Ukraynanın şərqində hökm sürən "cəzasızlıq” iqliminə görə geniş yayılan qətllərlə bağlı cəmi bir neçə nəfəri məsuliyyətə cəlb etmək mümkün olub, BMT hesabatında bildirilir.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) bildirir ki, bölgədə törədilmiş qətllər hərbi cinayət kimi tanına bilər.
BMT rusiyapərəst qüvvələrin əlində olan ərazilərdə ən azı 47 adamın ölümü və yoxa çıxması ilə bağlı məlumatları araşdırır.
Təşkilat həmçinin hökumətin nəzarət etdiyi rayonlarda da bənzər halların təhqiq edildiyini bildirir.
2014-cü ildə başlayan Ukrayna münaqişəsi az qala 9,500 adamın ölümünə bais olub.