Cümə günü, 06 noyabr 2026
     

ABŞ və Fransa kəşfiyyatı Rusiyaya qarşı fəal müharibəyə qoşuldu...

Image


Qulamhüseyn Əlibəyli: “Bu üstünlük Rusiyanın hərbi potensialını qısa müddətdə çökdürəcək amil kimi qiymətləndirilə bilməz”

Fransa və ABŞ kəşfiyyatının məlumatları Ukraynaya Rusiyanın hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi mövqeləri müəyyənləşdirməyə və pilotsuz uçuş aparatları üçün marşrutlar aşkar etməyə kömək edib. Bu barədə ukraynalı rəsmilər Financial Times nəşrinə bildiriblər.

Ukrayna rəsmilərinin sözlərinə görə, ABŞ və Fransanın təqdim etdiyi kəşfiyyat məlumatları Rusiyanın hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi əraziləri müəyyənləşdirməyə imkan verib. Bu məlumatlar həmçinin pilotsuz uçuş aparatlarının həmin sistemlərdən yan keçərək Rusiyanın dərinliklərindəki hədəfləri vurması üçün uyğun marşrutların aşkarlanmasına kömək edib. Ukraynalı rəsmilər bildiriblər ki, ABŞ və Fransa kəşfiyyatı hədəflərin daha dəqiq seçilməsinə də yardım göstərib və Ukrayna bölmələrinə “zərbələrin konkret olaraq hara endirilməli olduğunu anlamağa” imkan verib.

Əgər bu kəşfiyyat dəstəyinin davam etməsi fonunda Ukraynanın zərbələri davam edərsə, Rusiya buna duruş gətirə bilərmi?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Financial Times nəşrinin Ukrayna rəsmilərinə istinadən yaydığı məlumatlar doğrudursa, deməli, Ukraynanın son aylarda Rusiyanın dərinliklərində yerləşən hərbi aerodromlara, neft emalı müəssisələrinə və müdafiə sənayesi obyektlərinə endirdiyi zərbələrin arxasında təkcə yerli texnologiya deyil, həm də Qərbin yüksək səviyyəli kəşfiyyat dəstəyi dayanır: “Mahiyyət etibarilə, bu, müharibənin xarakterinin dəyişməsi kimi qiymətləndirilə bilər. Çünki müasir döyüşlərdə kəşfiyyat, rabitə və yüksək dəqiqlikli zərbə vasitələri bir-birindən ayrılmaz elementlərdir. Bu üç komponentdən biri çatışmadıqda, ən müasir silah belə öz effektivliyini itirə bilir. Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibənin ilk aylarında Moskvanın əsas üstünlüklərindən biri məhz çoxqatlı hava hücumundan müdafiə sistemi idi. Lakin müharibə uzandıqca Ukrayna da öz taktikasını dəyişdi. Əvvəlcə əsas diqqət cəbhə xəttinə yönəlirdisə, sonrakı mərhələdə uzaqmənzilli pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın dərinliklərində yerləşən aerodromlara, neft emalı zavodlarına, hərbi sənaye müəssisələrinə və logistika mərkəzlərinə zərbələr endirilməyə başlandı. Zərbələrin kifayət qədər dəqiqliklə endirilməsi hücuma məruz qalan obyektlərin koordinatlarının, hava hücumundan müdafiə sisteminin dislokasiya yeri, hansı istiqaməti nəzarətdə saxladığı və bu sistemdə mövcud olan boşluqlar haqqında məlimatların Ukrayna ordusunu əvvəlcədən məlum olması qənaətini gücləndirən amildir. Bu isə öz növbəsində, müasir müharibələrdə informasiya resurslarının döyüş meydanında qüvvələrin effektivliyini artıran əsas amillərdən birinə çevrildiyinin göstəricisi hesab oluna bilər”.

Q. Əlibəyli onu da qeyd etdi ki, ABŞ və Fransanın təqdim etdiyi kəşfiyyat məlumatlarının əsas dəyəri də məhz burada ortaya çıxır: “Ukrayna daha çox pilotsuz aparat istehsal etdiyi üçün deyil, kəşfiyyat məlumatları əsasında onları daha dəqiqliklə və bacarıqla yönləndirdiyi üçün daha səmərəli nəticə əldir. Bu vəziyyət Rusiya üçün ciddi hərbi problemlər yaradır. Müharibənin ilk dövrlərində Ukrayna ərazisində gedirdi və əsas diqqət cəbhə xəttinə yönəlirdi. Hazırda isə müharibə Rusiyanın cəbhə xəttindən uzaq olan ərazilərində də gedir və Rusiya ölkənin cəbhə xəttindən uzaq olan dərinliklərində yerləşən obyektlərin müdafiəsinə də böyük diqqət və resurs ayırmağa məcburdur. Lakin Qərb ölkələrinin kəşfiyyat dəstəyinin davamlı olmasını müharibənin taleyini birmənalı həll edə biləcək "sehrli açar" kimi qiymətləndirmək düzgün olmazdı. Təbii ki, Rusiya da bütövlükdə müdafiə sistemlərində, o cümlədən hava hücumundan müdafiə sistemlərində olan boşluqları aradan qaldırmağa çalışır. Bu sistemlərin dislokasiyasını tez-tez dəyişir, radioelektron mübarizə vasitələri təkmilləşdirilir. Mobil qruplar yaradaraq Ukrayna PUA-larının mümkün uçuş marşrutlarına uyğun yerləşdirilir. Qeyd etmək lazımdır ki, Rusiyanın böyük coğrafi, iqtisadi və sənaye potensialı var və bu Rusiyanın əsas üstünlüyü hesab olunur. Ayrı-ayrı hərbi obyektlərə, yanacaq və energetika qovşaqlarına, aerodromlara zərbələr ciddi taktiki nəticələr yaratsa da, avtomatik olaraq Rusiyanın bütün hərbi sənayesinin iflic olması demək deyil. Hərbi sənaye obyektləri kifayət qədər çoxsaylıdır. Onlar başqa bölgələrə köçürülə, zədələnmiş obyektlər bərpa edilə və yeni müdafiə tədbirləri görülə bilir. Bundan başqa, Rusiya Ukrayna PUA-larının hücumuna həssas ola bilən hərbi və sənaye obyektlərinin müdafiəsini gücləndirir. Bu isə cəbhə xəttində istifadə oluna biləcək resursların başqa istiqamətə yönəldilməsi deməkdir. Yəni Ukrayna PUA-larının hücumları hər dəfə böyük dağıntı yaratmasa belə, Rusiyanı daha çox vəsait, daha çox canlı qüvvə və daha çox texnika sərf etməyə məcbur edir. Beləliklə, Qərbin Ukraynaya təqdim etdiyi kəşfiyyat dəstəyi Rusiyanın hava hücumundan müdafiə sistemləri üçün ciddi problemlər yaradır. Ukraynanın uzaqmənzilli zərbələrinin səmərəliliyini dəfələrlə artırır və bununla da Kiyevə taktiki üstünlüklər yaradır. Lakin bu üstünlük Rusiyanın hərbi potensialını qısa müddətdə çökdürəcək amil kimi qiymətləndirilə bilməz. Çox güman ki, bu taktiki üstünlüklər Rusiyanın hərbi potensialını tədricən zəiflətmək, onun əsas diqqətini cəbhə xəttindən yayındırmaq, resursları daha çox PUA-ların hücumuna həssas obyektlərin müdafiəsinə yönəltmək məqsədi daşıyır”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ