Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur.
Bu barədə Prezident Sadır Japarov Çolpon-Ata şəhərində Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
Qırğızıstanın dövlət başçısı qeyd edib ki, bu əməkdaşlıq möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanır.
“Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll olunmamış heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir”, - deyə o vurğulayıb.