Ermənistan böyük dövlətlər arasındakı münaqişələrə müdaxilə ilə bağlı iddialı bəyanatlar və ya niyyətlər irəli sürməyə risk edə bilməz.
Bunu Ermənistanın Baş naziri Paşinyan İrəvanın vasitəçi rolunu oynaya və Tehranla Vaşinqton arasında gərginliyin azaldılmasına ölkənin hər iki tərəflə yaxşı münasibətləri nəzərə alınmaqla töhfə verə biləcəyi ilə bağlı suala cavab verərkən bildirib.
“Ermənistan kiçik və təvazökar bir ölkədir və bizim belə iddialı bəyanatlarımız və niyyətlərimiz ola bilməz. Hətta böyük ölkələrin mübahisələrinə qarışmaq fikri belə artıq doğru deyil”, - deyə Paşinyan bildirib.
Tahir TAĞIYEV