 / 10:41
"Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir"
- Hikmət Hacıyev
14.05.2026 / 10:27
Ekologiya nazirinə birinci müavin təyin olundu
14.05.2026 / 10:02
Unutmadığımız Sabir...
14.05.2026 / 09:55
Sahibə Qafarova Özbəkistana igetdi
14.05.2026 / 09:41
Dünyanın gözü Çində...
Tramp və Cinpin görüşdü...
14.05.2026 / 09:30
Minimum əmək haqqı nə zaman artırılacaq?
– Deputat açıqladı...
14.05.2026 / 09:10
Masallının icra başçısı ilə bağlı SENSASİYA
– illər əvvəl girov götürülübmüş...
14.05.2026 / 08:47
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
13.05.2026 / 22:29
İmaməddin Xəlilov Avropa çempionatında gümüş medal qazanıb
13.05.2026 / 21:40
Ermənistana “canıyananlıq” edən Avropa liderlərinin 2020-ci ildəki sifətləri ifşa olundu...
13.05.2026 / 21:13
Rusiya XİN - Ermənistan bunları görməzdən gələ bilməz...
13.05.2026 / 20:37
Sərhəddəki Avropa missiyası Ermənistanı Azərbaycandan qoruya bilərmi?...
13.05.2026 / 20:01
Vasif Talıbov gedəndə Naxçıvanda cəmi 190 rəsmi işsiz var idi
- 14500-ə çatıb...
13.05.2026 / 19:39
Nəzakət Məmmədova: “Təkcə həmin insanın özü şəhid olmur, onunla yanaşı ailəsi də şəhid olur”
13.05.2026 / 19:24
Məlahət İbrahimqızı: "Şəhərsalma və Memarlıq İlində Qərbi Azərbaycanın tarixi abidələri də təbliğ olunacaq"
13.05.2026 / 19:16
ABŞ prezidenti 9 il sonra Çində...
Si Cinpin Trampın qarşısına İranla bağlı 4 maddəlik planla çıxacaq...
13.05.2026 / 19:08
"Minsk qrupu tarixdə riyakarlığın, ikili standartların və neokolonial düşüncənin simvolu kimi qalacaq"
- Vüqar Rəhimzadə
13.05.2026 / 18:53
Əhlliman Əmiraslanov Türk dünyası parlamentarilər vakfının nümayəndələri ilə görüşdü
13.05.2026 / 18:45
Kaspirşikin Qarabağda cinayət əməllərinin maliyyə tərəfləri necə araşdırıla bilər?...
13.05.2026 / 18:32
İsrailli nazir ABŞ-ı hədəf aldı
- təyyarələriniz bizə zərər verir, işğala son qoyun...
13.05.2026 / 17:58
Türkiyənin audit və konsaltinq şəbəkələrinə qarşı strateji əks-hücumu
13.05.2026 / 17:29
İsmayıllıdan könüllü müharibəyə getdi, Şuşada şəhid oldu
- Tural Rəcəbalıyev...
13.05.2026 / 17:15
Putin Paşinyana 2 mürəkkəb seçim verdi -
seçkiyə cəmi 25 gün qaldı...
13.05.2026 / 17:03
Trampın İran müharibəsinin gizli hədəfi aşkar oldu -
"bazarın bölüşdürülməsi..."
13.05.2026 / 16:46
ABŞ rəsmilərindən NATO-nun Ankara Zirvəsinə 4 maddəlik təklif
- Trampın Hörmüzlə bağlı yeni planı ortaya çıxdı...
13.05.2026 / 16:23
Keçmiş mətbuat katibindən Zelenskiyə ŞOK İTTİHAM
– Donbasın ruslara verilməsinə razılaşmışdı...
13.05.2026 / 15:50
Avropa İttifaqı İran və İsrail məsələsində niyə ikili standart tətbiq edir?
13.05.2026 / 15:37
MEDİA jurnalistlər üçün müsabiqə elan etdi
13.05.2026 / 15:10
Avropa liderləri Qafqazda “sülh memarı” statusunu Ermənistana yapışdırmağa çalışırlar...
13.05.2026 / 14:44
İqtisadiyyatımiz geriləmədən çıxdı, amma irəliləmə sürəti hələ kifayət deyil...
13.05.2026 / 14:39
Tramp Pekində ABŞ tarixinin görünməmiş uğursuzluğunu yaşaya bilər...
13 mayda...
13.05.2026 / 14:35
Volodin İrəvandakı Avropa sammitlərini Ukrayna ilə müqayisə etdi -
qorxunc yanaşma...
13.05.2026 / 14:20
Sübbuh Babayev:"Şəhidlik mənə qismət olmasa da yeganə oğlum Vüsala qismət oldu"
13.05.2026 / 14:12
Respublika Pediatriya Mərkəzinə direktor təyin edildi
13.05.2026 / 14:07
Tramp ilyarım sonra Donbası Rusiyaya vermək fikrindən imtinaya məcbur edildi...
13.05.2026 / 13:51
ABŞ İranla müharibədə 39 təyyarəsini itirdiyini etiraf etdi
- ŞOK HESABAT...
13.05.2026 / 13:38
WUF13-də 180 ölkədən 32 mindən çox nümayəndənin iştirakı gözlənilir...
13.05.2026 / 13:31
Ceyhun Bayramov və Abbas Əraqçi regional vəziyyəti müzakirə etdi
13.05.2026 / 13:12
Kreml İrəvana:"2 stulda oturmayın", İrəvan Kremlə: "Oturmuruq, ayaq üstdəyik"...
13.05.2026 / 12:59
11 may 2026 - Türkiyə və Ermənistan birbaşa ticarətə başlamağa hazırdır...
13.05.2026 / 12:48
Makron Afrikanın "təkrar işğalına" 24 milyard dollarla başlayır...
"Buraları ABŞ, Çin, Rusiya və Türkiyəyə vermərəm" dedi...
13.05.2026 / 12:31
Pəhləvi ABŞ-dan Tehrana qarşı qətiyyətli hərəkət tələb etdi
13.05.2026 / 12:20
Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı
13.05.2026 / 12:18
Trampın xüsusi adamları Zəngəzurda -
TRİPP-i irəlilətmək, ya Paşinyana seçki dəstəyi...
13.05.2026 / 12:07
Körfəzdə kölgə müharibələri
– İrana gizli hücum edən ölkələr bir-bir üzə çıxır...
13.05.2026 / 11:52
Bakının bu məktəbləri distant təhsilə keçir...
13.05.2026 / 11:42
Prezident İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul etdi
- FOTO
13.05.2026 / 11:36
Metronun rəhbəri bir neçə gün əvvəl yaranan enerji problemindən danışdı
13.05.2026 / 11:29
"Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər"
- "Bakı Metropoliteni"nin sədri
13.05.2026 / 11:13
Türkiyə və Ermənistan birbaşa ticarətə başlayır
- hazırlıqlar tamamlandı...
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verəcək
Populyar xəbərlər
Tarix: 02.05.2026 / 10:35
Şərəfli ömür yolu
Tarix: 10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri
Tarix: 09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"
Tarix: 02.05.2026 / 13:09
Bloomberg: Hindistanla əlaqəli tanker Hörmüz boğazından keçməyə çalışır
Tarix: 16.04.2026 / 19:57
Rusiyanın vurduğu AZAL təyyarəsinin bütün mübhəmləri açıldımı?
XƏBƏR ARXİVİ