Telegram-ın təsisçisi Pavel Durov adının Rosfinmonitoring agentliyinin terrorçu və ekstremist siyahısına daxil edilməsini şərh edib. Agentliyin qərarına cavab olaraq Durov yazıb ki, Rusiya rəsmiləri "kimin kimi onlayn qadağan edə biləcəyi barədə açıq-aydın çaşqınlıq içindədirlər". "Rusiya Telegram-da kütləvi nəzarət və senzura tələblərinə əməl etmədiyim üçün məni “terrorçu” elan edib. Rusiya qanunvericiliyinə görə, mənə “internetdə məlumat dərc etmək' qadağandır", - deyə Durov Telegram kanalında yazıb. Şərhindən sonra o, "Məni çaşdırmayın" başlığı ilə bir mem paylaşıb, orada onun şəkli "Terrorçu", Taliban nümayəndələrinin şəkli isə "Əziz Tərəfdaşlar" adlandırılıb. Xəbərə görə, Pavel Durov bu gün Rosfinmonitoring reyestrinə əlavə edilib. Bu o deməkdir ki, iş adamına qarşı Rusiya Federal Maliyyə Monitorinqi Xidmətinin (Rosfinmonitoring) maddələri ilə cinayət işi açılıb. Reyestrə daxil olanların Rusiyadakı bank hesabları dondurulur. Daha öncə FSB Telegram-ın Ukrayna kəşfiyyat orqanlarının, eləcə də terrorçu və ekstremist təşkilatların istifadə etdiyi çoxsaylı kanalları, çatları və botları silmədiyini bildirmişdi.
SAMİRƏ