Bazar günü günü, 20 sentyabr 2026
     

ABŞ-ın raket arsenalı tükənib - Lockheed Martinlə 58 milyardlıq saziş bağlandı...

Image


Xaqani Cəfərli: “Bu müqavilə, ABŞ-ın raket çatışmazlığından daha çox, gələcəyə hesablanmış addımdır”

ABŞ Ordusu Lockheed Martin şirkəti ilə Patriot hava və raketdən müdafiə sistemləri üçün PAC-3 MSE raketlərinin istehsalına dair dəyəri 58,6 milyard dollara qədər olan müqavilə imzalayıb.

Yeddi ili - 2026-2032-ci maliyyə illərini əhatə edən müqavilə bu tip raketlərin alınması üzrə indiyədək bağlanmış ən iri saziş hesab olunur. Bildirilir ki, 58,6 milyard dollar birdəfəlik ödəniş deyil. Faktiki satınalmaların həcmi hər il ABŞ Konqresinin ayıracağı maliyyədən asılı olacaq.

Yeni müqavilə çərçivəsində Lockheed Martin PAC-3 MSE raketlərinin istehsalını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Şirkət hazırda ildə təxminən 600 raket istehsal etdiyi halda, bu göstəricini 2 min ədədə çatdırmağı hədəfləyir. Bu məqsədlə onilliyin sonunadək istehsal güclərinin genişləndirilməsi və modernləşdirilməsinə 8-9 milyard dollar sərmayə yatırılması nəzərdə tutulur.

Məlumata görə, ABŞ-ın raket ehtiyatları Ukraynaya və digər müttəfiqlərə silah tədarükü, eləcə də İrana qarşı hərbi əməliyyatlar zamanı bu raketlərdən istifadə edilməsi nəticəsində xeyli azalıb. PAC-3 MSE raketləri əsasən ballistik raketlərin məhv edilməsi üçün nəzərdə tutulur və Patriot sisteminin əsas döyüş sursatlarından biri hesab edilir.

ABŞ Ordusunun Patriot sistemləri üçün PAC-3 MSE raketlərinin istehsalına dair 58,6 milyard dollarlıq uzunmüddətli müqavilə imzalaması və raket istehsalını ildə 600-dən 2 minə çatdırmağı planlaşdırması fonunda, ABŞ-ın Ukraynaya, digər müttəfiqlərinə və İrana qarşı əməliyyatlar nəticəsində raket ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldığı barədə məlumatlar yayılır. Bu, doğrudanmı ABŞ-ın hava və raketdən müdafiə arsenalında çatışmazlıq yarandığını göstərir, yoxsa gələcək risklərə qarşı əvvəlcədən görülən planlı tədbirdir? ABŞ administrasiyasının əvvəlki açıqlamaları ilə bu addımı necə uzlaşdırmaq olar?

Politoloq Xaqani Cəfərli məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Pentaqonla Lockheed Martin şirkəti arasında Patriot hava və raketdən müdafiə sistemi üçün PAC-3 MSE raketlərinin istehsalına dair ümumi dəyəri 58,62 milyard dollar olan müqavilə ilk növbədə dünyada sürətlənən silahlanma prosesinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, bu müqavilənin həcmi və müddəti göstərir ki, söhbət qısamüddətli ehtiyacın ödənilməsindən deyil, uzunmüddətli strateji planlaşdırmadan gedir.

"58,62 milyard dollarlıq müqavilə yeddi ili - 2026-2032-ci illəri əhatə edir. Bu faktın özü göstərir ki, ABŞ müdafiə sənayesinin gələcək inkişafına hesablanmış genişmiqyaslı proqram həyata keçirilir. Bu qənaəti təsdiqləyən digər mühüm məqam isə ondan ibarətdir ki, Lockheed Martin şirkəti 2030-cu ilə qədər Alabama və Arkanzas ştatlarında yaradılacaq yeni istehsal mərkəzləri də daxil olmaqla, ABŞ-dakı 20-dən çox müəssisənin modernləşdirilməsinə 9 milyard dollara qədər investisiya yatırmağı planlaşdırır. Belə bir proqramın həyata keçirilməsi onu göstərir ki, məqsəd yalnız mövcud ehtiyatları bərpa etmək deyil, həm də uzunmüddətli istehsal potensialını əhəmiyyətli dərəcədə artırmaqdır.

Bu baxımdan hesab edirəm ki, sözügedən müqavilənin ABŞ-ın raket ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması ilə bağlı yayılan iddialarla əlaqəsi çox zəifdir. Şübhəsiz ki, Ukraynaya, digər müttəfiqlərə göndərilən silahlar və Yaxın Şərqdə həyata keçirilən hərbi əməliyyatlar müəyyən ehtiyatların azalmasına təsir göstərib. Ancaq bu müqavilənin əsas mahiyyəti bundan ibarət deyil. Bu, daha çox gələcəyə hesablanmış, ABŞ-ın müdafiə sənayesinin istehsal gücünü artırmağa və qlobal təhlükəsizlik mühitində yaranmış yeni çağırışlara hazır olmağa yönəlmiş strateji addımdır.

Bu yanaşmanı Lockheed Martin şirkətinin baş direktoru Cim Takletin müqavilə ilə bağlı verdiyi açıqlama da təsdiqləyir. O, 58,62 milyard dollarlıq sazişi "bir əsrdə bir dəfə ələ düşən fürsət" kimi qiymətləndirib. Əslində, bu ifadə hazırkı geosiyasi şəraitin müdafiə sənayesi üçün yaratdığı imkanları açıq şəkildə nümayiş etdirir.

Cim Taklet belə bir fürsətin yaranmasına görə təşəkkürü Vladimir Putinə etsəydi, daha doğru olardı. Çünki məhz Putinin Ukraynaya qarşı başladığı müharibə dünyada silahlanma prosesini görünməmiş dərəcədə sürətləndirdi. Hazırda təkcə ABŞ deyil, Avropa ölkələri də müdafiə büdcələrini artırır, hərbi istehsal güclərini genişləndirir və yeni silah proqramlarına milyardlarla dollar vəsait ayırırlar. Bu baxımdan ABŞ-ın imzaladığı yeni müqavilə də qlobal silahlanma yarışının növbəti mühüm mərhələsi kimi qiymətləndirilməlidir."

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ