Cümə günü, 06 noyabr 2026
     

Türkiyə F-35-dən həmişəlik məhrum edilə bilər - ABŞ 6-cı nəsil F-47 istahsalına başlayır...

Image


Azad İsazadə: “Yaxın 10 il ərzində hərbi aviasiyanın konsepsiyası tamamilə dəyişə bilər”

ABŞ-ın Boeing şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanan altıncı nəsil F-47 görünməz qırıcısının prototiplərinin istehsalına başlayıb. Pentaqonun məlumatına görə, proqram qrafikə uyğun davam edir və təyyarənin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsi planlaşdırılır.

F-47 ABŞ-ın Next Generation Air Dominance (NGAD) proqramının əsas elementidir və gələcəkdə beşinci nəsil F-22 Raptor qırıcısını əvəz etməlidir.

Yeni təyyarə təkbaşına döyüş platforması kimi deyil, pilotsuz uçuş aparatları, peyklər, qabaqcıl sensorlar və rabitə sistemləri ilə vahid şəbəkədə fəaliyyət göstərən komanda mərkəzi kimi nəzərdə tutulub. Süni intellekt pilota döyüş məlumatlarını emal etmək, təhlükələri qiymətləndirmək və pilotsuz aparatların fəaliyyətini koordinasiya etməkdə kömək göstərəcək.

Hazırda prototip üzərində iş gedir. Növbəti mərhələdə mühərrik, avionika, "stealth" texnologiyaları və bort sistemləri inteqrasiya ediləcək. İlk nümunələr geniş uçuş və sınaq proqramına cəlb olunacaq. Bu sınaqlarda aerodinamika, radar görünməzliyi, proqram təminatı, silah sistemlərinin inteqrasiyası və ümumi döyüş qabiliyyəti yoxlanılacaq.

ABŞ hesab edir ki, gələcək münaqişələrdə uzaqmənzilli raketlər, güclü hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə və yeni nəsil qırıcılar daha böyük rol oynayacaq. Buna görə F-47-nin yüksək gizlilik, uzun uçuş məsafəsi, güclü sensorlar və müasir məlumat emalı sistemləri sayəsində belə şəraitdə üstünlük təmin edəcəyi gözlənilir.

Qırıcının ən mühüm xüsusiyyətlərindən biri pilotsuz döyüş aparatları ilə birgə fəaliyyət göstərə bilməsidir. Bu dronlar kəşfiyyat aparacaq, radioelektron mübarizə həyata keçirəcək, hədəfləri yayındıracaq və zərbələr endirəcək, bütün proses isə F-47 pilotu tərəfindən idarə olunacaq.

ABŞ Hərbi Hava Qüvvələri və Boeing təyyarənin texniki göstəricilərini hələ açıqlamayıb. Maksimal sürəti, döyüş radiusu, mühərrikləri, radar sistemi və silah yükü məxfi saxlanılır. Analitiklər hesab edirlər ki, F-47-nin əsas üstünlüklərindən biri daha uzun uçuş məsafəsi və yüksək yanacaq səmərəliliyi olacaq.

Qeyd olunur ki, proqram mühəndislik və istehsal mərhələsinə keçib. İlk uçuşun 2028-ci ildə baş tutacağı, bundan sonra isə bir neçə il davam edəcək sınaqlardan sonra F-47-nin ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul ediləcəyi planlaşdırılır. Bununla yanaşı, Pentaqon və Boeing-in bu iddialı qrafikə tam əməl edib-etməyəcəyi hələ də sual altındadır.

Türkiyə ilə bağlı mübahisəli F-35 layihəsi isə beşinci nəsil qırıcı təyyarəni əhatə edir. ABŞ-ın cəmi iki il ərzində tamamilə yeni, altıncı nəsil F-47 qırıcısını uçuş sınaqlarına çıxarmağı planlaşdırması o deməkdirmi ki, Türkiyənin F-35 proqramına yenidən qoşulması artıq gecikib və əvvəlki qədər əhəmiyyətli deyil?

Son 20 ilin ən mühüm fərmanlarından biri...

Siyasi şərhçi Azad İsazadə məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın F-47 layihəsi hərbi aviasiyanın inkişafı baxımından mühüm addım hesab olunsa da, bu platforma ətrafında indidən böyük strateji gözləntilər formalaşdırmaq doğru yanaşma deyil.

Onun sözlərinə görə, son illərin müharibələri – istər Rusiya-Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdə baş verən hərbi qarşıdurmalar – göstərir ki, müasir döyüş meydanında pilotsuz uçuş aparatlarının rolu sürətlə artır. Qırıcı təyyarələr döyüş imkanlarına görə hələ də üstün platformalar sayılsalar da, onların hazırlanması, istismarı və tətbiqi pilotsuz sistemlərlə müqayisədə qat-qat baha başa gəlir.

"2028-ci ilə qədər süni intellektlə idarə olunan dronlar və digər pilotsuz uçuş sistemləri daha da inkişaf edəcək. Belə bir şəraitdə pilotlu qırıcıların, o cümlədən F-47 kimi yeni nəsil platformaların süni intellektlə idarə olunan çevik sistemlərlə rəqabət aparması əvvəlki qədər asan olmayacaq. Çox güman ki, yaxın 10 il ərzində hərbi aviasiyanın konsepsiyası əhəmiyyətli dərəcədə dəyişəcək", – deyə ekspert qeyd edib.

Azad İsazadənin fikrincə, hazırkı mərhələdə F-35-dən daha müasir qırıcıların yaradılması hərbi baxımdan gözlənilən üstünlüyü tam təmin etmir. Onun sözlərinə görə, F-35 hələ də bütün potensialını praktik döyüş şəraitində tam nümayiş etdirə bilməyib. Çünki müasir müharibələr göstərir ki, nisbətən ucuz və kütləvi istehsal olunan pilotsuz uçuş aparatları belə bahalı döyüş təyyarələri üçün ciddi təhlükə yarada bilir.

Ekspert Türkiyənin F-35 proqramına yenidən qoşulmasının əhəmiyyətinə də toxunub. O bildirib ki, bu gün Ukrayna əsasən F-16 qırıcılarından istifadə edərək hava əməliyyatları həyata keçirir və köhnə modifikasiyalı təyyarələrdən belə kifayət qədər səmərəli yararlanmağa çalışır.

"Türkiyənin arsenalında da F-16-lar var. İkinci Qarabağ müharibəsində bu təyyarələr birbaşa döyüşlərə cəlb edilməsə də, onların Gəncə hava bazasında yerləşdirilməsi belə ciddi çəkindirici amilə çevrilmişdi. Ermənistan Hərbi Hava Qüvvələri qırıcılarını havaya qaldırmağa cəsarət etmədi. Hətta Rusiya aviasiyası da birbaşa hava döyüşlərindən yayınmağa üstünlük verdi. Bu fakt qırıcı aviasiyanın təkcə döyüş imkanlarının deyil, həm də psixoloji və strateji çəkindirmə vasitəsi olduğunu göstərir", – deyə o vurğulayıb.

Azad İsazadənin sözlərinə görə, hazırkı geosiyasi şəraitdə Türkiyə üçün F-16 parkının mərhələli şəkildə F-35-lərlə yenilənməsi strateji əhəmiyyət daşıyır. O xatırladıb ki, F-35 qırıcıları artıq İsrailin arsenalındadır, Səudiyyə Ərəbistanı da bu platformanı əldə etməyə maraq göstərir. Bu baxımdan, regionda hərbi balansın və çəkindirmə potensialının qorunması üçün Türkiyənin də F-35 proqramında yer alması mühüm amil kimi qiymətləndirilə bilər.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ