Cümə günü, 20 noyabr 2026
     

Müxalifətin AKP iqtidarına dəstəyi proseslərdə həlledici rol oynadı

Image


Qardaş Türkiyədə baş verənlər burada ölkənin konstitusion quruluşuna qarşı çıxanların hələ tam təmizlənmədiyini göstərir və bu fonda belələrinin aşkar edilərək həbsə atılması prosesi davam edir. Proseslərin gedişi və xalqın hərbi çevrilişə qarşı olması isə Türkiyədə demokratiyanın növbəti təntənəsi sayılır. Onu da qeyd edək ki, hakimiyyətə qarşı sərt müxalif mövqedə olanlar belə bu gün iqtidarla bir yerdə olduqlarını açıq bəyan edirlər.
Bundan öncə məhz bu səbəbdən Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin müxalifət partiyalarının liderlərinə demokratik dəyərlərə sahib çıxdıqları üçün təşəkkür edib: "Müxalifət liderlərinə təşəkkür edirəm, demokratiyaya sahib çıxdılar. Çevriliş cəhdinə qarşı dəqiq mövqelərini göstərərək hökumətimizin yanında oldular".
Xatırladaq ki, Türkiyə müxalifətinin liderləri ölkədə baş verən hərbi qiyam cəhdi ilə bağlı elə gecə saatlarında açıqlama veriblər. Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu bu xüsusda qeyd edib: "Bu ölkə qiyamlardan çox zərbə alıb. Bunun təkrarlanmasını istəmirik. Demokratiyamıza sahib çıxırıq". Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı qiyamın qəbuledilməz olduğunu və Türkiyə hökumətinin yanında olduqlarını bəyan edib. Hadisələrin sonrakı gedişində də müxalifət yenidən iqtidarla həmrəy olduğunu nümayiş etdirib. Türkiyə baş naziri Binəli Yıldırımın Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu ilə keçirdiyi görüş də bunun növbəti təsdiqi sayılır. Görüşdə tərəflər bildirib ki, dövlət çevrilişinə cəhddən sonra diqqətli olmalıdırlar və bir səhvdən sonra başqasını etmək olmaz. Kılıçdaroğlu yenidən baş verənlərlə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, xalq bu hadisələrdən zərbə alıb. CHP lideri, həmçinin, iyulun 17-də baş verən hadisələrlə bağlı ona ətraflı məlumat verdiyinə görə Yıldırıma təşəkkür edib.
Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında yenidən hərbi çevrilişə cəhdi kəskin pisləyib: "Türk milləti iqtidar dəyişikliyinin necə olacağına illər əvvəl qərar verib. Seçkilərlə gələn seçkilərlə gedəcək. Hərbi çevriliş sınaqları və həvəsləri, xunta səyləri ölkəyə ediləcək ən böyük pislikdir. Bu firon əlavələri və formalı terrorçular millətin ürəyinə bomba atıblar, yetmiş doqquz milyonun qorxu dolu saatlar keçirməsinə səbəb olublar. Türkiyənin təşkilat və quruluşlarına hücum edib polisləri şəhid edənlərin PKK və ya İŞİD-dən nə fərqi var?". Partiya sədri qeyd edib ki, qiyamçıların Pensilvaniyadakı "çürümüşdən" əmr alan şəxslər olması məsələnin diqqətçəkən tərəfidir":Demokratiyaya zərbə vurmaq və çevrilişə cəhd etmək istədilər. Aşkar şəkildə millətin iradəsinə qarşı addım atıldı. Parlament binası bombalandı. Sözün bitdiyi yerdir. Baş verənlər eyni zamanda terror hücumudur. Demokratiya uçurumdan qayıtdı".
Dövlət Baxçalı, edam cəzası parlamentin gündəminə gətiriləcəyi halda, onu dəstəkləyəcəklərini vurğulayıb: "Türkiyədə edam cəzasının bərpasına dəstək verməyə hazırıq. Edam tələbi çox tez-tez səsləndirilir. Ədalət və İnkişaf Partiyası buna hazırdırsa, biz də bu məsələdə varıq. Bu məsələnin reallaşmasını könül istəyi ilə yerinə yetirərik". MHP sədri deyib ki, Türkiyə Cumhuriyyəti okeanın o tayından bombardmana məruz qalıb":Ona görə də ABŞ bu terror təşkilatının başçısını Türkiyəyə dərhal təslim etməlidir".
Bu arada Binəli Yıldırım Fətullah Gülənin ekstradisiyası ilə bağlı maraqlı açıqlama verib: "Türkiyə Ədliyyə Nazirliyi Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 4 dəfə müraciət edib. Biz ABŞ-a müraciət etdik, zəruri sənədləri göndərdik. Bizdən dəlil təqdim etməyimizi istəyirlər. Axı görünən kəndə nə bələdçi? Ancaq biz yenə də onlara istədikləri qədər dəlil təqdim edəcəyik. Siz 11 sentyabrda əkiz qüllələr vurulanda terrorçuları tələb edərkən dəlilmi istədiniz? Niyə Bin Laden üçün sübut axtarmazkən Fətullah terror təşkilatı üçün indi israrla dəlil istəyirsiniz? Bu canini, xaini qorumaqdan artıq vaz keçin. Bunun sizə, insanlığa və İslamiyyətə faydası yoxdur. Bu kölgə terror təşkilatı heç bir ölkə üçün əlverişli maşa deyil. Ona görə də boşuna bəsləməyin. Bunların kökünü qazıyacağıq. Heç bir xain və separatçı terror təşkilatı əziz millətimizə xəyanət etmək cəsarətini göstərə bilməyəcək". Baş nazir Avropa ölkələrinə də səslənib: "Avropalı dostlarımıza hərbi çevriliş əleyhinə verdikləri açıqlamalarına görə təşəkkür edirik. Ancaq onların bəzi yanaşmalarından xoşlanmadıq". Beləliklə, proseslərin gedişi göstərir ki, çevriliş cəhdinə qarşı Türkiyədə möhkəm həmrəylik var və burada müxalifət də iqtidara tam dəstək verir.
Tahir TAĞIYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 09:30
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ