Cümə günü, 20 noyabr 2026
     

Avropa Parlamenti terror təşkilatının fotosərgisinə aşkar himayəçilik etdi

Image


Qərb ölkələrinin terrorla mübarizə məsələsində də ikili standartlardan istifadə etməsi danılmaz həqiqətdir. Bunun real nümunəsini minlərlə türkü qətlə yetirən PKK-ya münasibətdə aydın görmək olar. Belə ki, Belçikanın paytaxtı Brüsseldəki Avropa Parlamentində (AP) PKK sərgisi açılıb.
Avropa Parlamentində Sosial Demokratlar partiyası millət vəkillərindən olan Cozep Veidenholzerin ev sahibliyi etdiyi sərginin şəkillərini avstraliyalı fotoqraf Tomas Şmidinger çəkib. Qapılarını bir həftə qonaqlarına açan sərgidə PKK-nın qurucularından Abdullah Öcalanın və təşkilatın PYD, YPJ və YPG terrorçularının Suriyada çəkilmiş fotoşəkilləri nümayiş olunur. Rəsmi Ankara, gözlənildiyi kimi, bu məsələyə sərt reaksiya verib.
Türkiyə Prezident Administarasiyasının sözçüsü İbrahim Kalın Avropa Parlamentinin binasında PKK qruplaşmasının Suriyadakı qolu PYD-nin sərgisinin açılmasına münasibət bildirərkən deyib":Türkiyə vətəndaşlarını hədəfə alıb onları öldürən bir terror təşkilatının təbliğatının Avropa Parlamentinin himayəsi altında aparılması qəbuledilməzdir. Bu sərgini təşkil edənlər PYD-nin terrorçu İŞİD qruplaşamasına qarşı döyüşdüyünü iddia edirlərsə, o zaman onlara "ən-Nusra Cəbhəsi", "Hizbullah" və əli qanlı Bəşər Əsəd rejiminə də sərgilər açmalarını məsləhət görürük. Avropa Parlamentinin özü, Avropa İttifaqı PKK-nı terror qruplaşma olaraq qəbul edib. Onun Suriyadakı qolunun belə alqışlanmasının hansı məqsədə qulluq etdiyini anlamaq çətindir. Avropa Parlamentinin belə bir terror qruplaşmasının təbliğatını çılpaqcasına aparmasını Türkiyə ikili standartın ən bariz nümunəsi olaraq dəyərləndirir. Terrorçuluğun təbliğatı özünüifadə azadlığı ola bilməz. Bizim üçün "Nusra Cəbhəsi", İŞİD, "PYD" və PKK arasında bir fərqi yoxdur. Bunların hamısı bizim üçün terrorçudur. Türkiyənin terrora qarşı qanununun dəyişdirilməsini istəyən avropalı siyasətçilərin əsl məqsədi də bu yolla anlaşılır".
Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentində PKK təşkilatının lideri və təşkilatın qanadlarının üzvü olan terrorçuların fotoşəkillərinin nümayiş etdirildiyi sərgini pisləyib.Nazirliyin bəyanatında Avropa Parlamentinin bu sərgi ilə hər gün günahsız insanların canını alan bir terror təşkilatının təbliğatına və terrorizmin təşviqinə kömək etdiyi bildirilir: "İŞİD də, PKK da terror təşkilatıdır. Bir terror təşkilatını digər terror təşkilatından ayırmaq terrorizmin bütün qurbanlarının xatirəsinə hörmətsizlikdir". Bəyanatda ikili standartların Avropa İttifaqının imicini ciddi şəkildə zədələdiyi də vurğulanır.
Amma Avropanın PKK məsələsində Türkiyəyə qarşı ikili siyasəti təkcə bununla məhdudlaşmır. Qurumun Avropadakı nümayəndəlikləri də Ankaranın narazılıqla qarşıladığı məqamlardan biridir. Türkiyə Təhlükəsizlik Şurasının qəbul etdiyi bəyanatda Ankara terrorçu təşkilatların Avropada açılan nümayəndəliklərini bağlamağa çağırıb. Sənəddə bildirilib ki, belə addım dostluq və müttəfiqliklə bir araya sığmır":Terrorçu PYD və YPG-nin Çexiya, İsveç, Almaniya və Fransada nümayəndəliklərinin açılması onların qanunlara qarşı fəaliyyətinə təkan verib. Bu, dostluq və müttəfiqlik münasibətlərinə ziddir. Türkiyə həmin nümayəndəliklərin açılması ilə bağlı qərara yenidən baxılmasını gözləyir".
Bu arada isə PKK qruplaşmasının Suriyadakı qoluna 1 300 əcnəbinin qoşulduğu təsbit edilib. ABŞ-la yanaşı Almaniya, Belçika, Fransa və İsrail vətəndaşları terrorçuların düşərgələrində hərbi təlimlər keçir, kürd dilini öyrənirlər. Bir il yarım təlimlərdən sonra onlar qadın terrorçularla evləndirilirlər. Hədəf isə Türkiyəni zəiflətmək, ölkədə xaos yaratmaqdır. Hazırda PYD sıralarında vuruşan amerikalılar əvvəllər ABŞ ordusunda zabit olublar. Yeri gəlmişkən qeyd edək ki, Birləşmiş Ştatlar PYD-yə helikopterlərlə silah verir. ABŞ-ın bölgədəki Rümeylan hərbi bazası terror təşkilatının silahlandırılması üçün istifadə edilir.
Bu günlərdə ABŞ-ın helikopterləri Rümeylan hərbi bazasına eniş edərək PYD-yə məxsus yük avtomobillərinə silah yükləyiblər. ABŞ bundan sonra da PYD ilə hərbi iş birliyini davam etdirəcəyini gizlətmir. Bu hal isə sonda Türkiyəyə ciddi zərbə vurur. Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş bu fonda bildirir ki, kürdlərlə türklər arasında yüksələn gərginlik etnik bir döyüşə çevrilə bilər. Kürd siyasətçi qeyd edib ki, Türkiyədə dinclik və sülh olmadan Suriyada sülhdən danışmaq mümkün deyil. O, Suriyadakı müharibənin Türkiyədəki qarşıdurmalarla bağlı olduğunu vurğulayıb.
Tahir TAĞIYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 09:30
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ