Cümə günü, 06 noyabr 2026
     

Vətəndaş müharibəsində ağlar da, qırmızılar da Rusiyanı sevənlər olub - Tarix dərslikləri köklü dəyişdirilir...

Image


Məhərrəm Zülfüqarlı: “Rusiyada dərsliklərdə formaca müəyyən dəyişikliklər oluna bilər, amma indiki Rusiyanın siyasəti Sovet Rusiyasının, ondan əvvəlki Çar Rusiyasının imperiya siyasətindən fərqlənmir”

Rusiya X sinif tarix dərsliklərində vətandaş müharibəsinə yeni münasibət sərgiləyib. Belə ki, Rusiya tarixinin bu dövrünə dair bölmənin "Xülasə" bölməsində dəyişikliklər edilib. Rusiya tarixi dərsliyinin yenilənmiş nəşrində 1917-1923-cü illər Vətəndaş müharibəsi hadisələrinə yeni bir baxış bucağı yer alır. Bu dövrə dair bölmədə indi qarşı tərəflərin ölkənin gələcəyi ilə bağlı öz baxışlarının olduğu və münaqişə iştirakçılarının fərqli düşərgələrinə baxmayaraq, Rusiya və ailələri üçün ən yaxşısı üçün mübarizə apardıqları vurğulanır. TASS bu yeni baxış bucağını tarixi materialların şərhində qeyd edir.

Dərsliyin yeni nəşri Rusiya Hərbi Tarix Cəmiyyətinin sədri Vladimir Medinski və MGIMO-nun rektoru Anatoli Torkunov tərəfindən redaktə edilib.

Vətəndaş müharibəsi bölməsinin "Xülasə edək" bölməsində dəyişikliklər edildi. Dərsliyin əvvəlki versiyasında mövzunun yekununda münaqişə qırmızılar və ağlar arasında hakimiyyət uğrunda silahlı toqquşma kimi təsvir edilib və bolşeviklərin qələbəsi vurğulanıb.

Köhnə versiyada deyilirdi:

"Hakimiyyət uğrunda mübarizə qırmızılar və ağlar arasında hərbi qarşıdurma şəklində baş verdi. Bu döyüşdə bolşeviklər qalib gələrək cəbhənin ehtiyacları üçün iqtisadi və insan resurslarını səfərbər etməyi, kütlələri Rusiyanın milli maraqlarının yeganə müdafiəçiləri olduqlarına inandırmağı və onları yeni bir həyatın perspektivləri ilə ovsunlamağı bacardılar."

Yenilənmiş versiyada bu hissə faktiki olaraq dəyişməz olaraq qalır, lakin bölmənin sonunda hadisələrin qiymətləndirilməsinin vurğusunu dəyişdirən əlavə bir cümlə əlavə edilib.

"Bu dövrdə cəmiyyət daxilindəki amansız qarşıdurma uzun müddətdir qaynayan sosial, etnik və digər ziddiyyətləri əks etdirirdi. Doğru və ya yanlış yox idi. Qırmızıların və ağların hər birinin öz həqiqəti var idi; hamısı, ümumiyyətlə, ölkə, ailələri və yaxınları üçün ən yaxşısını istəyirdilər və bu, Vətəndaş müharibəsinin əsas faciəsidir."

Yenilənmiş nəşrin müəllifləri həmçinin Vətəndaş müharibəsinin başlanması səbəblərini də aydınlaşdırırlar. Əsas amillər arasında inqilabi hadisələrdən sonra hakimiyyət uğrunda mübarizə, Rusiya cəmiyyətində sülh yolu ilə həll edilə bilməyən dərin daxili ziddiyyətlər və xarici dövlətlərin ölkənin daxili işlərinə müdaxiləsi qeyd olunurdu.

Dərslikdə xüsusilə qeyd olunur ki, Sovet hakimiyyətinin əleyhdarları vahid siyasi düşərgəni təmsil etmirdilər. Ağ hərəkat müxtəlif qüvvələri və cərəyanları birləşdirdi və tez-tez Rusiyanın gələcəyi ilə bağlı fərqli fikirlərə sahib idi. Onların hamısının ortaq fikri bolşeviklərə silahlı müqavimət və qurduqları hökuməti devirmək cəhdi idi.

Bu Rusiya tərəfin dərslikdə edilən dəyişikliklə bağlı şərhidir.

Rusiya 1917-1923-cü illər vətəndaş müharibəsinə yanaşmanı dəyişdi, dərsliklərdə dəyişiklik etdi.

Bu nə üçün edilir? Azərbaycanda da tarix dəyişikliklərində dəyişiklik ola bilərmi?

Rusiya Ağqvardiyaçıları düşmən statusundan çıxardılar.

Bəs bu qədər yazılmış əsərlır, çəkilmiş kinolar necə olacaq?

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, Rusiya bunu xüsusi məqsədlə edib.

“ Rusiyadakı vətəndaş müharibəsi və ona münasibətlə bağlı bəzi dəyişikliklər edilirsə, bunu bir az əvvəlki illərə baxışla izah etmək lazımdır. Yəni 1991-ci ildə SSRİ dağılandan sonra digər Sovet respublikaları kimi Rusiya da özünün müstəqilliyini elan etdi və Sovet bayrağından fərqli olaraq üçrəngli bayraq qəbul etdi. Bayrağını dəyişsə də, özünü SSRİ-nin varisi elan etdi. Rusiyanın özünü SSRİ-nin varisi elan etməsi onu göstərirdi ki, Rusiya heç də Sovet dönəminin siyasətindən tamamilə əl çəkməyib. Hazırda Putinin Ukraynaya qarşı apardığı müharibə də SSRİ-ni bərpa etmək siyasətinin tərkib hissəsidir. Qaldı qırmızılarla ağların mübarizəsinə, bu, ideoloji mübarizə idi. Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra ANTANTA-nın qalib gəlmiş üç dövlətdən biri Rusiya, o birilər isə Fransa və İngiltərə idi. Digər iki ANTANTA dövlətindən fərqli olaraq Rusiyada inqilab baş verdi və bolşeviklər hakimiyyəti ələ keçirdilər. Bu inqilab deyildi, buna Oktyabr çevrilişi demək daha düzgündür olar. Rusiyadakı əsl inqilab Fevral burjua inqilabı idi və bu zaman Çar Rusiyası devrildi. Çar devrildi və yerini müvəqqəti hökumət tutdu. Yəni o zaman Fevral burjua inqilabından sonra hakimiyyətə gələn müvəqqəti hökumət qalsaydı Rusiya daha demokratik ölkə ola bilərdi. Həm öz xalqına bir gün ağlayardı, həm də qonşularının sərbəst inkişafına mane olmazdı. Lakin bolşevik çevrilişi buna imkan vermədi və sonra da həmin o qırmızılarla ağlar arasında gedən müharibədə dünyanın siyasi xəritəsi yenidən cızıldı. XI Qırmızı Ordu Azərbaycanı işğal etdi. 23 ay yaşamış və dünya dövlətləri tərəfindən de-fakto tanınmış Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu və 70 illik əsarət altında qaldı”.

M.Zülfüqarlı qeyd etdi ki, Rusiyanın yürütdüyü siyasət Çar Rusiyanın və Sovet Rusiyasının siyasətidir. “Rusiyada dərsliklərdə formaca müəyyən dəyişikliklər oluna bilər, amma indiki Rusiyanın siyasəti Sovet Rusiyasının, ondan əvvəlki Çar Rusiyasının imperiya siyasətindən fərqlənmir”. M.Zülfüqarlı qeyd etdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra vətəndaş müharibəsi, Sovet işğalına qarşı mübarizəyə aid çoxlu kitablar yazılsa da, amma burada hələ Sovet dövrünün təfəkkürü ilə yazılan əsərlər çoxdur. “Saxtakarlıqlar hələ tam oradan qalxmayıb. Məsələn, mən bu yaxında bir məqalə yazdım və göstərdim ki, keçən əsrin 20-ci illərində Azərbaycanda XI Qırmızı Ordunun işğalına qarşı üsyanlar baş verib. Amma biz 7 cillikli “Azərbaycan tarixi”nin VI cildinə baxsaq akademik Cəmil Quliyevin rəhbərliyi ilə Sovet təfəkkürlü tarixçilərin bu üsyanlara qərəzli düşmən münasibətini görə bilərik. Yəni 2000-ci ildə nəşr olunmuş, sonradan 2007-ci ildə təkrar çap edilmiş kitabda da hələ də Sovet təfəkküllü tarixçilər qırmızıları-bolşevikləri müdafiə etməkdə davam edirlər. Amma demək olmaz ki, Sovet təfəkkürlü yaşlı insanlar öləndən sonra yenilərində bu yoxdur. Var. Çünki əgər onların yazdığı saxta tarixlə dərslər keçirilirsə və saxta tarixə istinad edib köçürmə yolu ilə yeni kitablar yazılırsa, yenə də həmin saxta təfəkkür davam etməkdədir. Buna görə də hesab edirəm ki, Azərbaycan tarixində bu məsələlərə yenidən baxmaq, yenidən tədqiq etmək lazımdır. Azərbaycan tarixinə münasibətdə də saxtakarlıqdan uzaqlaşmaq və yeni tədqiqatlar əsasında ideoloji qüsurları aradan qaldırmaq yenisini yazmaq lazımdır”.

“Biz çalışmalıyıq öz tariximizi düzgün yazaq, Sovet dövrü saxtakarlıqlarından azad, müstəqil dövlətimizin inkişafına xidmət edən Azərbaycan tarixi dərslikləri ortaya qoyaq”

Rusiyanın etdiyi dəyişikliklərə gəlincə, M.Zülfüqarlı bildirdi ki, əsgər həqiqətən də Rusiyada müəyyən dəyişikliklər baş verirsə, ağlara düşmən münasibətdən əl çəkilirsə, bu müsbət haldır. “Yəni Rusiyanın indiki üçrəngli bayrağı kommunistlərin, qırmızıların deyil, ağların bayrağıdır. Onlar da o zaman məsələn, Kolçak, Denikin, Yudeniç İngiltərənin, Fransanın dəstəyi ilə Rusiyada tamamilə yeni bir cəmiyyət qurmaq istəyirlər. Adlarını çəkdiyim generallar da Rusiyanın bütövlüyünü qoruyub saxlamaq siyasətini yeritdirdi və onlar da hakimiyyətə gəlsə idilər Azərbaycan kimi ölkələrin müstəqilliyinə, müstəqil inkişaf etməsinə imkan verməyəcəklər. Ona görə də biz Rusiya tarixində hansı dəyişikliklərin getdiyini və bunların formaca, yoxsa məcmuca dəyişikliklər olduğunu yaxından izləməliyik. Bilməliyik ki, Rusiya əvvəlki Sovet ənənələrindən, SSRİ-ni bərpa etməkdən əl çəkir, müstəqil Rusiyanın öz sərhədləri daxilində qonşuları ilə dinc, yanaşı yaşamaq, bərabər səviyyədə əməkdaşlıq etmək istiqamətində cəmiyyət qurur, yoxsa bu da bir oyundur, bu da saxta bir çağışdır? Çünki nə qədər Putin rejimi varsa Rusiyanın imperiya siyasəti davam edəcək və müəyyən mənada o formal dəyişikliyin də elə bir əsası olmayacaq.

Bu gün tutaq ki, ağqıvardiyacılara münasibət bir qədər yumşalsa da, indiki Rusiya rəhbərliyinin apardığı siyasət sırf bolşevik irticası nəticəsində yaranmış SSRİ-ni bərpa etməkdir, həmən siyasətin davamıdır. Ona görə də biz çalışmalıyıq öz tariximizi düzgün yazaq, Sovet dövrü saxtakarlıqlarından azad, müstəqil dövlətimizin inkişafına xidmət edən Azərbaycan tarixi dərslikləri ortaya qoyaq”-deyə M.Zülfüqarlı qeyd etdi.

Bui məzmunda yazılmış əsərlərə və çəkilmiş filmələrə gəlincə, M.Zülfüqarlı qeyd etdi ki, o əsərlər onsuz da arxivlərdə qalıb və onlar indiki nəsil üçün maraqlı deyil.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ