Yunanıstanın Dedeağaç şəhərinə bir türk hərbi helikopterinin endiyi barədə xəbərlər yayılıb. Helikopterdəki səkkiz nəfərin yunan polisi tərəfindən saxlandığı bildirilir.
Baki-xeber.com xəbər "Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu helikopterlə Yunanıstana qaçan səkkiz xain hərbçinin dərhal təslim edilməsini tələb etdiklərini deyib.
"Reuters”in xəbərinə görə, yunan polisi tərəfindən həbs olunan səkkiz nəfər, Yunanıstandan siyasi sığınacaq istəyib.
Məlumatlara görə, Dedeağaç aerodroma enən türk helikopteri, əvvəllər axtarış xilasetmə işlərində istifadə edilirdi. Helikopterdəkilərin çevrilişçilərlə əlaqəsi olduğu iddiaları var. Yunan dövlət televiziyası ERT, Kara Şahin tipi helikopterdəki 7-si hərbi formalı, 8 nəfərin Türkiyədəki hərbi çevriliş cəhdində əli ola biləcəyini bildirib.
Bundan əvvəl Yunanıstanda hərbi xəbərlər yayan internet saytı OnAlert, helikopterin polis helikopteri olduğunu, içində 6-sı formalı, 1-nin isə mülki geyimli olan 7 nəfərin olduğunu bildirmişdi.
Çevriliş cəhdinin ardından çox sayda yüksək rütbəli hərbçidən xəbər hələlik xəbər yoxdur. Onların bəzilərinin girov götürüldüyü iddiaları var idi.
Türkiyənin özündə isə həbslər davam edir. Artıq 2839 nəfərin göz altına alındığı xəbər verilir.
Xatırladaq ki, ötən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub. Nəticədə 161 nəfər həlak olub, 1446 nəfər yaralanıb.