Cümə günü, 06 noyabr 2026
     

Türkiyə Hörmüz boğazının alternativinə 15 milyard dollar qoymalıdır - güc yetərmi...

Image


Abutalıb Səmədov: “İnkişaf Yolu” layihəsinin baş tutmaması üçün İran əlindən gələni edəcək"

Türkiyə hökuməti İraqla birlikdə həyata keçirilən "İnkişaf Yolu" (Development Road) nəqliyyat dəhlizini üç il ərzində başa çatdırmağı planlaşdırır. Layihənin məqsədi Fars körfəzini Türkiyə üzərindən Avropaya bağlamaq və dünya ticarətinin Hörmüz boğazından asılılığını azaltmaqdır.

Layihə çərçivəsində İraqın Əl-Fao limanından Türkiyə sərhədinədək təxminən 1 200 kilometr uzunluğunda dəmir yolu, avtomobil yolu, enerji və telekommunikasiya infrastrukturu inşa ediləcək. Təkcə dəmir yolu hissəsinin dəyəri 15 milyard ABŞ dolları qiymətləndirilir.

Türkiyə və İraq artıq yeni sərhəd-keçid məntəqəsinin tikintisi və maliyyələşdirmə mexanizmi barədə razılığa gəliblər. Tikinti işlərinə bu il başlanması, ilkin mərhələdə isə dəmir yoluna üstünlük verilməsi nəzərdə tutulur.

Layihədə Türkiyə, İraq, Qətər və BƏƏ iştirak edir. Ankara bu marşrutu həm Hörmüz boğazına, həm də Süveyş kanalına alternativ logistika xətti kimi qiymətləndirir. Qeyd olunur ki, ABŞ, İsrail və İran arasında yaranmış gərginlik nəticəsində Hörmüz boğazında gəmiçiliyin zəifləməsi enerji qiymətlərini artırıb və alternativ nəqliyyat marşrutlarına marağı gücləndirib. Bu baxımdan "İnkişaf Yolu" layihəsinin qlobal logistika üçün strateji əhəmiyyət daşıdığı vurğulanır.

Türkiyənin "İnkişaf Yolu" layihəsini cəmi üç il ərzində və təxminən 15 milyard dollarlıq investisiya ilə reallaşdırmaq nə dərəcədə real görünür? Layihənin maliyyələşdirilməsi və təhlükəsizlik riskləri fonunda bunun icrası mümkündürmü? Bundan əlavə, bu marşrutun Hörmüz boğazına alternativ kimi təqdim olunması Türkiyə–İran münasibətlərinə və regiondakı geosiyasi balanslara hansı təsirləri göstərə bilər?

Abutalıb Səmədov: Altı siyasi partiyanın YAP-a qoşulması ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaradır

Politoloq Abutalıb Səmədov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Hörmüz boğazında uzun müddətdir davam edən gərginlik bu marşrutdan istifadə edən ölkələri alternativ nəqliyyat dəhlizləri axtarmağa məcbur edir.

Onun sözlərinə görə, hadisələrin inkişafı göstərir ki, Hörmüz boğazı ətrafındakı böhran qısa müddətdə aradan qalxmayacaq və bu problemin illərlə davam etməsi ehtimalı yüksəkdir.

"Əvvəllər problem əsasən İranla bağlı idi, indi isə Oman da prosesə qoşulub və Hörmüz boğazından tranzit gəlirləri əldə etmək niyyətini ortaya qoyur. ABŞ və İsrailin hərbi əməliyyatlarla İranın strateji obyektlərinə, körpülərinə və keçidlərinə zərbələr endirməsi belə, Hörmüz boğazında sərbəst gəmiçiliyi tam təmin edəcək həll yolu kimi görünmür. Buna görə də İraqdan başlayacaq "İnkişaf Yolu" layihəsi son dərəcə maraqlı və perspektivli təşəbbüsdür", – deyə politoloq bildirib.

A.Səmədov hesab edir ki, layihənin cəmi üç il ərzində reallaşacağına inanmaq çətindir.

"1200 kilometrlik avtomobil və dəmir yolunun üç il ərzində tikilib başa çatdırılması real görünmür. Müqayisə üçün qeyd edim ki, İran ərazisindəki Rəşt-Astara dəmir yolu cəmi 165 kilometrdir. Bununla belə, 2018-ci ildən həyata keçirilən layihə hələ də başa çatdırılmayıb. Azərbaycan bu layihəyə 500 milyon dollar kredit ayırdı, daha sonra Rusiya 1,3 milyard dollar maliyyələşdirmə təklif etdi və 2023-cü ildə layihənin birgə icrasına dair razılıq əldə olundu. Buna baxmayaraq, hələ də ciddi irəliləyiş görünmür. Belə olan halda, təkcə 1200 kilometrlik yolun deyil, eyni zamanda enerji və telekommunikasiya infrastrukturunun da üç il ərzində inşa ediləcəyini gözləmək inandırıcı deyil", – deyə o vurğulayıb.

Ekspertin fikrincə, layihənin qarşısında duran əsas maneələrdən biri də regiondakı təhlükəsizlik riskləridir.

"İran Hörmüz boğazından əldə etməyi planlaşdırdığı gəlirlərə böyük əhəmiyyət verir. Buna görə də alternativ marşrutların formalaşmasını öz maraqlarına zidd hesab edir. İstisna deyil ki, Tehran "İnkişaf Yolu" layihəsinin həyata keçirilməsinə mane olmaq üçün bütün imkanlarından istifadə etsin. İranın Türkiyə ərazisində proseslərə təsir imkanları məhduddur. Lakin layihənin İraqdan başlayan hissəsinə təsir göstərmək üçün kifayət qədər siyasi və təhlükəsizlik rıçaqlarına malikdir", – deyə politoloq bildirib.

A.Səmədov hesab edir ki, bu layihənin həyata keçirilməsi Ankara ilə Tehran arasında onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirəcək.

"İran-Türkiyə münasibətlərini isti münasibətlər adlandırmaq mümkün deyil. Türkiyə ABŞ/İsrail-İran qarşıdurması zamanı hərbi əməliyyatları beynəlxalq hüquqa zidd saydığını bəyan etdi və müəyyən mənada İranın mövqeyini dəstəkləyən açıqlamalar verdi. Ancaq bütün bunlar iki ölkə arasında etimadın formalaşmasına gətirib çıxarmadı. "İnkişaf Yolu" layihəsinin reallaşması isə bu münasibətləri daha da soyuda bilər", – deyə o qeyd edib.

Politoloq bildirib ki, Hörmüz boğazı ilə bağlı hüquqi mübahisələrin də yaxın perspektivdə həlli real görünmür.

"Bu boğaz BMT-nin Dəniz Hüququ Konvensiyasına əsasən beynəlxalq su yolu hesab olunur və burada sahilyanı dövlətlərin keçid üçün rüsum tələb etmək hüququ yoxdur. Belə hüquq yalnız Süveyş və Panama kimi süni yaradılmış kanallara aiddir. Buna baxmayaraq, İran və Oman gəmilərin əvvəlki beynəlxalq dəhlizdən deyil, öz sərhədlərinə yaxın marşrutdan keçməsini, əvvəlcədən məlumat verməsini, icazə almasını və müxtəlif ödənişlər etməsini istəyir. Bu isə beynəlxalq hüquq baxımından ciddi mübahisələr yaradır və bölgədə gərginliyi daha da artırır", – deyə o bildirib.

Sonda A.Səmədov vurğulayıb ki, həm Hörmüz boğazı ətrafındakı böhranın, həm də regiondakı hərbi-siyasi gərginliyin yaxın vaxtlarda aradan qalxacağı inandırıcı görünmür.

"Layihəyə böyük maliyyə vəsaitinin ayrılması nəzərdə tutulsa da, mövcud təhlükəsizlik şəraitində onun planlaşdırıldığı kimi üç il ərzində tamamlanacağına inanmaq çətindir. Əksinə, "İnkişaf Yolu" layihəsinin baş tutmaması üçün İran, hətta müəyyən mənada Oman da əlindən gələni edəcək", – deyə politoloq fikrini yekunlaşdırıb.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ