Türkiyənin qərarı ilə Adanada yerləşən və ABŞ-la NATO-nun istifadəsində olan İncirlik hərbi hava bazası bir müddət üçün bağlanıb.
Baki-xeber.com xəbər vverir ki, bu barədə "CNN İnternational” məlumat yayıb. ABŞ-ın Adana Baş Konsulluğundan bildirilib ki, bazaya giriş-çıxışlar dayandırılıb. Hərbi bazaya verilən elektrik enerjisi də kəsilib. Konsulluq ABŞ vətəndaşlarına müciət edərək bazadan uzaq durmağa çağırıb.
ABŞ müdafiə rəsmilərindən biri isə AFP-ə açıqlamasında, ABŞ ordusunun İncirlik hava bazasından istifadə edərək İŞİD-ə qarşı keçirdiyi əməliyyatları təxirə aldığını deyib. O, hava sahəsinin bağlanmasına görə, əməliyyatların dayandığını bildirib.
ABŞ Müdafiə Nazirliyi amerikalı rəsmilərin, hava əməliyyatlarının ən qısa müddətdə bərpa edilməsi üçün türkiyəli həmkarları ilə danışıq apardıqlarını açıqladı.