Cümə günü, 06 noyabr 2026
     

20 milyard dollara sahib rus oliqarx Putini "islahatla aşırmağın" sxemini çəkdi...

Image


Murad Sadəddinov: “Melnıçenkonun məqaləsinin hədəfi Qərb elitası və seçiciləridir”

Rusiyalı milyarder Andrey Melnıçenkonun The Economist jurnalında dərc olunan məqaləsi və ona əsaslanan geniş müsahibə Rusiyanın gələcək inkişafı, Ukrayna müharibəsinin nəticələri və müharibədən sonrakı geosiyasi düzənə həsr olunub. Təxminən 60 saat davam edən söhbət əsasında hazırlanan materialda Melnıçenko Rusiyanın gələcəyi ilə bağlı bir neçə ssenarini təhlil edir.

Məqalənin əsas ideyası ondan ibarətdir ki, Qərbin Rusiyaya münasibətdə müzakirə etdiyi bir sıra ssenarilər uzunmüddətli sabitlik yaratmayacaq. Melnıçenkonun fikrincə, Rusiyanın alçaldılması və ya uzun müddət zəiflədilməsi gələcəkdə daha aqressiv revanşizmə səbəb ola bilər. O hesab edir ki, böyük dövlətlərin suverenliyinin sarsılması yeni təhlükələr doğurur və bu yanaşma davamlı sülhü təmin etmir.

O, Rusiyanın Çinin təsir dairəsinə tam keçməsini də əlverişli variant hesab etmir. Melnıçenkoya görə, bu halda Rusiya xammal əlavəsinə çevrilə və strateji müstəqilliyini itirə bilər. Onun fikrincə, bu model nə Moskvanın, nə də Pekinin uzunmüddətli maraqlarına tam cavab verir.

Məqalədə Rusiyanın parçalanması ssenarisi də kəskin tənqid edilir. Melnıçenko bildirir ki, belə bir proses nüvə arsenalına nəzarətin zəifləməsi, sərhəd münaqişələrinin artması və regional qeyri-sabitlik kimi ciddi risklər yarada bilər. O bunu beynəlxalq təhlükəsizlik baxımından ən təhlükəli variantlardan biri hesab edir.

Digər ssenari kimi Şimali Koreya tipli qapalı dövlət modelindən bəhs olunur. Melnıçenkonun fikrincə, belə bir inkişaf yolu Rusiyanın texnoloji, elmi və iqtisadi inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırar və ölkənin qlobal rəqabət qabiliyyətini zəiflədər.

Bütün bunların əvəzinə o, "suveren və proqnozlaşdırılan Rusiya" modelini təklif edir. Bu modeldə dövlətin əsas məqsədi vətəndaşların rifahının yüksəldilməsi, iqtisadi inkişafın təmin edilməsi və beynəlxalq aləmdə proqnozlaşdırılan siyasət yürütməsi olmalıdır. Onun fikrincə, ölkənin gücü yalnız hərbi potensialla deyil, insanların rifahı və dövlət institutlarının səmərəliliyi ilə ölçülməlidir.

Müsahibədə Melnıçenko Rusiyada böyük biznesin roluna da toxunur. O hesab edir ki, iri şirkətlər dövlətin strateji inkişafının tərkib hissəsi kimi qiymətləndirilməlidir və iqtisadi modernləşmədə mühüm rol oynaya bilərlər. Bununla yanaşı, The Economist qeyd edir ki, Melnıçenko nə müharibə əleyhdarı fəal kimi çıxış edir, nə də mövcud hakimiyyətə açıq şəkildə qarşı çıxır. Jurnal onu daha çox mövcud sistem daxilində gələcək dəyişikliklərlə bağlı baxışlarını təqdim edən biznes nümayəndəsi kimi xarakterizə edir.

Məqalədə diqqət çəkən məqamlardan biri də Melnıçenkonun müharibənin daha genişmiqyaslı qarşıdurmaya çevrilməsi riskini yüksək qiymətləndirməsi və bunun beynəlxalq təhlükəsizlik üçün ciddi nəticələr doğura biləcəyini vurğulamasıdır. O, davamlı sülhün yalnız tərəflərin təhlükəsizlik maraqlarını nəzərə alan uzunmüddətli siyasi razılaşma ilə mümkün ola biləcəyini bildirir.

Andrey Melnıçenkonun Rusiyanın gələcəyini "proqnozlaşdırıla bilən suveren dövlət" modelində gördüyü, eyni zamanda The Economist-in bu yanaşmanın dolayısı ilə Vladimir Putinin təkhakimiyyət modelinin sonunu nəzərdə tutduğu barədə şərhini necə qiymətləndirirsiniz? Bu fikirlər Rusiyada mümkün siyasi transformasiya ilə bağlı real siqnal sayıla bilərmi, yoxsa daha çox Qərbə ünvanlanmış siyasi mesaj xarakteri daşıyır?

Murad Sadəddinov | Banker.az

Politoloq Murad Sadəddinov Melnıçenkonun The Economist jurnalında dərc olunan məqaləsini "Bakı-Xəbər" qəzetinə şərh edərkən bildirib ki, bu yazını Rusiyanın Qərbin Ukraynaya dəstəyini zəiflətməyə yönəlmiş daha geniş informasiya strategiyasının tərkib hissəsi kimi qiymətləndirir.

Onun sözlərinə görə, son dövrlər ABŞ-ın Türkiyədə keçirilən sammitdə Ukraynaya dəstəyini bir daha ifadə etməsi, Ankaranın Qara dəniz məsələsində Kiyevə dəstəyini davam etdirməsi, Avropa ölkələrinin yardımını artırması, eyni zamanda Rusiyanın iqtisadi vəziyyətinin ağırlaşması, Ukrayna ordusunun Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələr və cəbhədə ciddi nəticələrin əldə olunmaması Kremlin müxtəlif vasitələrdən istifadə etməsinə səbəb olur.

"Mən hesab edirəm ki, Melnıçenkonun məqaləsi həmin böyük planın kiçik bir hissəsidir", – deyə politoloq bildirib.

Murad Sadəddinov qeyd edib ki, Andrey Melnıçenko Rusiyada fəaliyyət göstərən və Qərbin sanksiyalarına məruz qalan iri iş adamıdır. Onun fikrincə, Rusiyada bu səviyyədə bizneslə məşğul olan şəxslərin dövlət strukturlarının, xüsusilə də xüsusi xidmət orqanlarının razılığı və nəzarəti olmadan fəaliyyət göstərməsi real görünmür.

Politoloqun qənaətincə, Melnıçenkonun məqaləsində irəli sürülən "Rusiyanın dağılması, nüvə silahlarının nəzarətsiz qalması və ya ölkənin Şimali Koreya modelinə keçməsi" kimi ssenarilər Qərb ictimaiyyətində narahatlıq yaratmağa hesablanıb.

"Bu tezislərin məqsədi Qərb elitasını və seçicilərini qorxutmaqdır. Çünki demokratik ölkələrdə hakimiyyətlər seçicilərin ictimai rəyini nəzərə almağa məcburdur. Hesab edirəm ki, məqalənin əsas ünvanlarından biri də məhz Qərb seçicisidir", – deyə o vurğulayıb.

Murad Sadəddinov bildirib ki, Melnıçenkonun səsləndirdiyi fikirlər yeni deyil və əvvəllər də Rusiyada hakimiyyətə yaxın müxtəlif şəxslər tərəfindən oxşar tezislər səsləndirilib.

Politoloqun sözlərinə görə, Rusiyanın üzləşdiyi problemlərin səbəbini Qərbdə deyil, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətdə axtarmaq lazımdır.

"Bu müharibəni Qərb başlamayıb. Müharibədən əvvəl Qərb liderləri müxtəlif səfərlər zamanı Kremlin bu addımdan çəkinməsinə çalışırdılar. Bu gün də onlar müharibənin dayandırılmasını istəyirlər. Amma Rusiya rəhbərliyi öz siyasi maraqlarından çıxış edərək müharibəni davam etdirir", – deyə o qeyd edib.

Murad Sadəddinov hesab edir ki, uzunmüddətli müharibə Rusiyanın daxilində mərkəzdənqaçma meyllərini daha da gücləndirəcək.

Onun fikrincə, Rusiya rəhbərliyinin siyasəti ölkənin iqtisadi və maliyyə sisteminə ciddi zərbə vurur və bu proseslər artıq geri dönməz xarakter almağa başlayıb.

Politoloq tarixə istinad edərək bildirib ki, Rusiyada və keçmiş Sovet İttifaqında böyük siyasi dəyişikliklərin əksəriyyəti uğursuz müharibələrdən sonra baş verib. O, Əfqanıstan müharibəsindən sonrakı SSRİ-nin süqutunu buna nümunə göstərərək əlavə edib ki, həmin dövrdə də nüvə silahı ilə bağlı oxşar narahatlıqlar səsləndirilirdi, lakin bu proqnozlar özünü doğrultmadı.

Sonda Murad Sadəddinov bir daha vurğulayıb ki, onun qənaətinə görə, Melnıçenkonun The Economist jurnalında dərc olunan məqaləsi Kreml ilə razılaşdırılmış informasiya kampaniyasının tərkib hissəsidir və əsas məqsədi Qərb siyasi dairələrinə və ictimai rəyinə təsir göstərməkdir.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ