Cümə günü, 06 noyabr 2026
     

Hörmüz məsələsində İranın qarşısında üç variant...

Image


Həyati əhəmiyyətə malik Hörmüz boğazına nəzarət üçün Amerika Birləşmiş Ştatları ilə savaşı davam etdirən İran rəhbərlərinin önündə indi üç variant var. Lakin bunların heç biri qələbəyə aparan açıq bir yol təklif etmir. İlk variant Vaşinqtonun tələblərinin böyük hissəsini qəbul etməkdir: Ticarət gəmilərinə yönəlik hücumları dayandıraraq Hörmüz boğazından sərbəst və təhlükəsiz keçidi təmin etmək, İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatından imtina etmək və ya bu ehtiyatı azaltmaq, qlobal nüvə nəzarəti təşkilatının hərtərəfli yoxlamalarını qəbul etmək.

Tehran bunun müqabilində İran limanlarına tətbiq edilən ABŞ dəniz blokadasının ləğv olunmasını, sanksiyaların yumşaldılmasını və yeni hücumlara qarşı zəmanət verilməsini istəyə bilər. Bu, ehtimalla, maliyyə baxımından ən ucuz variantdır. Lakin eyni zamanda, siyasi baxımdan ən ağırı olanıdır. Hörmüz boğazına nəzarət məsələsində İranın buna haqqı çatdığını rəsmi şəkildə təsdiqləmədən onun yenidən açılmasına razılaşması Tehranda bəzi dairələrin yeni çəkindirici vasitə kimi görməyə başladığı bu rıçaqdan imtina etməsi demək olardı. Üstəlik, bu siyasi rıçaq artıq İranın raketlərindən, bölgədəki proksi qüvvələrindən və hətta nüvə proqramından belə daha təsirli görünə bilər. İran İslam Respublikası düşmənlərinin öz ərazisinə təşkil etdiyi hücuma cavab olaraq qlobal iqtisadiyyata anında hesab ödətdirə bildiyini ilk dəfə göstərmiş oldu. Digər tərəfdən, nüvə proqramı uzun müddətdir İranın imtina etməyə məcbur edilə bilməyəcəyi bir hüquq kimi təqdim olunur. Aylarla davam edən hücumlardan sonra nüvə fəaliyyətlərinə ciddi məhdudiyyətlərin qoyulması yönündəki tələbləri qəbul etmək, sərt xətt tərəfdarlarının Amerikan hərbi təzyiqinin işə yaradığını müdafiə etməsinə imkan yaradacaq. Bu vəziyyət, həmçinin, İranın raket proqramı ilə Livan Hizbullahı, İraqdakı şiə qrupları və Yəməndəki husilərlə münasibətləri məsələsində yeni tələblərin önünü aça bilər. İkinci variant isə gərginliyi artırmaqdır. İran bölgədəki Amerika bazalarına, gəmilərə və Körfəzdəki ərəb ölkələrinin həyati infrastrukturuna yönəlik hücumlarını intensivləşdirə bilər. Beləliklə, yüksələn enerji qiymətlərinin və daha genişmiqyaslı axsamaların Vaşinqton ilə müttəfiqlərini güzəştə getməyə məcbur edəcəyinə ümid bəsləyə bilər. Lakin bu variant ən böyük hərbi riski daşıyır. Çox sayda insanın ölümünə və ya Körfəzdəki infrastrukturun ciddi şəkildə zərər görməsinə gətirib çıxaracaq bir hücum İranın qonşularını münaqişəyə birbaşa sürükləyə və Tehranı daha geniş bir koalisiya ilə üz-üzə qoya bilər. Üçüncü variant isə mövcud qeyri-sabitliyi davam etdirməkdir: Gəmilər və enerji bazarları üzərində bazarlıq gücünü qoruyacaq qədər təzyiq yaratmaq, lakin ABŞ ilə yenidən genişmiqyaslı müharibəyə təkan verəcək həddə çatmamaq. Bu yanaşma İran İslam Respublikasının köklü təfəkkür tərzinə uyğun görünür. İranın özündən daha güclü bir düşməni məğlub etməsi tələb olunmur; həmin düşmənin döyüşməyə risk etdiyi müddətdən daha uzun müddət mövqeyində qalması kifayətdir. Mövcudluğunu qorumaq belə bir qələbə kimi təqdim edilə bilər. Lakin sanksiyalar, müharibənin vurduğu zərər və inflyasiya ölkə daxilindəki təzyiqi getdikcə artırır. Zaman keçdikcə bir ziddiyyət də ortaya çıxa bilər: İran Hörmüz boğazını bir silah kimi nə qədər çox istifadə edərsə, ölkələr bölgədən enerji və digər malları ixrac etmək üçün yeni yollar tapacağı təqdirdə bu silah bir o qədər zəifləyə bilər. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da bu ziddiyyəti qəbul edib. Qalibaf Hörmüzün dəyərinin boğazdan keçən gəmi sayını azaltmaqdan yox, artırmaqdan qaynaqlandığını müdafiə edib. Mütəmadi olaraq təhlükəsiz olmayan bir dəniz yolu dünyanı İranı dövrədən çıxaracaq alternativlər tapmağa sövq edəcək. İrandakı qərar qəbuletmə prosesi ilə bağlı qeyri-müəyyənlik də vəziyyəti daha mürəkkəb hala gətirir.

Fevral ayında başlayan ABŞ-İsrail müharibəsi zamanı təşkil edilən hücumda öldürülən Ayətullah Əli Xamenei dövründə seçilmiş siyasətçilər, dini qurumlar və İnqilab Keşikçiləri arasındakı fikir ayrılıqlarında son sözü dini lider deyirdi. Aylarla davam edən müharibənin və Xameneinin oğlu Müctəbanın hakimiyyətə gəlməsinin ardından bu güc nisbətinin necə formalaşdığı artıq daha qeyri-müəyyəndir. Prezident Məsud Pezeşkian və diplomatları iqtisadi təzyiqi yüngülləşdirmək və sabitliyi bərpa etmək məqsədilə razılaşmanın əldə olunmasını dəstəkləyə bilər. Buna qarşılıq parlamentdəki sərt xətt tərəfdarları, seçilməmiş güclü qurumlar və mühafizəkar media vasitələri veriləcək böyük güzəştlərin İran İslam Respublikasının ideoloji təməllərini zəiflətməsindən və əsas tərəfdar kütləsini uzaqlaşdırmasından narahat ola bilər. Ən böyük sual isə silahlı qüvvələr, xüsusən də İnqilab Keşikçiləri ilə bağlıdır. İranın raket proqramı, regional ittifaqları və Hörmüz boğazındakı strategiyası İnqilab Keşikçilərinin nüfuzunun təməlini təşkil edir. Lakin gərginliyin artırılması və danışıqlar mövzusunda qəbul ediləcək qərarlarda komandirlərin nə qədər nüfuza sahib olduğu hələ də məlum deyil. Tehranın önündəki üç variantın sistemin müxtəlif qollarına gətirəcəyi nəticələr də eyni deyil. Praqmatiklər razılaşmanı dəstəkləyə, sərt xətt tərəfdarları müqavimət göstərməyi üstün tuta, bəzi hərbi komandirlər isə gərginliyi artırmağın İranın danışıqlar gücünü artıracağını düşünə bilər. Buna görə də sual yalnız İranın hansı yolu seçəcəyi değil, bu seçimi etmək səlahiyyətinin kimdə olmasıdır. İran rəhbərliyinin müqavimət anlayışı bu müqavimətin nəticəsini ödəmək məcburiyyətində qalan insanlar üçün çox fərqli bir məna daşıyır. İran və ABŞ hərbi əməliyyatları dayandırmaq, Hörmüz boğazını yenidən açmaq və növbəti 60 gün ərzində müharibəyə son qoyacaq bir razılaşma əldə etmək məqsədilə iyun ayında bir Anlaşma Memorandumu imzaladı. Lakin razılaşmanın imzalanmasından üç həftə sonra ABŞ prezidenti Donald Tramp İranın Hörmüzdəki gəmilərə yönəlik hücumları və buna cavab olaraq təşkil edilən Amerika hücumlarından sonra atəşkəsin "başa çatdığını" elan etdi. Həlledici sual İran rəhbərliyinin genişmiqyaslı müharibəyə, ölkədə yeni etiraz dalğasına və ya boğazın əhəmiyyətini azaldacaq alternativ marşrutların inşasına yol açmadan Hörmüz boğazından nə qədər müddət siyasi rıçaq kimi istifadə edə biləcəyidir.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ