ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın Mahan Air aviaşirkətinin əməliyyatlarını dəstəklədiyinə görə Rusiyanın Aircargopro MMC logistika şirkətinə sanksiyalar tətbiq etdiyini açıqlayıb. Yeni məhdudiyyətlər bir şəxsə və beş şirkətə, o cümlədən Rusiya şirkətinə təsir edir. Sanksiyalara məruz qalanlar arasında Shanghai Elite International Travel Co. ilə əlaqəli Çin vətəndaşı; Çin logistika şirkəti Shanghai Wings International Logistics; Hindistanın Skiez Travels and Logistics şirkəti; proqram təminatı hazırlayan şirkət Dadenegar Startup Studio; və Türkiyənin Cagri Duransoy şirkəti var.
Maliyyə Nazirliyi tərəfindən yayılan mətbuat açıqlamasında deyilir ki, OFAC Çin, Hindistan, Rusiya və İranda altı hüquqi şəxs və və Avropa Birliyinin sanksiyaları altında olan İranın Mahan Air aviaşirkətinin ümumi satış agenti kimi fəaliyyət göstərən bir neçə şirkətə sanksiyalar tətbiq edir. Amerika Birləşmiş Ştatları iddia edir ki, Mahan Air İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) fəaliyyətini asanlaşdırır, İİKK-QF heyəti üçün nəqliyyat xidmətləri göstərir və PUA-ların və silahların alınması və daşınmasına kömək edir.
SAMİRƏ