Cümə günü, 20 noyabr 2026
     

Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyünü artırır

Image


Azərbaycanın Ermənistan üzərində birmənalı hərbi üstünlüyə malik olması düşmən ölkənin özündə də açıq etiraf olunur. Proseslərin gedişi isə bu üstünlüyün daha da artacağını deməyə əsas verir. Erməni general Arkadi Tadevosyan da açıq bildirir ki, Ermənistan hərbçilərinin Azərbaycan ordusuna cavab zərbəsi çox zəif və təsirsizdir: "Biz həmişə gözləyirik ki, bizə hücum etsinlər, sonra cavab verək.
Məsələ burasındadır ki, verdiyimiz cavabların da heç bir təsiri olmur. Bizim çatışmazlığımız budur. Və bu vəziyyətlə çox uzağa gedə bilməyəcəyik".
Erməni tərəfini narahat edən əsas məqamlardan biri də Azərbaycanın Rusiyadan yenə müasir silah alışını davam etdirməsidir. Rəsmi İrəvanın çoxsaylı etirazlarına baxmayaraq, Moskva Azərbaycanla bu sahədə əməkdaşlığı davam etdircəyini açıqlayıb. Qeyd edək ki, Azərbaycan Rusiyadan indiyə qədər BMP-3-ün bazası əsasında hazırlanmış "Vena" adlı 120 millimetrlik özüyeriyən artilleriya qurğuları və BTR-80-in bazası əsasında yenilənmiş, ən müasir döyüş avadanlıqları ilə təchiz olunmuş BTR-82A maşınları, T-90S tankları, "Smerç" reaktiv yaylım atəşi sistemləri, "Msta S" özüyeriyən haubitsaları, ağır odsaçan sistemləri və digər silahları alıb. Eləcə də Rusiyadan müxtəlif təyinatlı Mi-8, Mi-24, Mi-35 tipli vertolyotlar, təyyarələr alıb. İsrail və Türkiyədən, digər ölkələrdən də Azərbaycan hərbi texnika alışını həyata keçirir və düşmən üzərində hərbi üstünlüyünü daha da artırır.
Eyni zamanda yerli hərbi istehsal da genişlənir. Müdafiə sənayesi naziri Yavər Camalov Prezident İlham Əliyevin sədrliyilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu xüsusda olduqca maraqlı açıqlamar verdi. Məsələn, o bildirdi ki, nazirlik tərəfindən "Tufan" milli zirehli nəqliyyat vasitəsi yaradılıb və o, müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsinə imkan verir. Qısa müddət ərzində bir sıra milli zirehli maşınlar Azərbaycan Silahlı Qüvvələrinin ixtiyarına veriləcək. Nazir qeyd edib ki, müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan "Tufan" milli zirehli nəqliyyat vasitəsinin - 12,7 mm-lik məsafədən idarə olunan döyüş modulu, tank əleyhinə idarə olunan raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və s. sistemlərlə təchiz edilmiş bir neçə variantının hazırlanması nəzərdə tutulur. Milli zirehli maşının təcrübi nümunəsinin ilin sonunadək hazırlanması planlaşdırılır: "Eyni zamanda, xarici dövlətlərlə danışıqların nəticəsi olaraq yeni "İldırım" və "Qasırğa" zirehli maşınlarının ilkin nümunələri hazırlanıb Bakıda keçiriləcək ADEX-2016 sərgisində nümayiş etdiriləcək və 2017-ci ildən artıq seriyalı istehsalına başlanacaq. Daha bir yeni layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli "Mizrak" tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində Silahlı Qüvvələrimizin ixtiyarına veriləcəkdir".
Bununla yanaşı, nazirlik prezidentin göstərişi ilə "Zərbə" pilotsuz döyüş sistemlərinin işlənib hazırlanmasını başa çatdırıb. Nazirin bildirdiyinə görə, bu döyüş sistemlərinin sınaqları keçirilir və yaxın vaxtlarda ordunun sərəncamına veriləcək.
"Zərbə" pilotsuz döyüş sistemlərinin-kamikadze-dronların istehsalının təşkil edilməsi aprel döyüşlərindən sonra Müdafiə Sənayesi Nazirliyinin qarşısında vəzifə kimi qoyulmuşdu. Xatırladaq ki, 4 günlük müharibə zamanı Azərbaycan İsraildən aldığı "Harop" pilotsuz döyüş sistemlərinin ilk tətbiqini həyata keçirdi. Həmin pilotsuz döyüş aparatı aprel döyüşləri zamanı ermənilərin "Yerkrapa" könüllülər birliyinin döyüşçülərini daşıyan avtobusa Ağdərədə, təmas xəttindən xeyli aralıda zərbə endirib. Nəticədə azı 7 erməni döyüşçüsü məhv edilib, qalanları yaralanıb. "Harop" pilotsuz döyüş aparatı ilə ermənilərin bir və ya bir neçə tankına zərbə endirildiyi də məlumdur.
Bundan sonra aİsrail ordusu da "Harop" pilotsuz sistemlərini istehsal edən İAİ korporasiyasına sifarişləri artıracağını açıqladı. Azərbaycan isə İAİ korporasiyasından kamikadze-dronların bir neçə modifikasiyasını əldə edib. Bunlar saatlarla havada qala bilən, düşmən hədəflərini nəzarətdə saxlayan və istənilən an bu hədəflərə dəqiq zərbə endirən kamikadzeyə çevrilən pilotsuz uçan aparatlardır. Regionda, Rusiya da daxil olmaqla, heç bir ölkənin ordusunun silahlanmasında belə sistemlər yoxdur. Aprel döyüşlərindən sonra belə pilotsuz aparatların artıq yerli səviyyədə istehsalına start verilib. Azərbaycan hərbi sənayesi cəmi 3 ay ərzində pilotsuz döyüş sistemlərinin ölkə daxilində istehsalını təşkil etməyə nail olub. Bu da o deməkdir ki, aprel döyüşlərində "Harop"ların tətbiqindən qorxuya düşən ermənilərin indi narahatlıq keçirməyə daha çox əsasları var.
Çünki Azərbaycan Ordusu, indiyədək İsraildən alınan yüzlərlə belə döyüş sistemi ilə yanaşı, indi yerli hərbi sənayenin təqdim etdiyi "Zərbə"lərlə də silahlanacaq.
Bütün bunlar ordumuzun düşmən üzərində hərbi üstünlüyünü daha da artırır.
Tahir TAĞIYEV





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 09:30
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ