Yunanların nəzarətində olan Cənubi Kiprdəki Demokratik Səfərbərlik Partiyasından keçmiş millət vəkili Hristos Rotsas Türkiyədə 15 iyul gecəsi yaşanan çevriliş cəhdi ilə əlaqədar skandal yaradacaq açıqlama verib.
Baki-xeber.com xəbər verir ki, Rotsas Şimali Kipr Türk Respublikasının işğalına işarə edərək "büyük bir fürsətin qaçırıldığını” iddia edib: "Türkiyədəki çevriliş gecəsi böyük bir fürsət qaçırıldı. Kipr 42 il əli-ayağı bağlı passiv oturmasaydı, dünən gecə bəlkə də Kiprin gecəsi olacaqdı".
Rotsas "Politis 107.6" adlı radioya açqılamasında isə sosial mediada səsləndirdiyi fikirlərə bu cür izah verib: "Fürsət yarananda istifadə etmək üçün bu 42 ildə hazırlıq görməli idik. Xəstəxanaların nə qədər adam tuta biləcəyi, silahlı qüvvələrin hazırlıq vəziyyətinin nə olduğu bilinməli idi. O gecə qarışıqlıqda hücum edənlərin Kipr yunanları ya da çevrilişçilər olduğunu bilməyəcək vəziyyətdə olan Türkiyə ordusuna basqın edə bilərdik. 43 min türk əsgəri əsir alına bilərdi, çoxu Baf aerodromuna və Vasilikoya göndərilə bilərdi. Ancaq bunun üçün Kipr bugünkü kimi hazırlıqsız deyil, bir neçə il əvvəldən hazırlıqlı olmalı idi. Əlimizdə 43 min türk hərbi əsirimiz olsaydı Türkiyə heç nə edə bilməzdi və bizim əsgərlərimiz Girne sahillərinə çatdıqda məğlub olacaqdı. Türklər iki üç gün bombardmandan sonra dayanardı".