Cümə günü, 20 noyabr 2026
     

Neftin dünya qiymətinə daha bir dəhşətli proqnoz...

Image


Ucuz neftin dünya iqtisadiyyatı üçün təhlükəsi sürətlə artır
Neftin qiymətinin hələ də 60 dollarlıq həddə çatmaması dünya iqtisadiyyatı üçün də böyük təhdid yaratmaqda davam edir. Belə ki, aşağı qiymətlər iqtisadi aktivliyi beynəlxalq miqyasda aşağı salır və artımın qarşısını alır. Hesab olunur ki, neftin qiyməti yüksəlməsə, bundan həm hasilatçı, həm də istehlakçı ölkələr əziyyət çəkəcək. Maraqlıdır ki, son günlərə qədər artan qiymətlər yenidən 50 dollarlıq həddən aşağı düşəcək.
Bunun isə müxtəlif səbəblərdən qaynaqlandığı iddia olunur. Məsələn, Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatına görə, rekord səviyyədə ehtiyatlar neftin qiymətindəki sabitliyi təhdid edir. Bildirilir ki, ötən dövrdə ABŞ-ın neft istehsalı azalıb, Orta Şərqdə isə hasilat rekord səviyyəyə çatıb. Orta Şərqin neft istehsalındakı artım OPEK-in bazar payını qorumaq istiqamətindəki strategiyasının uğurlu olduğunu göstərir. Orta Şərqdə neft hasilatı Səudiyyə Ərəbistanının rekorda yaxın səviyyədəki istehsalı ilə bağlı olaraq iyunda ard-arda üçüncü dəfə gündəlik 31 milyon barreli ötüb. ABŞ-ın istehsalı isə gündəlik 120 min barrel azalaraq 12,45 milyon barrelə enib. Amma ekspertlər xatırladır ki, son həftələrdə neftin qiyməti yüksələndə də ehtiyatların həcmi yüksək idi. Bu səbəbdən hesab olunur ki, prosesə neft bazarında spekulyativ oyunlara yenidən start verilməsi daha çox təsir edir. Bu səbəbdən beynəlxalq ekspertlər neftin qiymətinin getdikcə 40 dollara qədər düşəcəyini proqnozlaşdırır. Bildirilir ki, neft qiymətlərinin yanvar-iyun aylarında 2 dəfəyə yaxın artması əsasən ABŞ-da hasilatın azalması, Nigeriya və Kanadanın neft hasilatında problemlərin aradan qaldırılması və neftə tələbin artması ilə izah olunub. Hazırda isə yenidən hasilatın yüksəlməsi və tələbin azalması "BNP Paribas SA"dan "JBC Energy Gmbh"a qədər bir çox institutsional investorun neftin qiymətinin azalacağını proqnozlaşdırmalarına səbəb olub. Bir qədər əvvəl neft bazarında pis günlərin geridə qaldığını söyləyən neft bazarı iştirakçıları indi, Beynəlxalq Enerji Agentliyi də daxil olmaqla, neftin qiyməti ilə bağlı perspektivlərin mənfi olduğunu bildiriblər.
Nyu-Yorkda "Societe Generale SA" neft bazarı araşdırma departamentinin müdiri Mayk Vitner bildirib ki, hazırda neftin qiyməti sabit qalır. Buna səbəb olaraq neft bazarında təklifin tələbi üstələməsi dövründən tarazlıq dövrünə keçid göstərilir. Amma hər an təklifin artması və tələbin azalması bazarda hər şeyi dəyişə bilər. Londonda "BNP Paribas SA" xammal araşdırma departamentinin müdiri Harri Çilinguirianın fikrincə, gözlənilmədən ilin ikinci rübündə neft bazarında təklifin həcmi pozuldu və bazar sabitləşdi. Bu tarazlığı pozacaq səbəb yenə də təklifin artması olacaq. O, həmçinin, "WTI markalı ABŞ neftinin barrelinin 40 dollardan aşağı düşəcəyini ehtimal edib.
Yuxarıda qeyd olunduğu kimi, ucuzlaşan neft, hasilatçılarla yanaşı, istehlakçılara da təsir edir. Bu xüsusda daha çox ABŞ-ın ucuz neft qiymətindən əziyyət çəkməyə başlaması diqqət cəlb edir. Belə ki, neftin qiymətinin ucuzlaşması və bu sahədə investisiyaların azalması ilə əlaqədar ABŞ-dakı neft layihələrinin 70 faizinin ləğv edilmə risqi var. Mərkəzi ofisi Şotlandiyada yerləşən "Wood Mackenzie" araşdırma və konsaltinq şirkəti tərəfindən hazırlanan hesabata görə, ABŞ-da yekun investisiya qərarı alınmamış neft istehsalı layihələrinin ticarəti baxımdan həyata keçirilməsi üçün qlobal bazarlarda xam neftin qiyməti 60 dollar və ya daha çox olmalıdır. Qiymətlər hazırkı 50 dollardan aşağı olacağı təqdirdə isə investisiyaların azalması ilə əlaqədar ABŞ-dakı neft layihələrinin 70 faizinin ləğv edilmə risqi var. Həmin layihələrin çoxu istehsal xərci yüksək olan şist nefti layihələridir. Ərəb ölkələrinin də böyük əksəriyyətində ucuz neft ciddi problemlərə yol açır. Daha bir maraqlı məqam isə Venesuela ilə bağlıdır. Dünyanın ikinci ən böyük neft ehtiyatlarına sahib ölkəsi Venesuelada 2017-ci ildə 1640% inflyasiya proqnozlaşdırılır. "The Wall Street Journal" Beynəlxalq Valyuta Fondunun hesabatına istinadən yazır ki, Venesuelada 2016-cı ildə 480% inflyasiya olacağı ehtimal edilir. İnflyasiyaya səbəb kimi ölkənin möhkəm valyutaya sahib olmaması göstərilib.
Xatırladaq ki, Venesuela 211 milyard barrel neftlə dünyanın ikinci ən böyük neft ehtiyatlarına sahib ölkəsidir. Həmçinin Venesuela gündəlik 2,65 milyon barrel neft hasilatı ilə 8-ci sırada formalaşıb. "The Wall Street Journal" qeyd edir ki, Venesuela 2006-cı ildən Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı dayandırıb. Ölkə kəskin azalan neft qiymətləri fonunda yüksək büdcə və tədiyyə kəsiri ilə üzləşib. Bu səbəbdən Venesuela digər ölkələrə yardım üçün müraciət edib və 2015-ci ildə Çindən 10 milyard ABŞ dolları həcmində yardım alıb. Ölkədə ərzaq məhsulları qıtlığı yaşanır. Hökumət ərzaq qıtlığını aradan qaldırmaq məqsədilə qonşu Kolumbiya ilə sərhədləri açmağa məcbur olub. Qonşu Rusiya, Çin iqtisadiyyatı da ucuz neft üzündən yeni problemlər yaşayır. Bu səbəbdən hesab olunur ki, neftin qiyməti yüksəlməsə, dünya iqtisadiyyatı üzərində təhdidlər davam edəcək.
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 09:30
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ