"Aralarında Səudiyyə Ərəbistanı və Qətərin də olduğu bəzi dövlətlər Türkiyədə hərbi çevrilişə cəhd baş verərkən narahatlıq keçirmədilər. Bununla bağlı düşünmək lazımdır”.
APA-nın "hurriyet.com.tr”yə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif parlamentin qapalı iclasında çıxışı zamanı deyib. O bildirib ki, məhz bu dövlətlər Türkiyədəki hərbi çevrilişin uğurla nəticələnməsini istəyiblər.
Nazir dünyanın hansı ölkəsinə olursa olsun, çevrilişə qarşı çıxdıqlarını və baş vermiş hadisələrdən təəssüf keçirdiklərini diqqətə çatdırıb.