Cümə günü, 20 noyabr 2026
     

Prezident müşavirəsindəki Qarabağ mesajlarına ilk ciddi beynəlxalq dəstək gəldi

Image


Qarabağ münaqişəsi ətrafında hadisələrin inkişaf axarının nə ilə nəticələnəcəyi və cari il ərzində hansı irəliləyişlərin olacağı indi beynəlxalq miqyasda da əsas diqqət mərkəzində yer alır. Çünki konfliktin sülh yolu ilə tənzimlənməsi istiqamətində danışıqlar intensivləşib və bunun konkret nəticələrə gətirib çıxarması labüd sayılır.
Azərbaycanın bu məsələdə mövqeyi qətidir və münaqişənin hansı şərtlər əsasında mümkün olmasını Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında açıqlayıb: "Danışıqlar indi fəal mərhələyə keçməlidir və Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir. Yəni artıq məsələnin mərhələli yollarla həlli bütün həmsədr dövlətlər tərəfindən, ATƏT tərəfindən qəbul edilir. Biz həmişə demişik və deyirik, bunun başqa yolu yoxdur. Məsələ mərhələli yolla həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. İkinci erməni dövləti yaradıla bilməz. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilə bilməz. Bunu artıq beynəlxalq ictimaiyyət qəbul edir. Əvvəlki dövrlərdə biz başqa fikirlər eşidirdik. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bəzi hallarda beynəlxalq hüquq, BMT-nin qətnamələri kənarda qalırdı və Dağlıq Qarabağın gələcəyi ilə bağlı həqiqətə, o cümlədən tarixi həqiqətə uyğun olmayan müxtəlif təkliflər irəli sürülürdü. Bütün bunlar artıq keçmişdə qaldı. Məsələnin mərhələli yollarla həlli yeganə mümkün variantdır. Əgər bu variant reallaşarsa, onda həm torpaqlarımız işğalçılardan azad ediləcək, eyni zamanda, Dağlıq Qarabağın erməni əhalisi və mütləq oraya qayıdacaq azərbaycanlılar sülh, təhlükəsizlik şəraitində yaşayacaqlar. Bunun başqa həlli yolu yoxdur".
Qeyd edək ki, İlham Əliyevin "ya mərhələli həll, ya da..." formuluna artıq güclü anlaşıqlı beynəlxalq dəstəklər var.
Bütün bunlar fonunda beynəlxalq miqyasda da açıq etiraf olunur ki, artıq erməni tərəfi münaqişənin həlli istiqamətində əməli addımlar atmalıdır. Əks təqdirdə aprel olaylarından da dəhşətli hadisələr yenidən cəbhə xəttində təkrarlana bilər. ABŞ-ın "Stratfor" analitik mərkəzinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış cari vəziyyətlə bağlı hesabatında da məhz bu məqama xüsusi olaraq toxunulur. Burada qeyd olunur ki, Qarabağ münaqişəsi ilə bağlı danışıqlar status-kvoda əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli sözdən çox əməli iş tələb edir. Analitik mərkəz aprel hadisələrini xatırladır və o vaxtdan bəri döyüşlərin səngidiyini, amma diplomatik aktivliyin yüksəldiyini, münaqişənin beynəlxalq ictimaiyyətin diqqətini çəkdiyini vurğulayır.
"Stratfor"un hesabatında qeyd olunur ki, Rusiya münaqişənin həlli prosesində iştirak edən xarici vasitəçilərin ən nüfuzlusudur: "Ermənistanda Rusiyanın 5 min hərbçisi var, həmçinin, Azərbaycana silah satır. Rusiya prezidenti Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdi. Orada ABŞ və Fransa məmurlarının iştirak etməsinə baxmayaraq, Putin Sarkisyan və Əliyevlə ayrılıqda məsləhətləşmələr apardı. Rusiyalı məmurlar və yerli media şərhlər verirlər ki, Rusiya sülhməramlı qüvvələrini Qarabağa yerləşdirərək, ətrafdakı yeddi rayonun mərhələli formada qaytarılmasını təmin edə bilər. Lakin bu plan açıq şəkildə problemə səbəb olacaq. Çünki Ermənistan faktiki olaraq Dağlıq Qarabağı nəzarətdə saxlamaq istəyir. Münaqişənin əsas arbitri olan Moskvanın münaqişənin həllində maraqlı olması inandırıcı deyil. Çünki münaqişə Rusiyaya Azərbaycan və Ermənistan üzərində təsir imkanı yaradır və onu regionda ABŞ, Türkiyə kimi oyunçulardan bir addım önə çıxarır. Doğrudur, Qarabağda rus əsgərlərinin yerləşdirilməsi Moskvanın regionda daha da gücləndirilməsi ilə nəticələnə bilər. Lakin Rusiya böyük razılaşma olmadan Qarabağ ətrafında aktiv diplomatik rol oynamağı seçib. O da həqiqətdir ki, Azərbaycan danışıqların cari raundu üçün qeyri-müəyyən vaxtın seçilməsi, yaxud nəticəsiz danışıqlar keçirilməsi ilə razılaşmayacaq. Əgər diplomatiya uğur qazanmasa, o zaman aprel döyüşlərinə bənzər hadisələrin baş verməsi istisna deyil. Bu baxımdan, Rusiyanın bəyanatları nailiyyət əldə olunmasına ümid yarada bilər. Lakin bütün hallarda Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün sözdən çox, addımlar lazımdır".
Daha əvvəl eyni xəbərdarlıqla Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu çıxış etmişdi. Qurumun hesabatında deyilir ki, aprelin əvvəllərində hücum əməliyyatları təmas xəttinin iki istiqamətində - şimal-şərq və cənub istiqamətlərində cərəyan edib. Azərbaycan Ordusu artilleriya hazırlığı aparıb, qəfil zərbələr təmas xəttindəki erməni qüvvələri arasında panika yaradıb. Ağdərə və Cəbrayıl istiqamətlərində artilleriya, reaktiv yaylım atəşi sistemləri, tanklar və döyüş vertolyotları ilə dəstəklənən həmlədə sürətli və güclü zərbə ilə Ermənistan ordusunun müdafiə xətti dağıdılıb. Strateji mühüm istiqamətlərdə yaxşı hazırlıq keçmiş xüsusi təyinatlılardan istifadə olunub. Ermənistan ordusu üç gün ərzində itirilmiş mövqeləri geri qaytarmağa çalışsa da, buna müvəffəq olmayıb. Beynəlxalq Böhran Qrupu xatırladır ki, hərbi əməliyyatlar başlayan kimi Rusiya tərəfləri atəşkəs rejiminə qaytarmaq üçün təzyiqlər göstərib. Hesabata əsasən, aprel döyüşləri aparıcı beynəlxalq oyunçuların münaqişənin dinc həllinin tapılmasına səyləri cəmləşdirməli olduğunu bir daha göstərdi. Beynəlxalq Böhran Qrupunun analitikləri, apreldə hərbi əməliyyatların dayandırılmasına baxmayaraq, münaqişənin yenidən və daha iri miqyasda alovlanması risqinin olduqca yüksək olduğunu qeyd edir. Bildirilir ki, hərbi əməliyyatlar yenidən başlasa, aprel döyüşlərindən daha irimiqyaslı və daha dağıdıcı olacaq. Beynəlxalq Böhran Qrupu bu qənaətdədir ki, münaqişənin tezliklə həll edilməsinə nail olmaq üçün Minsk Qrupunun hər üç həmsədr ölkəsi yüksək səviyyədə danışıqlar prosesinə cəlb olunmalıdır.
Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 09:30
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ