Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Sultan II Bəyazid xan
Tarix: 14.07.2016 / 01:51
Bölmə: Siyasət
Sultan II Bəyazid xan Osmanlı sultanlarının səkkizincisidir. Sultan II Bəyazid xan 1447-ci ildə anadan olub. Fateh Sultan Məhmədin iki oğlundan böyüyüdür. Kiçik yaşlarından qayğı ilə yetişdirilən Şahzadə II Bəyazid xan o dövrün ən dəyərli alimlərindən dərs alıb. Yeddi yaşında ikən Hadim Əli paşanın nəzarətində Amasya valisi olub.
1473-cü ildə baş verən Otluqbeli döyüşünə sağ qolun komandanı olaraq qatıldı. Atası Fateh 3 may 1481-ci ildə səfərə çıxarkən Gəbzədə vəfat etdikdən sonra 1481-ci il may ayının 20-də taxta çıxdı. Ancaq doğma qardaşı Cemin müxalifəti ilə qarşılaşdı. Cemə qarşı başlanan Yenişəhər döyüşünü qazanan Sultan II Bəyazid xan yaranan vəziyyəti aradan qaldırdı. Fəqət Cem məsələsi yenə də sona çatmadı. Əksinə, bu məsələ Şərq və Qərb dövlətlərinin ən çox maraqlandıqları bir problem halına gətirildi. Cemin Avropaya köçməsi xristian dövlətləri tərəfindən, xüsusilə də Papalıq tərəfindən türklər haqqında bəslənən pis fikirlərin tətbiq sahəsinə qoyulması üçün bir fürsət olaraq qəbul edildi və Osmanlı imperatorluğunun dağılması üçün vaxtın gəldiyi zənn edildi.
İşlərin təhlükəli bir yola girdiyini görən Sultan II Bəyazid xan yaranan vəziyyəti aradan qaldırmaq məqsədilə 1482-ci il yanvar ayının 16-da venediklilərlə bir müqavilə imzalayaraq, xristianlığın ən güclü üzvlərindən birini fəaliyyətsizliyə uğratdı. Beləcə, zahirən də olsa, onların dostluğunu təmin edərək, on yeddi il boyunca Osmanlı əleyhinə təşəbbüslərə seyrçi qalmalarını təmin etdi.
Boqdan Voyevodasının illik vergini ödəməməsi və Osmanlı dövləti əleyhinə başlatdığı fəaliyyətləri qarşılığında Sultan II Bəyazid xan möhtəşəm ordusu ilə 1484-cü ildə bu ölkəyə qarşı səfərə çıxdı. Osmanlı ordusu əvvəl Dunayın sol sahilində olan və Boqdanın Qara dənizə qapısı olan Kilini qurudan, donanma da dənizdən mühasirə altına aldı. Qala komandanı bu qüvvələrə qarşı çıxa bilməyəcəyini anladı və mühasirədən 9 gün sonra təslim oldu. Sultan II Bəyazid xan qalanın içinə əsgər və silah-sursat yerləşdirdikdən sonra daha şimalda yerləşən Dnestr çayının vücuda gətirdiyi kiçik bir körfəzin kənarındakı Ağkerman qalasına tərəf irəliləməyə başladı. Bu zaman Krım xanı Menqli Giray 50 min adamlıq bir qüvvə ilə gəlib orduya qatıldı. Ağkerman mühasirə altına alındı. Bura Kiliyə nisbətən daha möhkəm, hər şeyi bol idi və qurudan çox dərin və geniş bir xəndəklə əhatə edilmişdi. Bütün bunlara baxmayaraq, bura da ancaq 12 gün dözə bildi və avqust ayının 11-də təslim oldu.
Ağkermanın alınması hərbi hərəkat üçün çox önəmli idi. Bundan sonra Osmanlı qüvvələri Dobrice ilə Dunay arasından keçərək Qara dənizlə Pirit çayı arasından şimala doğru çıxa biləcək və Krım xanlığı ilə də əlaqə təmin olunacaqdı. Osmanlıların adəti üzrə yeni alınan yerlərin rəsmiləşməsi aparıldı: arzu edənlər istədikləri yerlərə gedib-gələ biləcəkdilər, hətta xalqın bir qismi öz arzuları ilə Mərmərə sahillərinə köçürüldü. Krım xanlığı ilə Eflak Voyevodası hərb qənimətlərindən mühüm pay aldılar. Sultan II Bəyazid xan bu səfər əsnasında əldə etdiyi qənimət malını Ədirnədə başlatdırmış olduğu elmi və ictimai müəssisələrə sərf etdi.
Sultan II Bəyazit xan dövründə sayı çox olan donanmanın yeni inşasında dəyişikliklər edildi. Xüsusilə venediklilər və onların müttəfiqlərilə aparılan və uzun sürən dəniz savaşlarında Osmanlı donanmasının nöqsanları görülüb və bunların düzəldilməsinə çalışılıb. Belə ki, Sultan II Bəyazid xan zamanında Venedik gəmiləri tərzində iki qatlı iki böyük gəmi düzəldilib. Bunların hər biri iyirmi beş min qızıl pula əmələ gəlib. O zamanın Osmanlı donanmasının gəmi dəftərində, top gəmiləri də daxil olmaqla, yüzlərlə gəminin adı çəkilir. Sultan II Bəyazid xan bütün bunların idarəsini Kamal və Burak rəislərə vermişdi. Bu işlərə çox böyük əhəmiyyət verən Sultan II Bəyazid xan İnebahtı səfərindən dönərkən Preveze sancaq bəyi Mustafa bəyə Venedik gəmiləri tərzində qırxa yaxın topla təchiz olunmuş gəmi düzəltdirməyi əmr edir. O zaman dənizçilikdən alınan təcrübələr nəticəsində Venedik gəmiləri hər bir ölkə tərəfindən nümunə kimi qəbul edilirdi.
Sultan II Bəyazidə müxalif olan qardaşı Cem 1495-ci ildə Napolidə vəfat edib. Cemin vəfat etdiyini eşitdikdə Sultan II Bəyazid xan, qardaşının ona qarşı düşmən kimi hərəkət etməsinə baxmayaraq, Osmanlı dövlətində Cem üçün cənazə namazı qıldırır, üç gün matəm günü elan etdirir və çox sayda sədəqə paylatdırır. Cemin meyiti bir müddət Napolidə qaldıqdan sonra Sultan II Bəyazid xanın tələbilə Napoli kralı Frederik tərəfindən Türkiyəyə göndərilir. O, Bursada Muradiyə Fatih Sultan Məhmədin oğlu Şahzadə Mustafanın, yəni böyük qardaşının yanında dəfn edilir. Yaxşı təhsil görmüş olan Cem sultanlıq səltənətini əldə etmək məqsədilə həm özünü fəlakətə sürükləmiş, həm də Papanın əlində Osmanlı dövləti əleyhinə bir alət olmuşdu. Qardaşı Cemin vəfat etməsindən sonra Sultan II Bəyazid xan Osmanlı dövlətinin xarici siyasətinə başqa bir istiqamət verib.
1498-ci ilin yaz və payız aylarında Silistrə bayraq bəyi Bali bəy komandanlığında 40 min nəfərlik piyada birliyi Polşaya qarşı Osmanlı tarixinin ən böyük yürüş hərəkatını həyata keçirdi.
1499-cu ildə venediklilərin Moraya hücum etmələri nəticəsində Sultan II Bəyazid xan onlara qarşı səfərə çıxıb və 1500-cü il avqust ayının 9-da Modonu, 16-da Koronu və 25-də İnebaxtı venediklilərdən alıb.
Bu zamanlar Sultan II Bəyazid xan Qərbdə daha mühüm fəthlərə başlama nöqtəsində ikən Şərqdə böyük bir təhlükə ilə qarşı-qarşıya qalıb. Osmanlı sultanı 1502-ci ildən sonra Səfəvi hökmdarı Şah İsmayılın müxtəlif təşəbbüslərinin qarşısını almaqla məşğul olub. Məmluklularla birlikdə ona qarşı hərbi tədbirlər görübsə də, onunla ciddi bir ixtilafa
düşməməyə çalışıb. Çünki o zamanlar Anadoluda böyük bir xalq kütləsi Şah İsmayılın tərəfində idi.
Sultan II Bəyazid xanın son illərində səltənəti ələ keçirmək istəyən oğulları öz aralarında mücadilə ediblər. Nəticədə, qardaşlarına qarşı daha diqqətli davranan və yeniçərilər tərəfindən də dəstəklənən oğlu Səlim İstanbula dəvət edilir. Səlim 1512-ci il aprel ayının 24-də Sultan II Bəyazid xanın hüzuruna gələrək atasının əlini öpdü. Sultan II Bəyazid xan da qarşısında duran oğluna: "Ədalətdən ayrılma, acizlərə və biçarələrə qarşı mərhəmətli ol, kimsəsizlərə şəfqət göstər, məcbur olmadıqca heç kəslə sərt davranma" - dedikdən sonra dualar oxuyub və taxtını Allah-Təalanın mübarək etməsi diləyilə oğluna təslim edib.
Sultan II Bəyazid xan Dimetokdakı saraya gedərkən Abalar kəndinin yaxınlığında xəstələnir, 1512-ci il may ayının 26-da vəfat edir. Qəbri İstanbulda Bəyazid camisinin yanındakı türbədədir.
Sultan II Bəyazid xan elm sahibi, təqva, ədalət və mərhəmətdən ayrılmayan məşhur bir padşah olduğuna g.rə Vəli Bəyazid olaraq tanınır. Bəyazid meydanında caminin inşası bitdikdə padşah: "Hər kim ömrü boyunca ikindi və axşam namazlarının sünnətlərini tərk etməyibsə, ilk cümə namazında imam olsun," - deyib. Bu xüsusda özündən başqa kimsə ortaya çıxmayıb. Çünki istər sülh zamanı, istərsə də səfər zamanı o, heç bir sünnəti buraxmadığına görə namazı özü qıldırıb.
Sultan II Bəyazid xanın möhürünü daşıyan çox sayda əlyazma əsərlərin Türkiyə və Avropa kitabxanalarında olması onun mədəniyyət mövzusundakı fəaliyyətlərini ortaya qoyur.
Sultan II Bəyazid xan zamanının çoxunu mütaliə ilə keçirər, oxuduğu kitablar haqqında düşüncələrini sadə bir dildə yazardı. O, əsərlərin açıq və anlaşılır bir dildə yazılmasını ətrafındakı qələm sahiblərinə tövsiyə edərdi. Onun türk dilinə verdiyi əhəmiyyət, elm adamlarına, şair və yazıçılara göstərdiyi hörmət və məhəbbət Fateh Sultan Məhmədin oğluna yaraşan səviyyədə olub.
Sultan II Bəyazid xan məmləkətin hər tərəfində abadlaşdırma fəaliyyətlərini davam etdirib. Onun inşa etdirdiyi ən mühüm əsərlər arasında Amasyadakı mədrəsə və cami, İstanbuldakı Bəyazid camisi və mədrəsə imarətləri başda gəlir.
Bəyazid camisi İstanbulun yeddi təpəsindən birinin üzərində qurulan möhtəşəm bir əsərdir. Bu caminin təməli 1501-ci ildə atılıb və inşası 1506-cı ildə tamamlanıb. Bəyazid camisi klassik Osmanlı üslubunun ilk nümunəsidir. İnşası beş ilə yaxın bir vaxtda bitən bu möhtəşəm caminin ilk ibadətə açıldığı cümə günündə namazı Sultan II Bəyazid xan özü qıldırıb.
Sultan II Bəyazid xan sükut və rahatlığı sevərdi. Bu tarixi şəxsiyyətin həyatını iki dövrə ayırmaq olar. Biri şahzədilik həyatı ilə səltənətinin ortalarına qədər olan dövr, ikincisi də buradan vəfatına qədər keçən zamandır. Bu iki həyat dövrü bir-birindən tamamilə ayrı və bir-birinə ziddir.
Onun şahzadəlik dövrü Amasyada zövq-səfa və eyş-nuş aləmlərilə keçib. Hökmdar olduqdan sonra isə o, bu aləmləri tərk edərək ibadətlə məşğul olub və bu halı ömrünün sonuna qədər davam etdirib.
Sultan II Bəyazid xan atasının zamanında İstanbulda başlayan elm cərəyanlarını təşviq edib, alim, şair və ədibləri himayə edərək onlara müəyyən şəraitlər yaradıb və İstanbulu İslam aləminin elm mərkəzi halına gətirib. Fəqət fikir hürriyyəti atasının zamanındakına nisbətən daha ciddi olub və bu yolda üləmanın qurbanı olan mütəfəkkirlər də görülüb ki, Tokatlı molla Lütfü xoca bunlardan biridir.
Venedik elçisi Andre Qritti II Bəyazid xanı belə təsvir edir: "Bəyazid ortadan uca boylu, parlaq üzlü, çatma qaraqaşlı, qonur gözlü, aslan burunlu, geniş sinəli idi. Çöhrəsi ciddi və ağır işlərlə məşğul olduğunu göstərirdi. Ən məsud hadisələr baş verdiyi zaman belə sevinib-gülməzdi. Az yemək yeyər, şərab içməzdi. Ata minməkdən çox zövq alardı, ən çox sevdiyi şeylər at əyləncələri və at təlimləri idi. Dini mərasimlərin heç birini buraxmaz, hədsiz sədəqə paylayardı..."
Sultan II Bəyazid xan İstanbulda, Ədirnədə və Amasyada cami, mədrəsə, məktəb və xəstəxanalar tikdirib. Digər yerlərdə günümüzədək gələn körpülər, mədəni və sosial əsərlər inşa etdirib.
Gəncliyi boş keçən II Bəyazid xan hökmdar olduqdan sonra və xüsusilə həyatının son on illərində gecəli-gündüzlü ibadətlə məşğul olub, dövlət idarəsini nəzarəti altında saxlayaraq vəzirlərinə həvalə edib. Ona təqdim edilən əsərləri diqqətlə oxuyar, üləmanı himayə edər, onların qeydinə qalardı. Sultan II Bəyazid xan vəfakar və qədirbiləndi. Onun haqqında çox sayda əsərlər yazılıb.
Fazil QARAOĞLU
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
Tarix: 20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
Tarix: 20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
Tarix: 19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
Tarix: 19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
Tarix: 19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
Tarix: 19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
Tarix: 19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
Tarix: 19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
Tarix: 19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 09:30
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
19.11.2026 / 18:21
Şəhid adı əbədidir...
19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...
19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər
19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur”
- İddia...
19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib
- FOTO
19.11.2026 / 16:55
Çində tarixi görüş
- Putin, Tramp və Cinpin nələri müzakirə etdi...
19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı -
enerjinin gücü budur bax...
19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb -
"məhdud zərbələr"...
19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)
19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı
19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" -
qatil Monte Melkonyana kino çəkildi...
19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...
19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı...
- VİDEO
19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri
19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları -
Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...
19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik"
- Hikmət Hacıyev
19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"
19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"
- Prezident
19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"
19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...
19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir"
- Prezident
19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi
- Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...
19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi
– “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”
19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...
19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...
19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası
19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...
19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...
19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq?
- Açıqlama
19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur"
- İlqar Həbiyev
19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır"
- DTX rəis müavini
19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...
19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi
19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi
19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi -
nə baş verir?
19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı
19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı
19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı
18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı
- 38 ölkədən XƏBƏRDARLIQ...
18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...
18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...
18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...
18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...
18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...
18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...
18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...
18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...
18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...
18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ